Portal:Coğrafiya

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search


redaktə  

γεωγραφία

Rotating earth (Very small).gif
Coğrafiya portalına
xoş gəlmisiniz!
MonthlyMeanT.gif



redaktə  

Qitələr


redaktə  

Cscr-featured.svg Seçilən məqalə

Edward S. Curtis Collection People 011.jpg

Alyaska yupikləri və ya qısa formada Yupiklər (öz dilində olan adı: Yupik və ya Yupiyak) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının qərb və cənub-qərb hissələrində yaşayan Yupik xalqları sinifinə daxil olan Eskimos mənşəli xalq. 5 yupik xalqı arasında ən çox əhalisi olanı Alyaska yupikləridir. Alyaska yupiklərinin digər xalqlardan fərqləndirən əsas cəhətlərdən biri, Alyaskada yaşayan ən böyük etnos olmalarıdır. Alyaskada 23 min nəfər Alyaska yupik soyundan olan şəxs yaşayır. Alyaska yupiklərində də digər yupik xalqları kimi ovçuluq və yığıcılıq əsas peşə sahəsi olmuşdur. Alyaskada çətin iqlimə öyrəşən Alyaska yupikləri əldə edilən istənilən növ qidanı qəbul etməyi mənimsəmişdilər. Burada əsasən bəzi növ dəniz canlıların ətlərinin çiy formada yeyilməsini qeyd etmək lazımdır. Digər yupik xalqları ilə qohumluq münasibətlərinin saxlanılmasına hər zaman önəm verilmişdir. Alyaska yupikləri ov zamanı, ovlanan heyvanların dərilərindən geyim və ayaqqabı kimi əşyaların hazırlanmasını digər dörd yupik xalqından qabaq başlamışlar.



redaktə  

Seçilən şəkil

Petroglyphs of Qobustan 2.jpg
Qobustan yazıları




redaktə  

Ölkələr

{{#switch: 8

1=
Flag of Germany.svg

Almaniya (alm. Deutschland [ˈdɔʏtʃlant], rəsmi adı: Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland) — Qərbi Avropada yerləşən dövlətdir. Şimalda [[Şimal də Hollandiya ilə həmsərhəddir. Almaniya 16 federal əyalətdən (alm. Bundesländer) ibarət parlamentli federal respublikadır. Paytaxt şəhər və inzibati mərkəz Berlin şəhəridir. Dövlət kimi Almaniya 1871-ci ildə Fransa-Prussiya müharibəsindən sonra birləşdirilmişdir. İkinci dünya müharibəsindən smalışko dəliAlmaniya 81.8 milyon əhalisi ilə AB-də say etibarilə ilk yeri tutur.

2=
Flag of Azerbaijan.svg

Azərbaycan və ya rəsmi Azərbaycan RespublikasıCənubi Qafqazda dövlət, Xəzər dənizi hövzəsində yerləşir. Şimaldan Rusiya (Dağıstan) Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan ərazisinin bir hissəsi Ermənistan Respublikası tərəfindən işğal edişkil edir.

3=
Flag of the United Kingdom.svg

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Krallıq (qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi işlədilir) – şimali-qərbi Avropa dövləti. Dövlətin tərkibinə Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi və çoxsaylı kiçik adalar daxildir. Kontinental Avropaya (Fransa vasitəsilə) La Manş kanalı ilə birləşir. Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, UelsŞimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Dövlətin hazırkı monarxı II Elizabetdir. Kraliça dünyanın daha 17 müstəqil dövlətin başçısı sayılır. Bunlar bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş Britaniya İmperiyasından qalma ərazilərdir.

4=
Flag of Brazil.svg

Braziliya və ya Braziliya Federativ Respublikası (portuqalca – República Federativa do Brasil) Cənubi Amerikanın ən böyük ölkəsidir. Coğrafi ərazisi və əhalisinin sayına görə, Braziliya dünyada 5-ci yerdə gedir. Əhalisinin sayına görə, Braziliya dünya demokratiyaları arasında 4-cü yeri tutur. Atlantik okeani ilə əhatə olunmuş ölkənin şərq sahilinin uzunluğu 7,367 kilometrdir. Şimalda Venesuela, Surinam, QayanaFransız Qvianası ilə sərhədi olan Braziliya, cənubda Uruqvay, cənub-qərbdə ArgentinaParaqvay, qərbdə BoliviyaPeru, şimal-qərbdə isə Kolumbiya ilə qonşuluq edir. Braziliyanın ərazi sularında bir çox adalar vardır: Penedos de São Pedro e São Paulo, Fernando de Noronha, Trindade e Martim VazAtol das Rocas.

