Ox (teleserial, 2012)

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Ox
ing. Arrow
Ox.png
Serialın loqosu
Prodüser Con Uolles
Qreq Berlanti
Mark Quggenhaym
Yaradıcısı Con Uolles
Qreq Berlanti
Mark Quggenhaym
Personajlar:
Mort Vezinger
Corc Pepp
(komikslər)
Rollarda Stiven Amell
Keti Kessidi
Kolin Donnel
Devid Remzi
Uilla Holland
Süzanna Tompson
Pol Blektorn
İstehsalçı ölkəFlag of the United States.svg ABŞ
İl2012
StudiyaWarner Bros. Television
Berlanti Productions
Berlanti Television
DC Comics
DC Entertainment
Dilİngilis dili
İlk çıxış tarixi10 oktyabr 2012-ci il
JanrDram filmi
Macəra filmi
Super qəhrəman filmləri
Döyüş filmi
Növübədii serial
Rəngrəngli
Mövsüm sayı4
Seriya sayı24
Seriya vaxtı43 dəqiqə (təxminən)
Davametmə müddətiçəkilir
TelekanalThe CW
ID 2193021
Format1080i (HDTV)
480i (SDTV)
Xarici keçidlər
[Rəsmi sayt Rəsmi sayt]

Ox (ing. Arrow) — amerikan dram janrının elementləri ilə macəra-super qəhrəman teleserialı. Serialın əsasında DC Comics nəşriyyat evinin buraxdığı Yaşıl oxatan adlı qəhrəman komiksi dayanır[1]. Serialın premyerası 10 oktyabr 2012-ci ildə baş tutmuşdu[2]. 22 oktyabr telekanal "Ox"u 23 epizoddan ibarət tam mövsümə uzatdı[3]. 11 fevral 2013-cü ildə isə The CW telekanalı serialın ikinci mövsümünü buraxdı[4].

Süjet

Gəmi qəzasından sonra itkin düşən playboy-miliarder Oliver Kuini ölmüş hesab edirlər. Lakin 5 ildən sonra Sakit okean adaların birində onu sağ olaraq aşkar edirlər. Onun doğma şəhəri Starlinq-Sitiyə qayıdanda, onun anası Moyra, sevimli bacısı Tea və ən yaxın dostu Tommi qarşılayırlar. Lakin onlar hiss edirlər ki, Oliver adada tək qalarkən nəsə baş verib və bu hadisə onun xasiyyətində əks edilib. Oliver özünün necə insana çevrildiyini yaxınlarından gizlətməyə çalışır. Əslində o ümidsizcəsinə keçmişdə etdiyi pis işləri düzəltməyə çalışır. Xüsusi ilə də eks girlfriendi Loren Lenslə yenidən barışmaq arzusundadır. Onun əsas istəyi - ailəsinin səhvlərini düzəltmək, cəmiyyətin dərdlərinə mübarizə olmaq və Starlinq-Sitini əvvəlki möhtəşəmliyinə qaytarmaqdır. Oliver gizlincə yaşıl kapüşonlu və yay-ox ilə silahlanmış Yaşıl Oxatan adlı linçləyən-qəhrəmana çevrilir.

Gündüzlər Oliver bir zaman olduğu varlı, qayğısız və avam eşqbaz kişi rolunu oynayır. Gecənin düşməsi ilə isə özünün əsl kimliyini yaxşıca gizlədərək Yaşıl oxatan kostyumunu geyinir və cinayətkarların ovuna çıxır. Lorelin atası - detektiv Kventin Lens - şəhərdə fəaliyyət göstərən, qurbanlarını linçləyən gizli qatili həbs etməyə qərara alır. Elə bu zaman Oliverin anası - Moyra - oğlunun üzləşdiyi gəmi gəzası haqqda daha çox şey bilir, bunu bütün gücü ilə hamıdan gizlətməyə çalışır.

