İstanbul

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Şəhər
Picto infobox map.png
İstanbul
türk. İstanbulrum. Istanbul
Istanbul collage 5j.jpg

41°01′0″N 28°58′0″E / 41.01667°N 28.96667°E / 41.01667; 28.96667Koordinatlar: 41°01′0″N 28°58′0″E / 41.01667°N 28.96667°E / 41.01667; 28.96667


Ölkə Flag of Turkey.svg Türkiyə
Tabesində 39 ilçə
Region Mərmərə
Bələdiyə başçısı Mövlud Uysal
YaradılıbE.ə 667
Sahəsi5.461 km2
Hündürlüyü537
Saat qurşağıUTC+3
Əhalisi14,804,116 nəfər
Sıxlığı2,684 nəf./km²
Rəsmi diliTürk dili
Telefon kodları212 (Avropa tərəfi)
216 (Asiya tərəfi)
Poçt indeksi34000, 34990
Nəqliyyat kodu34
Rəsmi saytwww.istanbul.gov.tr  (türk.)
Xəritə
İstanbul — yerləşdiyi ərazi Türkiyə
İstanbul
VikiAnbarda Commons-logo.svg əlaqəli mediafayllar
Vikidatada redaktə et: Vikidatada redaktə et

İstanbul (türk. İstanbul) — Türkiyənin ən böyük şəhəri, dəniz limanı, ölkənin sənaye-ticarət və mədəniyyət mərkəzi. Roma İmperiyası, Bizans İmperiyasının və Osmanlı İmperiyasının paytaxtları olmuşdur. Yunan qaynaqlarında "Byzantion", rus mənbələrində "Tsarqrad", Şərqi Roma İmperiyası dövründə "Konstantinopol" adlandırılmışdır. Bosfor boğazının sahilində və əfsanələrə görə yeddi təpə üzərində qurulmuşdur. Şəhər iqtisadi böyüklüyünə görə dünyada 7-ci, əhali baxımından bələdiyyə sərhədləri göz önünə alınaraq edilən sıralamağa görə Avropada ilk sırada gəlir.

İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə sahili və Boğaziçi boyunca, Halıçın də çevrələyəcək şəkildə qurulmuşdur. İstanbul qitələrarası bir şəhər olub, Avropadakı hissəsinə Avrupa Yakası və ya Rumeli Yakası, Asiyadakı hissəsinə isə Anadolu Yakası və ya Asya Yakası deyilir.

Tarixdə ilk olaraq üç tərəfi Mərmərə dənizi, Boğaziçi və Haliçin qucaqladığı bir yarım ada üzərində qurulan İstanbulun qərbdəki sərhədini İstanbul qala divarları meydana gətirməkdədir. İnkişaf və böyümə müddətində divarın hər səfərində daha qərbə ilərləyərək inşa edilməsiylə 4 dəfə genişlədilən şəhərin 39 ilçəsi var. Sərhədləri içərisində isə böyük şəhər bələdiyyəsi ilə birlikdə cəmi 40 bələdiyyə var.

Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul eramızın 330-395-ci illəri arasında Roma İmperiyasının, 395-1453-cü illər arasında Bizans İmperiyasının, 1453-1922-ci illər arasında Osmanlı İmperiyasının paytaxtı olub. Bundan başqa İstanbul, xilafətin Osmanlı İmperiyasına keçdiyi 1517-ci ildən ləğv edildiyi 1924-cü ilədək sünni İslamın da mərkəzi idi. Almaniyanın EssenMacarıstanın Peç şəhərləri ilə birgə İstanbul 2010-cu ildə Avropanın mədəniyyət paytaxtlarından biri elan edilmişdir.

Toponomika

Şəhərin ilk adı Vizantiya olmuşdur. Bu ad ilk dəfə Meqara kolonistləri tərəfindən verilib.[1] İstanbul adına tarixdə ilk dəfə 10-cu əsrərəb, sonradan türk mənbələrində rast gəlinir. Adın xüsusi ad olan Bizasdan törədildiyi düşünülür. Qədim Yunan ənənəsi bu adın yunan kolonistlərin əfsanəvi bir kralına aid olmasını istinad edir. Müasir alimlər fərziyyələrə əsasən Bizas adının Frakiya və İliriya mənşəli olduğunu deyirlər.[2] I Konstantin 330-cu ildə Roma İmperiyasının şərq paytaxtı təyin etmişdir.[1]O, həmçinin "Nova Roma" və yunan versiyası Νέα Ῥώμη adını tanıtmağa çalışdı. Lakin bu ad geniş istifadə edilməmişdi.[3] Konstantinopol cümhuriyyət qurulana qədər qərbdə şəhər üçün ən geniş yayılmış ad idi. Konstantiniyyə (Osmanlı türkcəsində: قسطنطينيه) və İstanbul Osmanlı İmperiyasının hakimiyyəti dövründə şəhərə verilmiş adlar idi.[4] Osmanlı dövründə (15-ci əsrin ortalarından etibarən) şəhərə müraciət etmək üçün Konstantinopolun istifadəsi tarix tərəfdən yanlış olmasada, türklər tərəfindən siyasi tərəfdən yanlış qəbul edilir.[5] 19-cu əsrdə şəhər əcnəbilər və ya türklər tərəfindən istifadə olunan digər adları əldə etmişdi. Avropalılar Konstantinopolis adını bütün şəhərə müraciət etmək üçün istifadə edirdilər. Stambul adını isə türklərin etdiyi kimi Mərmərə dənizi və Haliç arasındakı bölgəni adlandırmaq üçün istifadə etdilər.[5]

1930-cu ilə dək beynəlxalq sənədlərdə şəhərin rəsmi adı Konstantinopol (türk. Kostantiniyye) kimi qeyd edilirdi.

