Cəmal Qaşıqçı

Vikipediya, açıq ensiklopediya
(Camal Qaşıqçı səhifəsindən istiqamətləndirilmişdir)
Jump to navigation Jump to search
Picto infobox character.png
Cəmal Qaşıqçı
Fotoqrafiya
Doğum tarixi 13 oktyabr 1958(1958-10-13)
Doğum yeri Mədinə, Səudiyyə Ərəbistanı
Vəfat tarixi 2 oktyabr 2018(2018-10-02)[1] (59 yaşında)
Vəfat yeri Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu, İstanbul, Mərmərə regionu, Türkiyə
Vəfat səbəbi İşgəncə
Partnyoru Hatice Cengiz
VətəndaşlıqFlag of Saudi Arabia.svg Səudiyyə Ərəbistanı[2][3][4][5]
Peşəsi jurnalist, siyasi yazardirektor
Təhsiliİndiana Dövlət Universiteti
IMDbID 2681678
jamalkhashoggi.com
Commons-logo.svg Cəmal Qaşıqçı Vikianbarda

Cəmal Qaşıqçı (türk. Cemal Kaşıkçı) və ya Cəmal Xaşuqci (ərəb جمال خاشقجي‎‎; 13 oktyabr 1958(1958-10-13), Mədinə, Səudiyyə Ərəbistanı2 oktyabr 2018(2018-10-02)[1], Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğu, İstanbul, Mərmərə regionu, Türkiyə) — Səudiyyə jurnalisti, yazıçısı. İki dəfə nüfuzlu "Əl-Vətən" qazetinin baş redaktoru olub. Səudiyyə hökumətinə qarşı müxalif yazıları ilə tanınırdı[6]. 2 oktyabr 2018-ci il tarixində itkin düşüb. Öldürülməsi ilə bağlı iddialar var.[7][8][9]

Həyatı və təhsili

Cəmal Qaşıqçı1958-ci ildə Mədinə şəhərində anadan olub [6]. Onun babası Məhəmməd Qaşıqçı Kayseridən köçmüş, burada ərəb Samiha Əhməd adlı xanımla ailə həyatı qurmuş türk idi. Babası Səudiyyə Ərəbistanı krallığının qurucusu Əbdüləziz ibn Abdurrəhman Əs Səudun şəxsi həkimi idi[10]. Orta məktəbi Səudiyyədə bitirən Cəmal Xaşuqci ali təhsil almaq üçün İndiana Dövlət Universitetinə daxil olur. 1982-ci ildə təhsilini bitirdikdən sonra isə vətənə geri dönür.

Fəaliyyəti

1991-ci ildən 1999-cu ilə qədər "Əl-Mədinə" qazetinin baş redaktoru olaraq fəaliyyət göstərib. Bu dövrdə Əfqanıstan, Küveyt, Sudan kimi ölkələrdə müxbirlik edib[6]. 1987-1995-ci illər arasında Üsamə bin Ladendən bir neçə dəfə müsahibə alıb. 1999-cu ildən 2003-cü ilə qədər Səudiyyə Ərəbistanının Arab News ingilis dilli qazetində yazı işləri üzrə müdir müavini olaraq fəaliyyət göstərib. Bundan sonra isə 2 ay Əl Vətən qazetində redaksiya müdiri olaraq fəaliyyət göstərən Xaşuqci Səudiyyə Ərəbistanının dini quruluşu haqqında tənqidi yazılar yazdığına görə vəzifəsindən çıxarıldı[6] [11][12]. Buna görə ölkəni tərk edərək Londonda səfir olan Şahzadə Türki Əl Fəysəl Əl Səudun məsləhətçisi olaraq fəaliyyət göstərir[13].

2007-ci ilin aprel ayında ikinci dəfə Əl Vətən qazetinin redaksiya müdiri təyin olunur. 2010-cu ilin may ayında yenidən yazdığı tənqidi məqaləyə görə vəzifəsindən istefa vermək məcburiyyətində qalır.

2010-cu ildə Əl Vətən qazetindən istefa verdikdən sonra Əl-Valid bin Talal tərəfindən Bəhreyndə yerləşən Al-Arab News Channel kanalına baş redaktor təyin olundu. Bundan başqa BBCƏl Cəzirə kimi kanallarda siyasi şərhçi kimi çıxışlar edir.

2016-cı ilin dekabr ayında Donald Trampı açıq şəkildə tənqid etdiyinə görə ona jurnalistika ilə məşğul olmaq qadağan edilir[14]. Məcburiyyətdən ölkəni tərk edir və 2017-ci ilin sentyabr ayından ABŞ-da yaşamağa başlayır. Burada o, Vaşinqton Post qazetində jurnalist olaraq fəaliyyət göstərir. Vaşinqton Post qazetindəki yazılarında o Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd ibn Salmanı daha çox tənqid etməyə başlayır.

