Pol Allen

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Picto infobox character.png
Pol Allen
Fotoqrafiya
Doğum tarixi 21 yanvar 1953(1953-01-21)[1][2]
Doğum yeri Sietl, Vaşinqton[2]
Vəfat tarixi 15 oktyabr 2018(2018-10-15)[3][2] (65 yaşında)
Vəfat yeri Sietl, Vaşinqton[4][2]
Vəfat səbəbi qeyri-Hodgkin lenfoma[2]
VətəndaşlıqFlag of the United States.svg ABŞ
Peşəsiixtiraçı, informatik, kino prodüseri, mühəndis, musiqiçi, sahibkar, biznesmen, musiqi prodüseribəstəkar
İxtisasıinformasiya-kommunikasiya texnologiyaları
TəhsiliWashington State University
FəaliyyətiMicrosoft şirkətinin yaradıcılarından biri
IMDbID 0020885
paulallen.com
Commons-logo.svg Pol Allen Vikianbarda

Pol Allen (21 yanvar 1953 – 15 oktyabr 2018) — Microsoft şirkətinin qurucularından biri.

Həyatı

Pol Qardner Allen 1953-cü il yanvarın 21-də anadan olub. Çoxları onu Bill Qeytsin yaxın dostu və Microsoft şirkətinin banisi kimi tanıyır. Eyni zamanda o, dünyanın ən varlı adamlarından biridir. Pol Allen məşhur sahibkarlıq fəaliyyəti ilə yanaşı, həm də xeyriyyəçi kimi də çoxlarının rəğbətini qazanıb. İlk olaraq icazə verin sizə qəhrəmanımın ictimaiyyətə məlum olan sosial fəaliyyətinin görünən tərəfləri barədə məlumat verim. P.Allen çoxşaxəli fəaliyyəti ilə şöhrət qazanan çox az sayda insanlardan biridir. Yəqin mənimlə razılaşarsınız ki, eyni anda bir neçə şirkəti idarə etmək hər kəsə nəsib olmur. P.Allen isə eyni zamanda 3 şirkətin rəhbərliyində təmsil olunur. O, "Microsoft"la yanaşı, "Vulcan İnc" və "Charter Communications"-in də rəhbər postunda əyləşib. Buna baxmayaraq, onun biznes fəalliyyəti bunlarla da məhdudlaşmır. Çünki, Allen həmçinin "Digeo" və "Kiha Software"də, eləcə də daşınmaz əmlak holdinqlərində milyardlarla dollarlıq kapital qoyuluşu portfelinə malikdir. Həmçinin o, texnologiya, media və operativ informasiya tədarükçüsü kimi də mühüm uğurlara imza atıb. Allen həmçinin üç professional idman komandasına da sahibdir. Rəhbəri olduğu Sietl Seahauks Milli Basketbol klubu 2009-cu ildə Milli Liqada oynamağa başlamışdır. Pol idmana sərmayə yatırmaqla bərabər, idmandan gəlir əldə etməyi də yaxşı bacarır. Portlend idman geyimləri ilə yəqin ki, çoxlarınızın "tanışlığı" var. Bu brend adı altında istehsal olunan məhsullar Pol Allenin adı ilə bağlıdır.

Pol ziyalı ailəsində dünyaya göz açıb. Vaşinqtonun Sietl qəsəbəsində yerləşən orta məktəbdə təhsil alıb. Uşaqlıqdan Polun texnologiyaya böyük həvəsi olub. Bu həvəs onu həyatda ən yaxın sirdaşı və məsləkdaşı olan Bill Qeytslə yeni ideyalar ətrafında sıx birləşdirib. Onlar birlikdə kompyuter sistemində proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək üçün dərsləri bir kənara qoyub, öz dünyalarına qapılıblar. Hətta bu dünya onları elə sehrləyib ki, iki dost informasiya texnologiyaları üzrə dünyanın ən nəhəng şirkətinin əsasını qoyub. "Microsoft"u yaratmaq üçünsə onlar Harvard kimi məşhur Universiteti də tərk ediblər. Allen "Microsoft"a qədər Boston, Honeyuelldə proqramçı kimi fəaliyyət göstərib. Amma təbii ki, "Microsoft" onun fəaliyyətinin ana xəttini təşkil edib.