Baş qəhrəmanlar

  • Oliver Kuin - Baş qəhrəman, miliarder. Gəmi qəzası nəticəsində 5 il müddətində tək-tənha adada məhkum qalıb. Gecələr milli qəhrəman kostyumunu geyinir. Xalq arasında onu "Linçləyən" və ya "Kapüşon" adlandırırlar. Onun əsas silahı yay və oxdur və həmçinin onun öz bədəni. Oliver mükəmməl döyüşçüdür.
  • Dina Lorel Lens - advokat. Güclü ədalət hissinə malikdir, buna görə də klient günahsız olduğunu görən zaman Yaşıl oxatandan kömək diləməyə çalışır. Əvvllər Oliverin sevgilisi idi. Birinci mövsümdə Tommi Merlinlə görüşürdü. Lakin sonda Tommi onunla ayrılır və Dina Oliveri hələ sevdiyini anlayır.
  • Tommi Merlin - Oliver Kuinin ən yaxın dostu, Malkolm Merlin adlı miliarderin oğlu. Bir ara Lorel ilə görüşürdü və buna görə özünü günahkar hiss edirdi. Bunun üçün də onunla ayrılır. Oliverin klubunda rəhbər gismində işləyir və Yaşıl oxatanın sirrini bilir.
  • Con Diqql - Oliverin keçmiş cangüdəni, sonradan isə əvvəlki gunahlarını yumaq və Oliveri bədheybətə çevrilmədən qorumaq üçün onun partnyoru olur. Bəzən Yaşıl oxatanın kostyumunu geyinir.
  • Tea Kuin - Oliverin 17-18 yaşlı kiçik bacısı. Tea məktəblidir, sonralar Məhkəmə qərarı ilə Lorelin olduğu kompaniyada işləyir.
  • Moyra Kuin - Oliverin anası, Oliverin mübarizə apardığı təşkilatın üzvü. Öz uşaqlarını qorumaq məqsədi ilə cinayət və xəyanətlə məşğul olmağa hazırdı.
  • Detektiv Kventin Lens - polis işçisi və Lorelin atası. Yaşıl oxatanı qatil sayaraq tutmaq istəyir.
  • Roy Harper (müntəzəm olaraq ikinci mövsümdən)[5] - oğru və quldur, Teanın boyfriendi. Şəhərin kasıb məhəlləsində yaşayır. Seriaların birində Yaşıl oxatan tərfindən xilas edilmişdi və bundan sonra onu taparaq komanda yoldaşı olmasını özünə məqsəd qoymuşdu.
  • Felisiti Smouk (müntəzəm olaraq ikinci mövsümdən)[6] - Aytiş qadın, Kuin ailəsinin kompaniyasında işləyir. Oliver bəzən kömək üçün ona müraciət edirdi. Həmçinin Uolterə onun həyat yoldaşının gizli sirrləri ilə kömək edirdi. Uolterin itməsindən sonra Yaşıl oxatanın dəstəsinə qoşuldu.
  • Dezstrouk (müntəzəm olaraq ikinci mövsümdən) - Avstraliyalı xüsusi qüvvə işçisi.

İkinci dərəcəli qəhrəmanlar

  • Robert Kuin - Oliverin atası. Oğlunun sağ qalması üçün özünü gülləliyir.
  • Yao Fei[7][8] - keçmiş Çin generalı. Hökümət onu "gunah keçisinə" çevirərək onu adaya sürgün etdi. Məhz həmin adada o Oliveri tapıb, onu xilas edir.
  • Coanna de la Veqa[9][10] - Lorelin həmkarı.
  • Malkolm Merlin[11] - Tomminin atası, miliarder. Şəhər rəhbərlərindən biri. Öz göstəriş və təlimatlarını Moyraya verir.
  • Helena Bertinelli[12] - mafiozi Frenk Bertinellinin qızı. Bir zaman Yaşıl oxatanın partnyoru idi. Öz ərinin ölümünə görə atasına intiqam etməyi planlaşdırırdı, buna görə də Oliverdən ayrıldı. "Ovçu" adı ilə tanınırdı.