İtkin düşməsi

2 oktyabr 2018-ci ildə Cəmal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbulda yerləşən baş konsulluğuna gedir. O buradan nikah üçün sənədlər almalı idi. Nişanlısı Xədicə Çingizə isə konsulluğa daxil olmağa icazə vermirlər. O, Xaşuqcini gecə yarısına qədər gözləyir lakin o konsulluqdan çıxmır[15]. Günlərlə jurnalistin harda olması ilə bağlı dəqiq bir məlumat alınmır. Səudiyyət rəsmiləri onun konsulluqdan çıxmasını iddia etsələr də Türkiyə rəsmiləri onun konsulluqdan çıxmadığını elə orada itkin düşməsini bildiriblər.

Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalın mövzu ilə bağlı 3 oktyabrda verdiyi açıqlamada, əldə olan məlumatlara görə, Cəmal Xaşuqcinin hələ də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda olduğunu bildirmişdi[16].

Məsələ ilə əlaqədar Səudiyyə Ərəbistanının Ankara səfiri Vəlid bin Əbdülkərim əl-Hireyci oktyabrın 3-də Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər naziri müavini Yavuz Səlim Sına görüş zamanı səfir V.Hireycidən səudiyyəli jurnalistin aqibətini soruşub. O deyib:

" Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğu konsulluq binasına girib-çıxdıqdan sonra jurnalist Cəmal Qaşıqçı itkin düşüb. Həqiqətin ortaya çıxarılması üçün Türkiyə rəsmilərilə birlikdə çalışılır. "

Türkiyə hüquq-mühafizə orqanları tanınmış türk əsilli səudiyyəli jurnalistin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürüldüyünü güman edir[17].

İstinadlar

  1. 1,0 1,1 1,2 Jamal Khashoggi: Turkey says journalist was murdered in Saudi consulateBBC News, 2018.
  2. https://www.nbcnews.com/news/world/saudi-arabia-acknowledges-jamal-khashoggi-died-consulate-says-18-detained-n922336
  3. http://www.nytimes.com/2011/01/30/business/global/30davos.html?pagewanted=all
  4. http://www.nytimes.com/2013/09/29/world/middleeast/israel-and-others-in-mideast-view-overtures-of-us-and-iran-with-suspicion.html
  5. http://www.nytimes.com/2010/11/22/world/middleeast/22saudi.html
  6. 6,0 6,1 6,2 6,3 "Speakers". International Public Relations Association - Gulf Chapter (IPRA-GC). 2012. https://web.archive.org/web/20120511210004/http://www.prwcdubai.com/english/speaker_article.php?idsp=11. İstifadə tarixi: 10 May 2012.
  7. "Journalist Detained in Saudi Consulate in Istanbul". The New York times. https://www.nytimes.com/2018/10/02/world/middleeast/journalist-saudi-consulate-istanbul.html. İstifadə tarixi: 2 Oktyabr 2018.
  8. Conflicting Saudi, Turkish claims on Jamal Khashoggi whereabouts, aljazeera
  9. Dehghan, Saeed Kamali (3 Oktyabr 2018). "Saudi dissident Jamal Khashoggi missing after visit to consulate". the Guardian. http://www.theguardian.com/world/2018/oct/03/saudi-dissident-jamal-khashoggi-reportedly-missing-consulate-visit-istanbul. İstifadə tarixi: 7 Oktyabr 2018.
  10. "Who Is Jamal Khashoggi? A Saudi Insider Who Became an Exiled Critic". Bloomberg. 10 Oktyabr 2018. https://www.bloomberg.com/news/articles/2018-10-10/jamal-khashoggi-s-shift-from-insider-to-exiled-critic-quicktake.
  11. Murphy, Caryle (11 Yanvar 2011). "Tactical Delivery". The Majalla. http://www.majalla.com/eng/2011/01/article1731. İstifadə tarixi: 25 İyun 2012.
  12. "Q & A with Al Watan's Jamal Khashoggi". Asharq Alawsat (Jeddah). 25 Aprel 2007. http://www.aawsat.net/2007/04/article55262916. İstifadə tarixi: 5 Aprel 2013.
  13. Wright, Lawrence (11 Sentyabr 2006). "The master plan". The New Yorker. http://itrams1.com/International_Tactical_Rescue_and_Medicine_Society/Terrorism_files/AQ%2020%20year%20Plan%20(full).pdf. İstifadə tarixi: 8 Aprel 2012.
  14. Samuel Osborne (5 Dekabr 2016). "Saudi Arabia bans journalist for criticising Donald Trump". https://www.independent.co.uk/news/world/middle-east/saudi-arabia-donald-trump-journalist-banned-for-criticising-us-president-elect-a7456956.html.
  15. "Turkish police suspect Saudi journalist Khashoggi was killed at consulate". https://www.middleeasteye.net/news/turkish-police-suspect-saudi-journalist-khashoggi-was-killed-consulate-report-1250529206.
  16. Camal Xaşoqqi haradadır?
  17. ABŞ vitse-prezidenti: "Türkiyəyə gələ bilərik" Read more: https://sputnik.az/world/20181011/417383099/fbi-emekdahslarini-turkiyeye-gondere-bilerik.html