İstanbulun da qədim adları sayılan, "Konstantinopol – Yeni Roma və Ümumdünya patriarxı Müqəddəs Arxiyepiskopu"nun rəsmi titulunda saxlanan Yeni Roma və ya İkinci Roma (yun. Νέα Ρώμη / Nea Romi, lat. Nova Roma), və 330-cu ilə qədər istifadədə olan Bizans (yun. Βυζάντιον / Bizantion) adlarıdır. Bəzi slavyan xalqlarında, habelə orta əsr rus mənbələrində şəhər həmçinin Царьград (Tsarqrad) və ya Константинов град (Konstantinov qrad), bolqarserb dillərində isə Цариград (Tsariqrad) kimi işlənirdi.

1923-cü ildə Böyük Millət Məclisi Höküməti beynəlxalq səviyyədə tanındıqdan sonra Türkiyə Cümhuriyyətinin əsası quruldu, həmin ilin 13 oktyabrında isə Türkiyənin paytaxtı Ankara şəhəri elan edildi. 28 mart 1930-cu ildə isə Türkiyədə bütün sənədlərdə İstanbul yazılması barədə qərar qəbul edilidi.[6][7][8]

Türkiyənin İstanbul şəhəri dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. 15-ci əsrədək Bizansın paytaxtı olmuş bu şəhərin siması islam-türk mədəniyyətinin verdiyi töhfələrlə daha da gözəlləşmişdir.

Tarixi

Əsas məqalə: İstanbul tarixi

İstanbul ərazisində ilk yaşayış qalıqları şəhərin Asiya hissəsində tapılıb və neolit dövrünə aiddir.Məşhur Topqapı yaxınlığındakı tikinti xarabalıqları isə tunc dövrə aiddir.

1453-ci il may ayının 29-da Osmanlı ordusu tərəfindən Bizansdan alınaraq Osmanlının paytaxtı elan edilib. İstanbulun Topqapı Sarayında yazılıb: "Peyğəmbər, ruhun şad olsun, şəhər müsəlmanlarındır".[9]

İstanbul dünyada iki qitədə yerləşən və Roma, Bizans və Osmanlı kimi üç böyük imperiyanın 2000 ildən artıq müddətdə paytaxtı olmuş şəhərdir.

İqtisadiyyatı

İstanbul, Türkiyənin iqtisadi cəhətdən ən böyük şəhəridir.

İstanbul Türkiyənin ən böyük şəhəri və siyasi olaraq qədim paytaxtıdır. Torpaq və dəniz ticarət yollarının kəsişməsi ve strateji mövqeyi səbəbi ilə Türkiyədə iqtisadi həyatın mərkəzi olmuşdur. Şəhər eyni zamanda ölkədə ən böyük sənaye zonasıdır. Türkiyədəki ümumi sənaye istehsalının 20%-i İstanbulun payına düşür.

Maraqlı faktlar

  • İstanbul — iki qitədə yerləşən nadir şəhərlərdən biridir — AvropaAsiya.
  • Əhalisinin mütləq hissəsi müsəlman olan ölkədə Konstantinopol pravoslav kilsəsinin Mərkəzi və Konstantinopol – Yeni Roma və Ümumdünya patriarxı Müqəddəs Arxiyepiskopunun iqamətgahı yerləşir.
  • Bütün tarixi boyu şəhər 10 Roma, 82 Bizans İmperatorunun və 30 Osmanlı sultanın iqamətgahı olmuşdur.
  • İstanbul uzununa 150 km, eninə 50 km ərazini tutur.Şəhərdə hər il təqribən 30 yeni küçə meydana gəlir, yeni yaşayış massivləri salınır.
  • Türkiyənin hər 5 vətəndaşından biri İstanbulda yaşayır.
  • Hər il İstanbula 9 milyon turist səfər edir.

Qalereya

Bosfor boğazıMərmərə dənizindən İstanbulun panorama görüntüsü.


Qardaş şəhərlər

Xarici keçidlər

İstinadlar

  1. 1,0 1,1 Room 2006, ss. 177
  2. Georgacas 1947, s. 352ff.
  3. Gregory 2010, ss. 62–3
  4. Necipoğlu 2010, s. 262
  5. 5,0 5,1 Masters & Ágoston 2009, s. 286
  6. Robinson, Richard D. (1965). The First Turkish Republic: A Case Study in National Development. Cambridge: Cambridge University Press.
  7. BBC — Timeline: Turkey
  8. Room, Adrian, (1993), Place Name changes 1900—1991, Metuchen, N.J., & London:The Scarecrow Press, Inc., ISBN 0-8108-2600-3 p. 46, 86.
  9. – Istanbul chat