Baş rollarda

Rol adı Aktyor/Aktrisa Baş rol Köməkçi rol Səsli aktyor/aktrisalar
Oliver Queen Stephen Amell 1.01– Johannes Raspe
Dinah „Laurel“ Lance Katie Cassidy 1.01– Stephanie Kellner
John „Dig“ Diggle David Ramsey 1.01– Ole Pfennig
Thea Dearden „Speedy“ Queen Willa Holland 1.01– Farina Brock
Moira Dearden Queen Susanna Thompson 1.01– Daniela Hoffmann
Det. Quentin Lance Paul Blackthorne 1.01– Michael Roll
Tom „Tommy“ Merlyn Colin Donnell 1.01–1.23 Alexander Brem
Felicity Megan Smoak Emily Bett Rickards 2.01– 1.03–1.23
Slade Wilson Manu Bennett 2.01– 1.13–1.23
Roy William Harper Jr. Colton Haynes 2.01– 1.15–1.23

İstehsal

Başlanğıc mərhələsi

Serialın konsepsiyası Endryu Kreyzberq, Qreq Berlanti və Mark Quggenhaym tərəfindən hazırlanmışdı. Filmin pilot epizodunu Devid Natter çəkmişdi, o həmçinin «Smollvilin sirrləri» şousunun birinci seriyasının rejissoru idi. Serial 11 may 2012-ci ildə «The CW» telekanalı tərəfindən alınmışdı[13]. Serial Vankuverdə (Kanadada) çəkilmişdi[14].

Kastinq

Birinci mövsümün gedişhaqqı zamanı müəlliflər DC Comics'in digər personajların da (Derren Şahlavi Konstantin Dreykon[15], Maykl Rou Dedşot, Kelli Hu isə Çayna Uayt rolunda[16]) çəkiləcəyinə də söz veriblər. 2012-ci ilin sentyabr ayında Tamo Penikett Frenk Bertinellinin köməkçisi Nik Salvati rolunu qazandı[17]. Noyabr ayında məlum oldu ki, Ben Brouder Ted Geynor rolunda[18], Set Geybl isə Qraf Vergitonun prototipi olan personaj rolunda çıxış edəcək[19].

12 fevral 2013-cü ildə Emili Bett Riçards serialın ikinci mövsümün əsas tərkibində iştirak etməyə razılaşmış və müqavilə imzalamışdı[20].

Film musiqisi

Beynəlxalq yayım

Ölkə Kanal Buraxılış tarixi
Flag of Australia.svg Avstraliya Nine 1 may 2013[21]
Flag of Canada.svg Kanada CTV Two[22]
MuchMusic[23]
10 oktyabr 2012
12 oktyabr 2012
Flag of Spain.svg İspaniya Calle 13[24]
Antena 3
14 noyabr 2012[25]
18 iyul 2013[26]
Flag of Mexico.svg Meksika Canal 5 6 may 2013
Flag of the United Kingdom.svg Böyük Britaniya Sky1[24] 22 oktyabr 2012[27]
Flag of South Africa.svg CAR M-Net 19 oktyabr 2012[28]

Epizodlar

Mövsüm Epizodlar Orijinal buraxılış tarixi DVD relizi
Mövsümün premyerası Mövsümün finalı Region 1 Region 2 Region 4
Birinci mövsüm 23 10 oktyabr 2012 15 may 2013 n/a n/a n/a
İkinci mövsüm 23 9 oktyabr 2013 n/a n/a n/a n/a

Mükafat və nominasiyalar

İl Mükafat Kateqoriya Resipiyentlər və namizədlər Nəticə
2012 Satellite Award[29] en:Satellite Award for Best Television Series – Genre Ox (Arrow) Nominasiya
IGN Awards Best TV Hero Stephen Amell/Ox (Arrow) Nominasiya
2013 People's Choice Awards Favorite New TV Drama Ox (Arrow) Nominasiya
en:NewNowNext Awards[30] Best New Indulgence Nominasiya
Cause You’re Hot Stephen Amell Nominasiya
Saturn Awards[31] Best Youth-Oriented Series on Television Ox (Arrow) Nominasiya
en:Teen Choice Awards[32] Choice TV Show: Fantasy/Sci-Fi Nominasiya
Choice TV Breakout Show Nominasiya
Choice TV Actor: Fantasy/Sci-Fi Stephen Amell Nominasiya
Choice TV Breakout Star Nominasiya
Choice TV Actress: Fantasy/Sci-Fi Katie Cassidy Nominasiya
Canadian Society of Cinematography Awards[33] Cinematographer Awards for TV Drama Cinematography Glen Winter csc, Arrow (Pilot) Qalib
Broadcast Music, Inc. BMI Television Music Awards Blake Neely Qalib
TV Guide Award Favorite New Series Arrow Qalib