5=
Flag of Spain.svg

Bütün dünya ölkələrindən qonaq qəbul edən gözəl dəniz kurortları ölkəsidir. Lakin İspaniya kurortları yalnız dəniz istirahəti yox, eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və bir çox başqa şeylərdən ibarətdir. Bu bölmədə İspaniya və onun kurortları haqqında ətraflı məlumat verilir.İncəsənət dünyasında öz muzeyləri ilə məşhurdur. müxtəlif tendensiyalar və dünya baxışları vəhdət halında yaşadığından burada hər kəs özünə qarşı səmimi və mehriban münasibət tapır, buna görə də Madrid açıq şəhər şöhrəti qazanmışdır. Qarışıq məhəllə labirintləri və gözəl sarayların harmoniya yaratdığı coşqun və enerjili şəhərdir.

6=
Flag of Italy.svg

İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica italiana) – Avropanın cənubunda dövlət. Əhalisi: təxminən 58 milyon. Etnik qruplar; italyanlar – 98%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlar. Orta uzunömürlülük (1992-ci il üçün); kişilərdə – 74 yaş, qadınlarda – 81 yaş. Doğum səviyyəsi (hər 1000 nəfərə) – 2. Ölüm səviyyəsi (hər 1000 nəfərə) – 10. Dövlət dili: italyan dili. Turizm sahəsində işləyən hər kəs ingilisfransız dillərini başa düşür. Alp dağlarının ətəklərində və Adriatik dənizi sahillərində alman dilini başa düşürlər. Sardiniya əhalisi katalon dialektində danışır.

7=
Flag of France.svg

Fransa Respublikası (fr. République Française) yaxud qısaca Fransa - Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorraİspaniya ilə qonşu olan Qərbi Avropada ölkə. Fransa Avropa İttifaqının qurucu üzvüdür. RusiyaTürkiyədən sonra Avropanın ən böyük 3-cü ölkəsidir. Əhalinin 94%-ni fransızlar, 5%-ni portuqallar, əlcəzairlilər, italyanlar, mərakeşlilər, türklər təşkil edir.

8=
Flag of Russia.svg

Rusiya Federasiyası (rus. Российская Федерация) – Avropanın şərq, Asiyanın şimal hissəsində yerləşmiş dövlət. Ərazisinə görə dünyada ən böyük dövlətdir – 17.075.400 km2 və ya bütün quru səthinin 11,46 % ( 1/9 )-i bu dövlətdədir. Paytaxtı Moskva şəhəridir. Rusiyanın əhalisi 141 903 979 nəfərdir, saya görə dünyada səkkizinci yeri tutur. Əhalisinin böyük əksəriyyəti – 73,1 % şəhərlərdə yaşayır. Əhalinin 79,83 %-ni ruslar təşkil edir. Dövlət dili rus dilidir. Ölkədə 10-20 milyon nəfər arası türk dilli xalqların nümayəndəsi yaşayır. Bunlar başlıca olaraq tatarlar, başqırdlar, çuvaşlar, azərbaycanlılar, saxalar, qumuqlar, qaraçay-balqarlar və digəriləridir.

9=
Flag of Turkey.svg

Türkiyə (türk. Türkiye), rəsmi adı Türkiyə Respublikası türk. Türkiye Cumhuriyeti). Paytaxtı Ankara olan və Köhnə Dünya adlandırılan Avropa, AsiyaAfrika qitələrinin bir birinə ən çox yaxınlaşdığı nöqtədə yerləşən ölkədir. Ölkə torpaqlarının böyük hissəsi Anadolu yarımadasında, bir hissəsi isə Balkan yarımadasının çıxıntısı olan Trakiyada yerləşir. Ölkə üç tərəfdən Aralıq dənizi, Qara dəniz və onlar arasında yerləşən Mərmərə dəniziEgey dənizi ilə əhatə olunur. Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycanİran, cənubdan İraqSuriya, qərbdən YunanıstanBolqarıstan ilə həmsərhəddir. Türkiyə yeddi müstəqil türk dövlətlərindən biridir. Əhalisinin əksəriyyəti İslam dininə inanır. Ölkənin rəsmi dili türk dilidir, lakin əhalinin 15.7 %-ni (ehtimal) təşkil edən kürdlər və [[zadə geniş işlədi

