Məhəmməd ibn Salman

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Infobox-realisateur.png
Məhəmməd ibn Salman
محمد بن سلمان آل سعود
Fotoqrafiya
bayraqSəudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi
21 iyun 2017
Monarx
Sələfi Məhəmməd ibn Naif əl-Səud
bayraqSəudiyyə Ərəbistanının müdafiə naziri
23 yanvar 2015
Sələfi Salman bin Əbdüləziz əs-Səud
bayraqSəudiyyə Ərəbistanı taxt-tacının vəliəhdinin müavini
29 aprel 2016 — 21 iyun 2017
Sələfi Məhəmməd ibn Naif əl-Səud

Doğum tarixi
31 avqust 1985 (1985-08-31) (33 yaş)
Doğum yeri Ciddə, Məkkə, Səudiyyə Ərəbistanı
AnasıFəhdə bint Fələh əl-Hisləyən
Həyat yoldaşıSara bint Məşhur əl-Səud
ÖvladlarıSalman, Fəhd, Nura, Məşhur
Commonsda Commons-logo.svg əlaqəli mediafayllar

Məhəmməd ibn Salman əl-Səud (ərəb محمد بن سلمان آل سعود‎‎‎; 31 avqust 1985, Ciddə, Məkkə, Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi[1], kral Salmanın oğlu, baş nazirin ikinci müavini və müdafiə naziri (dünyanın ən gənc müdafiə naziri[2]), Məhəmməd ibn Salman (MiSK) xeyriyyə fondunun idarə heyətinin sədri[3], kral məhkəməsinin rəhbəri (2015), ölkənin iqtisadi məsələlər və inkişaf şurasının sədri. 4 noyabr 2017-ci ildən Səudiyyə Ərəbistanı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri.

Həyatı

Məhəmməd ibn Salman 1985-ci ildə Ciddə şəhərində anadan olub[4]. O, kralın Salmanın üçüncü həyat yoldaşı Fəhdə bint Fələh ibn Sultan əl-Hitləyəndən olan oğludur[5]. Şahzadə Kral Səud universitetində hüquq sahəsində bakalavr təhsili alıb[6].


Təhsilini başa vurduqdan sonra bir müddət özıl sektorda çalışmış, sonradan atasının şəxsi köməkçisi olmuşdur. Bundan bir müddət əvvəl isə o nazirlər kabinetinin mütəxəssislər komitəsində vəzifəyə təyin edilmişdi.

Məhəmməd ibn Salman şahzadə Sara bint Məçhur ibn Əbdüləziz əl-Səudla evlidir və ondan 4 uşağı var: oğlanları — Salman və Məşhur; qızları — Fəhdə və Nura[7].

Müdafiə naziri

Şahzadə Məhəmməd ibn Salmanın Vladimir Putinlə görüşü (2015)

23 yanvar 2015-ci ildə kral Abdullah bin Əbdüləziz əs-Səud vəfat etdi və Şahzadə Salman taxta çıxdı. Bundan sonra Şahzadə Məhəmməd müdafiə naziri[8] və eyni gündə də Kral Məhkəməsinin Baş katibi təyin edildi[9]. Bundan əlavə, o, dövlət naziri vəzifəsini də saxladı[10].

29 yanvar 2015-ci ildə Şahzadə Məhəmməd ləğv edilmiş Ali İqtisadi Şuranın əvəzinə yenicə yaradılan İqtisadi Məsələlər və İnkişaf Şurasının sədri vəzifəsinə təyin edildi[11].

Onun müdafiə naziri vəzifəsində əsas hadisə Yəməndə üsyançı husilərə qarşı həyata keçirilən "Qətiyyətin fırtınası" əməliyyatının başladılması oldu[12].

2015-ci ilin aprel ayında Kral Salman qardaşı oğlu Məhəmməd ibn Naifi vəliəhd, oğlu Şahzadə Məhəmməd ibn Salmanı isə onun müavini təyin etdi. 21 iyun 2017-ci ildə isə dəyişiklik edərək öz oğlunu vəliəhd təyin etdi[13].

