Franklin Delano Ruzvelt

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Infobox-realisateur.png
Franklin Delano Ruzvelt
Fotoqrafiya
bayraqAmerika Birləşmiş Ştatlarının 32-ci prezidentibayraq
4 mart 1933 — 12 aprel 1945
Vitse-prezident Con Qarner (1933-1941)
Henri Uolles (1941-1945)
Harri Trumen (1945)
Sələfi Herbert Huver
Xələfi Harri Trumen

Partiya Demokratlar partiyası
Təhsili 1) Harvard Universiteti
2) Kolumbiya Universiteti
Doğum tarixi
30 yanvar 1882(1882-01-30)
Doğum yeri Hayd Park, Nyu-York, ABŞ
Vəfat tarixi 12 aprel 1945 (63 yaşında)
Vəfat yeri Uorm-Sprinqs, Corciya,Flag of the United States.svg ABŞ
Dəfn yeriHayd Park, Nyu-York, Flag of the United States.svgABŞ
AtasıCeyms Ruzvelt
AnasıSara Delano
Həyat yoldaşıEleanora Ruzvelt
Övladlarıoğulları: Ceyms, Franklin, Eliot, Franklin Delano və Con
qızı: Anna

Franklin D Roosevelt Signature.png
Commonsda Commons-logo.svg əlaqəli mediafayllar

Franklin Delano Ruzvelt (ing. Franklin Delano Roosevelt; d. 30 yanvar 1882, Hayd Park, Nyu-York, ABŞ - ö. 12 aprel 1945, Uorm-Sprinqs, Corciya, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 32-ci prezidenti (1933-1945). 2 dəfədən artıq seçilmiş yeganə ABŞ prezidentidir. 4 dəfə prezident seçilmiş, 4-cü hakimiyyət müddətinin başlamasından qısa müddət sonra beyninə qan sızmasından vəfat etmişdir.

1921-ci ilin avqustunda poliomelit xəstəliyinə tutulmuş və bundan sonra ayaqları tam işləmədiyi üçün ömrünün qalan hissəsini əlil arabasında keçirməli olmuşdur. Bu onun 3 il ərzində siyasətdən uzaqlaşması ilə nəticələnsə də, o özündə güc taparaq əvvəlcə Nyu-York ştatının qubernatoru, daha sonra isə prezident seçilmişdir.

Onun tarixi xidmətləri arasında "Böyük Depressiya"nın aradan qaldırılması, SSRİ ilə münasibətlərin yaxşılaşdırılması və İkinci dünya müharibəsi dövründə Avropadakı müttəfiqlərini yaxından dəstəkləməsini qeyd etmək olar.

Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Xarici keçidlər

Vikianbarda Franklin Delano Ruzvelt ilə əlaqəli mediafayllar var.

Həmçinin bax