}}



redaktə  

Şəhərlər

Roma (it./lat. Roma) – İtaliyanın paytaxtı, eyni zamanda Roma əyalətinin və Latsio regionunun inzibati mərkəzi. 2,8 milyon nəfər əhalisi olan şəhər Tibr çayı üzərində yerləşir. Roma İmperiyasının paytaxtı olmuş Roma Avropanın ən qədim şəhərlərindən olub çox vaxt "əbədi şəhər", yaxud yeddi təpə üzərində yerləşdiyindən "yeddi təpə şəhəri" adlandırılır. Rəvayətə görə e.ə. 21 aprel 753-cü ildə Romul tərəfindən bünövrəsi qoyulmuşdur. Qədim Roma səlnaməçisi Liviusa görə hər şey latınların paytaxtı Alba Lonqanın hakimi Numitorun qardaşı Amuli tərəfindən devrilməsindən başlanmışdır. Qisasdan ehtiyat edən Amuli Numitorun qızı Rea Silvianın və Marsın oğulları Romul və Remi toxunma səbətə qoyaraq Tibr çayına atır. Xoşbəxtlikdən çayın sahilinə yan almış səbəti bir canavar taparaq əkizləri əmizdirir. Bir qədər sonra çoban Faustul canavarın əmizdirdiyi əkizləri aşkar edərək övladlığa götürüb böyüdür. Sonralar Mars əkizləri tapır. Əhvalatı bildikdən sonra Alba Lonqaya qayıdan əkizlər Amulini öldürüb Numitoru yenidən hakim edirlər. Mars onlara bir şəhər tikməyi tapşırır. Şəhər tikildikdən sonra ad qoymaqda və kimin hakim olacağını müəyyən etməkdə çətinlik çəkirlər. Rem şəhərin Rema, Romul isə Roma adlandırılmasını istəyir. Qarşıdurmada Romul Remi öldürür və şəhərin hakimi olur.



redaktə  

Adalar

Stromboli  — yerləşdiyi ərazi Siciliya
Stromboli
Stromboli Ort.JPG

Stromboli (lat. strongulē, yun. στρογγύλη — "girdə, dairəvi"; it. Stromboli, sic. Struògnuli) — Tirren dənizində İtaliyaya məxsus, Siciliyanın şimal şərqində yrləşmiş kiçik vulkanik ada. Stromboli vulkanik dağ əmələgəlmə nəticəsində formalaşmış bir adadır. Əsas sakinləri əsasən adanın şimal qərbində, üç kənddə, eləcə də iki ən böyüyü San Bartalo, San Vinisenso və kiçik Cinostra kəndlərində yaşayan sicilyalılardan ibarətdir. İnzibati cəhətcə bu kəndlər Messina əyalətinin Lipari kommunasına aiddirlər.



redaktə  

Dağlar/Vulkanlar

Böyük Qafqaz  — yerləşdiyi ərazi Qafqaz
Böyük Qafqaz
Albours.jpg

Böyük Qafqaz XəzərQara dəniz arasında yerləşən dağ sistemi, Alp-Himalay dağ qurşağının tərkib hissəsi. Cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikasının ərazisində Gürcüstan respublikası və Rusiyanın Dağıstan MR ilə sərhəddəki Tinov-Rosso (3385 m)zirvəsindən başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin Tinov-RossoBazardüzü zirvələri arasındakı hissəsinin yalnız cənub yamacı (şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür)və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin isə hər iki yamacı Azərbaycan ərazisinə daxildir. Baş Qafqaz silsiləsinin yan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir (buna görə o, bəzən Suayrıcı silsilə də adlanır). Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü - 4466 m, Tufandağ - 4191 m, Bazaryurd - 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. Baş Qafqaz silsiləsi Dübrar zirvəsindən (2205 m) şimal-şərqə doğru yelpikvarı şəkildə genişlənərək Xəzər dənizinə tərəf getdikcə alçalan və çay dərələri ilə bir-birindən ayrılan Gədi-Kürkeçidağ, Aladaş, Kəmçi və s. silsilələrə bölünür. Həmin silsilələr çoxlu daha kiçik və alçaq silsilələrə ayrılaraq Qobustan adlanan alçaq dağlıq sahəyə keçir, oradan da Abşeron yarımadasınadək davam edir.