Antikorrupsiya komitəsinin rəhbəri

4 noyabr 2017-ci ildə xüsusi yaradılmış Antikorrupsiya Komitəsinin rəhbəri təyin olundu. Həmin gün on bir şahzadə, o cümlədən, dünyanın ən zəngin adamlarından biri olan Əl-Valid ibn Talal, həmçinin korrupsiya ilə əlaqədar cinayətlər törətməkdə şübhəli bilinən bir neçə köhnə nazir həbs edildi[14].

İstinadlar

  1. Король Саудовской Аравии сменил наследного принца
  2. "Mohammed bin Nayef kingpin in new Saudi Arabia: country experts". Middle East Eye. 1 February 2015. http://www.middleeasteye.net/news/mohammed-bin-nayef-kingpin-new-saudi-arabia-country-experts-1500997678. İstifadə tarixi: 1 February 2015.
  3. "About MiSK » MiSK Foundation". www.misk.org.sa. http://www.misk.org.sa/?page_id=6702&lang=en. İstifadə tarixi: 2017-01-28.
  4. "قصة-السعودية-مع-الوزراء-الثلاثينيين". Al Arabiya. 4 February 2015. http://www.alarabiya.net/ar/saudi-today/2015/02/04/قصة-السعودية-مع-الوزراء-الثلاثينيين-.html. İstifadə tarixi: 28 March 2015.
  5. "Family Tree of Salman bin Abdulaziz bin Abdul Rahman Al Saud". Datarabia. http://www.datarabia.com/royals/famtree.do?id=176822. İstifadə tarixi: 2 March 2013.
  6. "Council of Ministers: Membership". Embassy of Saudi Arabia, Washington DC. Embassy of Saudi Arabia, Washington DC. Arxivləşdirilib: [1] saytından 2011-06-16 tarixində. https://web.archive.org/web/20110616222323/http://www.saudiembassy.net/about/Biographies-of-Ministers.aspx. İstifadə tarixi: 25 January 2015.
  7. "الأمير محمد بن سلمان يُرزق بمولود جديد.. ويسميه «مشهور» | صحيفة تواصل الالكترونية". twasul.info. http://twasul.info/174678/. İstifadə tarixi: 2017-01-28.
  8. "Saudi King Abdullah passes away". Al Arabiya. 23 January 2015. http://english.alarabiya.net/en/News/middle-east/2015/01/23/Saudi-King-Abdullah-passes-away.html. İstifadə tarixi: 23 January 2015.
  9. "Saudi Prince Mohammad bin Salman named defense minister". Al Arabiya. 23 January 2015. http://english.alarabiya.net/en/News/middle-east/2015/01/23/Saudi-Prince-Mohammad-bin-Salman-appointed-defense-minister-head-of-Royal-Court.html. İstifadə tarixi: 23 January 2015.
  10. Anthony H. Cordesman (24 January 2015). "Saudi Succession: The King Is Dead, Long Live the King". Newsweek. http://www.newsweek.com/saudis-smooth-succession-king-dead-long-live-king-301639. İstifadə tarixi: 26 January 2015.
  11. Simeon Kerr (30 January 2015). "Saudi king stamps his authority with staff shake-up and handouts". Financial Times (Riyadh). http://www.ft.com/cms/s/0/8045e3e0-a850-11e4-bd17-00144feab7de.html#axzz3QVaF4Ex4. İstifadə tarixi: 1 February 2015.
  12. "Saudi and Arab allies bomb Houthi positions in Yemen". Al Jazeera. 26 March 2015. http://www.aljazeera.com/news/middleeast/2015/03/saudi-ambassador-announces-military-operation-yemen-150325234138956.html. İstifadə tarixi: 25 March 2015.
  13. Saudi king resets succession to cope with turbulent times Reuters. 29 April 2015. Retrieved 1 May 2015.
  14. David D. Kirkpatrick (2017-11-04). "Saudi Arabia Arrests 11 Princes, Including Billionaire Alwaleed bin Talal". The New York Times. https://www.nytimes.com/2017/11/04/world/middleeast/saudi-arabia-waleed-bin-talal.html?hp&action=click&pgtype=Homepage&clickSource=story-heading&module=first-column-region&region=top-news&WT.nav=top-news. İstifadə tarixi: 2017-11-05.