Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Hazırda Azərbaycan dilində 135.607 məqalə mövcuddur.

HSUtvald.svg Həftənin seçilmiş məqaləsi

Dresden Germany Zwinger-03.jpg
ZvingerDrezden şəhərinin tarixi mərkəzində yerləşən saray-park kompleksidir. Memar Matteus Daniel Pöppelmannın və heykəltəraş Baltazar Permozerin rəhbərliyi altında inşa olunmuş saray memarlıq, heykəltəraşlıq və rəssamlığın şah əsəri, Almaniyanın isə barokko üslubunda inşa edilmiş ən mühüm binalarından biri hesab edilir və məşhur Frauenkirxa kilsəsi ilə yanaşı, Drezdenin ən məşhur abidəsi sayılır. Abidənin adı onun yerləşdiyi yerlə bağlı əmələ gəlmişdir, orta əsrlərdə iç və bayır qala divarları arasında yerləşən ərazini Zvinger adlandırırdılar.

Zvingerin əsası 1709-cu ildə Oranjereya və müxtəlif festivalların keçirilməsi üçün müvəqqəti ərazi qismində qoyulmuşdur. Onun təmtəraqlı pavilyonunu bəzəyən ballüstrada, fiqur və vaza elementləri, eləcə də əsas binalara parallel şəkildə uzanan möhtəşəm qalereyalar kurfürst I Fridrix Avqustun (onu həmçinin "Qüdrətli Avqust" kimi də tanıyırdılar) əzəmətə və təbii ki hakimiyyət iddialarına doğru can atdığını göstərir. Kurfürstun orijinal konsepsiyasında, Zvinger Köhnə qəsrin yeni həyəti kimi Elba çayının sahilində yerləşəcəyi düşünülmüşdür, buna görə də Elba istiqamətində olan torpaq sahələri elə başlanğıcdan toxunulmaz ərazi kimi qorunub saxlanılırdı. (Davamı...)

HS VdQ.svg Həftənin yaxşı məqaləsi

Mona Lisa, by Leonardo da Vinci, from C2RMF retouched.jpg
Mona Liza — İtaliya intibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza Gerardininin yarım boy ölçülü portreti. Mona Liza, "dünyanın ən məşhur, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən və ən çox parodiya edilən sənət əsəridir." Mona Liza həm də dünyada ən bahalı rəsm əsərlərindən biridir. 1962-ci ildə $100 milyon dəyərində sığorta edilən əsər, o zaman kimi məlum olan ən böyük sığorta dəyəri kimi Ginnesin Rekordlar Kitabına düşmüş, 2017-ci ildə isə onun sığorta dəyəri $800 milyona çatmışdır.

Rəsm əsəri, Françesko del Cakondonun həyat yoldaşı Liza Gerardininin qaraqovaq paneli üzərində yağlı boya ilə çəkilmiş portretidir. Əsərin 1503-1506-cı illərdə çəkildiyinə inanılır; lakin, ehtimal ki, Da Vinçi 1517-ci ilə kimi portret üzərində işləməyə davam etmişdir. Son elmi tədqiqatlar rəssamın əsər üzərində işə 1513-cü ildən əvvəl başlamadığını göstərir. Fransa kralı I Fransisk tərəfindən alınmış əsər hazırda Fransa Respublikasının mülkiyyətindədir və 1797-ci ildən Parisdəki Luvr muzeyinin daimi ekspozisiyasına daxildir.

(Davamı...)

PL Wiki CzyWiesz ikona.svg Bilirsinizmi...

Vikipediya məqalələrindən
Məmmədəli Abbasov.jpg

HSCommons.svg Günün seçilmiş şəkli

No.2 'Dolgoch'.jpg
 

PL Wiki Aktualnosci ikona.svg Xəbərlər

Kim and Trump shaking hands at the red carpet during the DPRK–USA Singapore Summit.jpg


Son ölümlər: Oruc Həsənli, Entoni Burden, Keyt Speyd, Rauf Talışinski , Fuad Poladov, Tokay Məmmədov, Azər Tağıyev

HSDagensdatum.svg Tarixdə bu gün — 20 iyun

20 iyun: Mali və Seneqalda müstəqillik günü, ABŞ-da 35-ci ştat
Pərviz Müşərrəf

Digər günlər: 19 iyun20 iyun21 iyun

HS Liste.svg Həftənin seçilmiş siyahısı

Alan Shearer 2008.jpg
Premyer Liqada mövsümün oyunçusu — hər il İngiltərə Premyer Liqasında ən baxımlı oyunu ilə fərqlənən futbolçuya futbol federasiyası tərəfindən təqdim edilən illik futbol mükafatı. Mükafatın sahibi liqanın sponsoru (hal-hazırda Barkleys) "futbolun idarəetmə orqanları, media və azərkeşlər" üzvlərindən ibarət qurum tərəfindən seçilir və may ayının ikinci və ya üçüncü həftələrində elan edilir. Sponsorluq məqsədləri ilə mükafat 1994-cü ildən 2001-ci ilədək Karlinq ilin oyunçusu kimi, 2001-dən 2004-cü ilədək Barkleykard ilin oyunçusu və 2015-ci ildən etibarən isə Barkleys mövsümün oyunçusu kimi adlandırılır.

HSTools.svg Kömək səhifələri

Vikimedia Fondunun digər layihələri
Türkdilli Vikipediyalar
Cənubi Azərbaycan

Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

Wikipedia-logo-az.png Vikipediya digər dillərdə