80-ci illərdə Allen həyatının ən pis anlarını yaşayıb. 1983-cü ildə ona "Hodgkin" xəstəliyi ilə bağlı diaqnoz qoyulub. Məlumat üçün qeyd edim ki, Hodgkin xəstəliyi xərçəngin bir növüdür. Sözügedən xəstəlik zamanı limfa damarlarında mövcud olan qan adi qandan fərli olaraq rəngsiz maye şəkilində olur. Normalda hüceyrələr müəyyən bir nizamda və lazım olduğu zaman bölündüyü halda bu xəstəliyin daşıyıcılarında bölünməyə ehtiyac duyulmadığı halda belə hüceyrələr bölünməyə davam edər. Bölünən yerdə hüceyrə miqdarının artması nəticəsində şiş yaranır ki, belə şişlər də xoş və bəd xassəli olmaqla iki yerə bölünür. Bəd xassəli şişlər daha çox öldürücü olsalar da, xoş xassəli şişlərin mütəmadi müalicə yolu ilə aradan qaldırılması mümkündür. Əks təqdirdə, balaca şişin bütün bədənə yayılma ehtimalı böyükdür. Xoşbəxtlikdən P.Allendə müayinələr nəticəsində şişin xoş xassəli olduğu müəyyənləşdirilir. Şüa terapiya və beyin sümüyünün transplantasiyası yolu ilə bir neçə aya Allenin müalicəsi müvəffəqiyyətlə nəticələnir. Sağalmasına baxmayaraq, o, "Microsoft"a qayıtmır. 2000-ci ilin noyabrında isə "Microsoft"-da tutduğu postdan gedir. Ancaq dostu Bill Qeytsin təkidi ilə 68 milyon səhminin olduğu Microsoftda icraedici böyük strategiya müşaviri kimi fəaliyyətini davam etdirir.

Əldə etdiyi uğurlarla yanaşı o həm də olduqca humanist insan olMuşdur. Varidatının böyük bir hissəsini xeyriyyəçiliyə həsr etməkdən böyük zövq alır. Pol Allen daha çox səhiyyə və xidmət sferası ilə əlaqəli olunan təşkilatlara, eləcə də elm və texnikanın inkişafına töhfə vermişdir. Hazırda Pol tərəfindən əsası qoyulan xeyriyyə fondu da fəaliyyət göstərir.

Allen Ailəsi Fondu adlanan bu xeyriyyə cəmiyyətinin əsası 1986-cı ildə qoyulmuşdur. Allen aldığı qrantların məbləği 30 milyon dollar civarındadır ki, həmin məbləğin 60 faizi Sietldə, Vaşinqton ştatına, 12 faizi Portlendə, 28 faiz Sakit okeanın Şimal-Qərbində yerləşən başqa şəhərlərdəki gəlirsiz təşkilatlara yönəldilir. Buna görə də o, "biznes xeyriyyəçi" si kimi tanınır. Onun maddi yardım ayırdığı layihə və müəssisələr arasında Experience Music Project, Memorial Science Fiction Museum_and_Hall of Fame, Flying Heritage Collection və Allen Telescope Array University of California, Berkeley və SETİ institutlarının adını çəkmək olar.

Allen qeyri-kommersiya korporasiya və tibbi tədqiqat təşkilatı kimi "Co Allen Patton"nun (Pol Allenin bacısı) da əsasını qoymuşdur. Tibb işçiləri bildirir ki, Allenin yaratdığı "Allen onurğa beyni xəritəsi" onurğa beyninin sirlərini açmaq üçün tədqiqatçılar üçün böyük potensiala malikdir. Belə ki, xəritə insan nevroloji pozulmaları üçün yeni müalicə metodu aşkar etmək imkanına malikdir.

Allen biotexnologiyaların inkişafına xüsusi maraq göstərir. O, Sietldə biotexnologiya mərkəzinin yaradılması üçün investisiya yatırmışdır.

P.Allen həmçinin, ən böyük şəxsi torpaq sahəsinə malikdir. Onun holdinqləri, şirkəti 10 000 000 kvadratmetrdən çox yaşayış sahəsini əhatə edir. Sietl tramvay xəttinin yenidən qurulması Polun ayırdığı maliyyə vəsaiti hesabına gerçəkləşdirilmişdir. Ümumiyyətlə Pol sərmayəsini daha çox ictimai maraqların təmin olunması üçün səfərbər etməyi xoşlayır. Allen 1993-cü ildən etibarən məşhur "Rose Garden" i (Qızılgül bağçası) də maliyyələşdirir. Həyata keçirdiyi məqsədyönlü işlər və onun səmərəli fəaliyyəti humanizm kimi yüksək titulla yanaşı, müxtəlif diplom və medallarla da qiymətləndirilmişdir.

Mənbə

İstinadlar