Vikipediya:Qaralama dəftəri

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search

Burada məqalələrin necə redaktə edilməsini öyrənin. Zəhmət olmasa sınaq üçün istədiyiniz mətni aşağıdakı xəttin altından yazın.


Yuxarıda redaktə düyməsini basın və açılan boş səhifəyə istədiyiniz mətni yazın. Mətni yazdıqdan sonra "Səhifəni qeyd et" düyməsini basmağı unutmayın.



MİKAYIL YANAR

Azərbay¬can Yazıçılar Birliyinin (2000-ci ildən) və Azər-bay¬¬can Jur¬na¬listlər Birliyinin (1986-cı ildən) üzvü, şair-pub¬lisist Rəhimov Mikayıl Binnət oğlu 1938-ci il mayın 15-də Tovuz rayo¬nunun Qovlar qəsəbəsində anadan olmuşdur. Burada yed-diillik, Samux rayonunun Qarayeri qəsəbəsində onillik məktəbi bitirdik¬dən sonra ordu sıralarında xidmət etmişdir (1958-1959). Xanlar Pedaqoji Texnikumunda təhsil almışdır (1959-1961). Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində qiyabi təhsil almışdır (1966-1972). 1977-1979-cu illərdə Azərbaycan KP MK-nın Kirovabad şəhərindəki marksizm-leninizm universitetinin təbliğatçı fakültəsini bitirmişdir. Əmək fəaliy¬yətinə təyinatla göndərildiyi Şabran (keçmiş Dəvəçi), Abşeron rayonlarının Gəndob orta ümümtəhsil məktə-bində müəllim, Surra, Baş Əmirxanlı, Padar kənd ibtidai məktəb-lərində məktəb müdiri kimi başlamışdır (1961-1964). Samux rayonunun Qarayeri qəsəbə orta məktəbində müəl¬lim işləmişdir (1964-1973). "Gəncənin səsi" qəzeti redaksiyasında müxbir işləmişdir (1974-1992). Gəncə şəhər 7 saylı orta ümum¬təhsil məktəbində mü¬əllim (1992-2011), Nizami Ev Muzeyində fond müdiri vəzi-fəsində işləmişdir (1992-1999). Bədii yaradıcılığa 50-ci illərdən başlamışdır. 1956-cı ildən Azərbaycan Yazıçılar İttifaqı Gəncəbasar filialının üzvü olmuşdur. İlk qələm təcrübələri "Namuslu zəhmət" (Samux rayonu), “Kom¬mu¬nist əməyi” (Xanlar rayonu) və "Gəncənin səsi" qəzetlərində dərc edilmişdir (1957-1958). Dövri mətbuatda, almanaxlarda şeir¬ləri dərc olunmuşdur. Bir çox ölkə nəşriyyatlarında, o cümlədən 1980-ci ildə Ukraynanın "Donbas" və Azərbaycanın "Yazıçı" nəşriy¬yat¬larının birgə buraxdığı "Rodnik bratstva" kitabında şeirləri dərc edilmişdir. "Azərbaycan Uşaq Ədəbiyyatı antologiyası" kitabında (Bakı-2014) şeirləri nəşr edilmişdir. 2015-ci ildə Türkiyənin "Sahilkitab" nəşriyyatının burax-dığı "Avrasiya Şairleri Antolojisi" kitabının 2-ci cildində tərcü-meyi-halı və şeirləri çap olunmuşdur. Azərbaycan Respublikası, Müharibə, Əmək, Silahlı Qüv-və¬lər, Mühafizə orqanları, Veteranlar Şurası və Azərbaycan Ağ-saq¬qallar Şurası Gəncə şəhər Təşkilatının plenum və idarə he-yətlərinin üzvüdür. Gəncədə fəaliyyəti bərpa edilmiş "Divani-hikmət" ədəbi məclisinin idarə heyətinin üzvü olmuşdur (2009). 2011-ci ildən təqaüdə çıxmışdır.

Əsərləri:

1. Sabahımdan nigaranam, (Şeirlər və poemalar). B, Səda, 1996, 56 səh., 500 nüs. 2. Dünyanın yalan üzü, (Şeirlər və poemalar). B., Səda, 1998, 88 səh., 500 nüs. 3. Zəmanə duelə çağırır məni, (Şeirlər). "Gəncə" nəşriy¬yatı, 2003, 128 səh., 300 nüs. 4. Nəğməli ağaclar, (Şeirlər). Gəncə, 2008, 68 səh., 200 nüs. 5. Üzeyir dünyası, B., (Poema. 1-ci nəşr). «Azərnəşr», 2009, 80 səh., 500 nüs. 6. Dağ çayı, (Şeirlər). «Gəncə», 2009, 80 səh., 200 nüs. 7. Ağ qartal, (Şeirlər). «Gəncə», 2010, 38 səh., 100 nüs. 8. Gəncənin dastanı, (1-ci kitab, Ədəbi-bədii, tarixi salnamə). B., «Azərnəşr», 2012, 240 səh., 100 nüs. 9. Qədim Gəncə, Yeni Gəncə, (Şeirlər). B., «Zərdabi LTD» MMC Nəşriyyat Poliqrafiya müəssisəsi, 2015, 112 səh., 100 nüs. 10. Üzeyir dünyası, (Poema) 2-ci nəşr, əlavələrlə. B., «Azər-baycan Dövlət Nəşriyyatı», 2015, 112 səh., 100 nüs. 11. Gəncənin dastanı, (2-ci kitab, Ədəbi-bədii, tarixi salna-mə). B., «Azərnəşr», 2017, səh.552, 300 nüs.