İstinadlar

  1. Lesley Goldberg , Lacey Rose (May 11, 2012). "CW's 'Carrie Diaries,' 'Arrow,' 'Cult,' 'First Cut,' 'Beauty and the Beast' Ordered to Series". The Hollywood Reporter. Arxivləşdirilib: [1] saytından 2012-05-31 tarixində. http://www.webcitation.org/684JgWxTh. İstifadə tarixi: May 12, 2012.
  2. "CW 2012-13 Primetime Schedule". May 17, 2012. Arxivləşdirilib: [2] saytından 2012-09-22 tarixində. http://www.webcitation.org/6ArEfrvO4.
  3. Nicholson, Max. (22 октября 2012). "The CW Gives Arrow a Full-Season Order". IGN. Arxivləşdirilib: [3] saytından 2012-12-11 tarixində. http://www.webcitation.org/6Cq3cBwtJ. İstifadə tarixi: 2012-11-27.
  4. Villarreal, Yvonne (February 11, 2013). "CW's 'Arrow,' 'Vampire Diaries,' 'Supernatural' get early renewal". Los Angeles Times. Arxivləşdirilib: [4] saytından 2013-03-14 tarixində. http://www.webcitation.org/6F6ldPtg5. İstifadə tarixi: February 13, 2013.
  5. Holbrook, Damian (December 11, 2012). "Exclusive: Teen Wolf Vet Colton Haynes Joins Arrow as...Who?!". TV Guide. Arxivləşdirilib: [5] saytından 2013-01-12 tarixində. http://www.webcitation.org/6Dc6sIxtR. İstifadə tarixi: December 12, 2012.
  6. Andreeva, Nellie (August 10, 2012). "Shiri Appleby Poised To Recur On NBC's 'Chicago Fire' & More TV Castings". Deadline.com. Arxivləşdirilib: [6] saytından 2012-10-03 tarixində. http://www.webcitation.org/6B8ySz5cL. İstifadə tarixi: August 13, 2012.
  7. Andreeva, Nellie (August 9, 2012). "Odette Annable To Recur On CBS's 'Golden Boy', Byron Mann On CW's 'Arrow'". Deadline.com. Arxivləşdirilib: [7] saytından 2012-10-03 tarixində. http://www.webcitation.org/6B8yTtd21. İstifadə tarixi: August 13, 2012.
  8. Who Is That Hooded Figure? We Have A Name… | GreenArrowTV
  9. Jeffery, Morgan (March 13, 2012). "'Arrow': CW superhero drama adds 'Charlie's Angels' star Annie Ilonzeh". Digital Spy. Arxivləşdirilib: [8] saytından 2012-10-03 tarixində. http://www.webcitation.org/6B8yUfgUb. İstifadə tarixi: August 18, 2012.
  10. Ilonzeh, Annie (July 25, 2012). "Joanna De La Vega. #Arrow #Lawyer #Swag #Tired #Canada #Vancouver #SunnyDay". Twitter. https://twitter.com/AnnieIlonzeh/status/228205035979436032. İstifadə tarixi: August 21, 2012.
  11. Hibberd, James (August 15, 2012). "'Torchwood' star John Barrowman joins CW's 'Arrow'". Entertainment Weekly. Arxivləşdirilib: [9] saytından 2012-10-03 tarixində. http://www.webcitation.org/6B8yWLf9D. İstifadə tarixi: August 15, 2012.
  12. Hibberd, James (August 21, 2012). "The CW's 'Arrow' casts The Huntress". Entertainment Weekly. Arxivləşdirilib: [10] saytından 2012-10-03 tarixində. http://www.webcitation.org/6B8yX3C53. İstifadə tarixi: August 21, 2012.
  13. Lesley Goldberg, Lacey Rose (May 11, 2012). "CW's 'Carrie Diaries,' 'Arrow,' 'Cult,' 'First Cut,' 'Beauty and the Beast' Ordered to Series". Arxivləşdirilib: [11] saytından 2013-03-14 tarixində. http://www.webcitation.org/6F6lew2vW. İstifadə tarixi: 2013-02-28.
  14. Strachan, Alex (October 11, 2012). "Stephen Amell brings Arrow to small screen". canada.com. Arxivləşdirilib: [12] saytından 2013-03-14 tarixində. http://www.webcitation.org/6F6lgJQ1U. İstifadə tarixi: February 22, 2013.