redaktə  

Su hövzələri

Kur Azerbaijan Salian.jpg

Kür (türk. Kura, gürc. მტკვარი (Mtkvari)) — Qafqazda çay. Uzunluğu 1515 km olub üç ölkənin, Azərbaycan, TürkiyəGürcüstanın ərazisindən axır. Kür öz başlanğıcını Türkiyənin şimal-şərqindəki buzlaqlardan götürür, Türkiyə və Gürcüstandan keçərək Azərbaycan ərazisinə daxil olur. Burada Kür özünün ən böyük qolu olan Araz çayı ilə birləşərək, Xəzər dənizinə tökülür. Kürün Qafqaz ərazisindən axdığı yerlərdə insanlar bir neçə min il əvvəldən məskunlaşıblar. Kürün vadisində kənd təsərrüfatı işləri hesablamalara görə təxminən 4.500 il əvvəldən görülməyə başlanılıb. Kür vadisində yaşayan xalqlar böyük və inkişaf etmiş mədəniyyət yaratmağa müvəffəq olmuşdular. Lakin eramızdan təxminən 1200 il əvvəl bu xalqların yaşadıqları ərazilərin bir çoxu ya təbii fəlakətlər nəticəsində dağılmış, ya da xarici işğalçılar tərəfindən yerlə-yeksan edilmişdi. 20-ci əsrdə Kürdə daşqınların sayı daha da çoxalmağa başladı. Buna görə həmin əsrin 50-ci illərindən başlayaraq Kürdə çox sayda su anbarları və oradan kanallar in.a edilməyə başlandı. Əvvəllər Xəzər dənizindən Kür çayı vasitəsilə Tiflis şəhərinə qədər gəmi vasitəsilə üzərək getmək mümkün idisə, hazırda bu yol Su Elektrik stansiyalarının tikintisi səbəbindən bağlanılıb.



redaktə  

Bilirsinizmi



redaktə  

Bizim fauna

Azərbaycanda bəbirin arealının xəritəsi



redaktə  

Təbiət

Panthera pardus close up.jpg

Bəbir və ya qaplan (lat. Panthera pardus) — pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır. Bəbir sıçrayışının uzunluğuna (5-8 m) görə bir çox iri məməliləri geridə qoyur. Bəbirin xəzi qısa və sıxdır. Sarı və ya sarı kürən xəzində qara və qonur xallar səpələnmişdir. Bel, boyun və başının üstü rəngli, qarın və ayaqlarının iç tərəfi demək olar ki, ağdır. Quyruğu az tüklü olduğundan nazik görünür. Bəbirin xallı rəngi onu otların, kolların və ağacların yarpaqları arasında görünməz edir. Bəzən qara piqmentli melanist bəbir də olur (Hindistanda). Afrikada (Böyük Səhradan başqa), Ön və Cənubi Asiyada, Azərbaycanda nadir hallarda (LənkərandaNaxçıvanda), Cənub-Qərbi və Cənubi Türkmənistan dağlarında, Tacikistanın cənub hissəsində və Ussuri ölkəsində sıx meşələrdə və dağlarda yaşayır. Ömrü vəhşi təbiətdə 10-11, qapalı yaşam şəraitində (zooparkda) 21 ilədək ola bilir. Əsasən, cütdırnaqlı heyvanları, quşları və gəmiriciləri ovlayır.



redaktə  

Təbiət qoruqları

Coğrafiya  — yerləşdiyi ərazi Azərbaycan
Coğrafiya
Qızılağac Dövlət Təbiət Qoruğu

Qızılağac dövlət təbiət qoruğu1929-cu ildə Xəzər dənizi (gölü) sahilinin cənub-qərbində 88,4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır. Ərazisi və ətrafı su, bataqlıq və yarımsəhra bitkiləri ilə zəngindir. Qoruq 1976-cı ildə (SSRİ dövründə) YUNESKO-nun siyahısına "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyanın su bataqlıq regionunun biri kimi daxil edilmişdir. Qızılağac və Kiçik Qızılağac kərfəzləri və onların sahil zolaqlarını əhatə edir. Təqribən 50%.i su akvatoriyasıdır. Su qöşlarının qışladığı əsas yerlərdəndir. Sahil zonasında göl və bataqlıqlar var. Azərbaycan müstəqilliyini elan etdikdən sonra həmin Konvensiyaya qoşulmuş və qoruq 2001-ci ildə yenidən Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilmişdir.



redaktə  

Təbiət möcüzələri

Coğrafiya  — yerləşdiyi ərazi Braziliya
Coğrafiya
İquasu şəlaləsi
Iguacu-004.jpg

İquasu şəlaləsi (isp. Cataratas del Iguazu, port. Cataratas do Iguaçu) — Cənubi Amerika qitəsində, Braziliya ilə Argentinanın sərhəddində, İquasu Milli Parkının ərazisində yerləşən, 1984 cü ildə UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmiş təbiət abidəsi. “Iguazu” quarani dilində “I” - su və “guasu” - böyük deməkdir. Şəlalə ətrafı ərazilərinin yerli sakinləri quaranilərkaynqanqlar sayılırlar. Şəlaləni ilk aşkar edən avropalı konkistador Kabesa de Vaka hesab edilir. O, 1541 ci ildə Eldorado ölkəsinin xəzinəsini axtarmaq məqsədilə Parana çayını cəngəlliklərin arası ilə üzü yuxarı üzərkən İquasu şəlaləsini aşkar etmiş və onu isp. Considerable - “əhəmiyyətli” adlandıraraq, “su qovucuqları suyun səthindən yüksəkliyə sıçrayır”.