  15. Cassidy, Mark (March 21, 2012). "Darren Shahlavi Joins ARROW As Villain Constantine Drakon". Comic Book Movie. Arxivləşdirilib: [13] saytından 2013-03-14 tarixində. http://www.webcitation.org/6F6liAm21. İstifadə tarixi: August 13, 2012.
  16. The Deadline Team (July 13, 2012). "Comic-Con: Kelly Hu Cast As China White In CW’s ‘Arrow’". Arxivləşdirilib: [14] saytından 2013-03-14 tarixində. http://www.webcitation.org/6F6lnNIDt. İstifadə tarixi: 2013-02-28.
  17. Goldberg, Lesley (September 18, 2012). "'Arrow' Enlists 'Battlestar Galactica's' Tahmoh Penikett". Arxivləşdirilib: [15] saytından 2013-03-14 tarixində. http://www.webcitation.org/6F6m0x5Fa. İstifadə tarixi: 2013-02-28.
  18. Goldman, Eric (November 7, 2012). "Arrow Exclusive: Farscape and Stargate SG-1's Ben Browder to Play DC Comics Character Ted Gaynor". Arxivləşdirilib: [16] saytından 2013-03-14 tarixində. http://www.webcitation.org/6F6m2ZR0h. İstifadə tarixi: 2013-02-28.
  19. Ausiello, Michael (November 13, 2012). "Exclusive: Arrow Targets Fringe's Seth Gabel to Play Big Bad 'Vertigo'". TV Line. Arxivləşdirilib: [17] saytından 2013-03-14 tarixində. http://www.webcitation.org/6F6m4SeSM. İstifadə tarixi: November 17, 2012.
  20. Marnell, Blair (February 12, 2013). "Emily Bett Rickards Promoted For 'Arrow' Season 2". CraveOnline. Arxivləşdirilib: [18] saytından 2013-03-14 tarixində. http://www.webcitation.org/6F6mC2Yhv. İstifadə tarixi: February 22, 2013.
  21. Knox, David. "Airdate: Arrow. Bumped: The Following". http://www.tvtonight.com.au/2013/04/airdate-arrow-bumped-the-following.html.
  22. A DECADE IN THE MAKING: CTV UNVEILS 2012/2013 PRIMETIME SCHEDULES # # # FOUR NEW SERIES JOIN CTV THIS FALL; CTV TWO ADDS THREE NEW SERIES
  23. MuchMusic Fall 2012 Schedule
  24. 24,0 24,1 Munn, Patrick. "BSkyB Acquires UK Rights To ‘Arrow’, ‘Elementary’, ‘The Following’ & ‘Vegas’". TVWise. http://www.tvwise.co.uk/2012/07/bskyb-acquires-uk-rights-to-arrow-elementary-the-following-vegas/.
  25. "Səhv: {{Cite web istifadə edərkən}} no |title= specified". http://www.calle13universal.es/arrow.
  26. "Səhv: {{Cite web istifadə edərkən}} no |title= specified". http://www.seriesadictos.com/2013/07/15/arrow-se-estrena-el-18-de-julio-en-antena-3/.
  27. Munn, Patrick. "Səhv: {{Cite web istifadə edərkən}} no |title= specified". http://www.tvwise.co.uk/2012/10/sky1-sets-uk-premiere-date-for-arrow/.
  28. http://www.tvsa.co.za/showinfo.asp?showID=6038
  29. "2012 Winners". http://www.pressacademy.com/award_cat/current-nominees/. İstifadə tarixi: May 25, 2013.
  30. "2013 Logo NewNowNext Awards: And The Nominees Are…". http://www.newnownext.com/2013-logo-newnownext-awards-nominees/03/2013/. İstifadə tarixi: May 25, 2013.
  31. "The 39th Saturn Award Nominations". http://www.saturnawards.org/nominations.html. İstifadə tarixi: May 25, 2013.
  32. "TC News". http://www.teenchoiceawards.com/tcnews.aspx. İstifadə tarixi: May 25, 2013.
  33. "The 56th Canadian Society of Cinematography Awards". http://film-book.com/canadian-society-of-cinematographers-csc-awards-2013-winners/. İstifadə tarixi: March 26, 2013.

Xarici keçidlər


Həmçinin bax