redaktə  

Təbii yataqlar

Coğrafiya  — yerləşdiyi ərazi Xəzər dənizi
Coğrafiya
Azəri-Çıraq-Günəşli

Azəri-Çıraq-Günəşli - Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı. Bakıdan təxminən 120 km şərqdə yerləşən bu yataq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkәti (ABƏŞ) adından BP şirkəti tərəfindən işlənir. AÇG neft yatağı iki əsas lay dəstindən ibarətdir: Fasilə və Balaxanı. Konsorsium əvvəlcə hasilata Fasilə layından başlayıb, sonra isə Balaxanı layına keçəcək. AÇG-də hasilat 1997-ci ilin noyabr ayında başlamışdır. 2011-ci ilin məlumatına görə AÇG yatağında beş platforma fəaliyyət göstərir. ABƏŞ konsorsiumunun sifarişi əsasında Qərbi Çıraq yatağı üçün növbəti, altıncı platformanın tikintisinə 2010-cu ildə başlanılıb. Platformanın tikintisinın 2013-cü ilin mart ayında başa çatdırılaraq istifadəyə verilməsi planlaşdırılır.

  • Çıraq platforması - Çıraq platforması Bakıdan 120 kilometr şərqdə Xəzər dənizində yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. Bu platforma Azəri-Çıraq-Günəşli (AÇG) yatağından İlkin neft adlanan neftin hasilatna başlamaqla 1997-ci ildən istismardadır.



redaktə  

Coğrafiyaşünaslar

Amerigo Vespucci01.jpg

Ameriqo (Ameriko) Vespuççi (it. Amerigo Vespucci, lat. Americus Vespucius; 9 mart 1454, Florensiya, Florensiya Respublikası22 fevral 1512, Sevilya, İspaniya) — florensiyalı səyyah, adı ilə Amerika qitəsinin adlandırıldığı ehtimal olunur. Amma digər bir fərziyyəyə görə o artıq özünü mövcud qitənin şərəfinə bu cür adlandırıb. Xristоfоr Kоlumbun "Amerikanı" kəşf etməsi pоrtuqalları ciddi narahat etməyə başladı. Verdikləri "hədiyyəni" geri qaytarmaq bir nömrəli prоblemə çevrilmişdi. Lakin ispanlar Amerika qitəsini şimallı-cənublu öyrənməkdə davam edirdilər. Yeni Dünyanın tədqiq edilməsində artıq Ameriqо Vespuççi görkəmli şəxsiyyət sayılırdı. Yazılarına əsaslansaq о, 4 dəfə – 1497, 1499, 1501, 1503-cü illərdə Amerikada оlmuşdur.



redaktə  

Kateqoriyalar



redaktə  

Coğrafiyadan maraqlı faktlar

Manicouagan-EO.JPG

Manikuaqan gölündə yerləşən Rene-Levasser adasi sahəsinə görə gölün özündən böyükdür.



redaktə  

Bu ayda...

Map of the War of the Pacific.en.svg

(Arxiv...)



redaktə  

Əlaqəli portallar



Europe (orthographic projection).svg
Members of Asian Tennis Federetaion.png
Africa (orthographic projection).svg
BK North America (orthographic projection).png
Location South America.png
Oceania (orthographic projection).svg
Antarctica (orthographic projection).svg
Avropa Asiya Afrika Şimali Amerika Cənubi Amerika Avstraliya və Okeaniya Antarktida



Coğrafiya Vikixəbərdə     Coğrafiya Vikisitatda     Coğrafiya Vikikitabda     Coğrafiya Vikimənbədə     Coğrafiya Vikilüğətdə     Coğrafiya Vikiversitetdə     Coğrafiya Vikimedia Kommonsda
Xəbərlər Sitatlar Dərsliklər & Mətnlər Mətnlər Sözlər Dərs mənbələri Şəkillər & Mediya
Wikinews-logo.svg
Wikiquote-logo.svg
Wikibooks-logo.svg
Wikisource-logo.svg
Wiktionary-logo.svg
Wikiversity-logo.svg
Commons-logo.svg