Ox (II mövsüm)

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
DVD üz şəkli
DVD üz şəkli
ÖlkəFlag of the United States.svg ABŞ
Seriya sayı23
Ekranlaşdırma
Orijinal kanalThe CW
Orijinal efir9 oktyabr 2013 (2013-10-09) – 15 may 2013 (2013-05-15)
Mövsüm xronologiyası
← Əvvəlki
I mövsüm
Sonrakı →
III mövsüm
Ox teleserialının seriyaları

Ox teleserialının ikinci mövsümünün premyerası The CW telekanalında 10 oktyabr 2013-cü ildə baş tutmuşdur. 14 may 2014-cü ilə kimi davam edən ikinci mövsüm ərzində ümumilikdə 23 seriya təqdim edilmişdir. Teleserial Mort Veyzinger və Corc Papp tərəfindən yaradılmış, ədalətsizlik və cinayətkarlığa qarşı mübarizə aparan kostyumlu DC Comics qəhrəmanı Yaşıl Oxun macəralarına əsaslanmışdır. İkinci mövsümdə serialın şourannerləri Qreq Berlanti, Mark Quqqenheym və Endryu Kreysberq olmuşdur.

İkinci mövsümdə beş il adada yaşadıqdan sonra doğma şəhəri Starlinq-sitiyə qayıdan keçmiş milyarder və pleyboy Oliver Kuin (Stiven Amell) şəhərdə cinayətkarlıq və ədalətsizliklə mübarizə aparır. Bu işdə ona Con Diql (Devid Ramsi) və Felisiti Smouk (Emili Bett Rikards) kömək edirlər. Mövsümdə Oliverin qarşılaşdığı əsas düşmən vaxtilə birgə adada olduqlar Sleyd Uilson (Manu Bennett) olur. Oliver Roy Harperi (Kolton Heyns) köməkçisi kimi qəbul edir və zabit Kventin Lenslə (Pol Blektron) birgə çalışmağa başlayır. Oliver mövsümdə başqa bir tərəfdar da qazanır, bu, əvvəl öldüyü güman edilən Sara Lensdir (Keyti Lotz). Fleşbeklərdə Oliverin Lian Yu adasında keçirdiyi dövrdən bəhs olunur, onun Doktor Entoni İvo (Dilan Nil) ilə qarşılaşması, Sleyd, Sara və Şado (Selina Jade) ilə birgə çalışması göstərilir.

İkinci mövsümdə gələcəkdə spin-off kimi inkişaf etdirilməsi nəzərdə tutulan Fleş personajları o cümlədən Barri Allen təqdim edilmişdir. İkinci mövsüm əsasən müsbət rəylər almış, hər həftə orta hesabla 3.28 milyon izləyici toplaya bilmişdir. İkinci mövsüm on beş nominasiyada müxtəlif mükafatlara namizəd göstərilmişdir. 16 sentyabr 2014-cü ildə ikinci mövsüm DVD formatda satışa çıxarılmışdır.

Məzmunu

I mövsümün sonunda Malkolm Merlinin süni zəlzələ yaradan qurğunu işə salması ilə Starlinq-sitinin Qleyds rayonunun böyük bir hissəsi dağılır, çoxlu sayda insan o cümlədən Malkolmun oğlu və Oliver Kuinin uşaqlıq dostu Tommi Merlin vəfat edir. Oliverin anası Moyra Kuin ailəsi təhdid altında olduöuna görə Malkolma kömək etdiyini etiraf edir və həbs olunur. İkinci mövsümdə şəhəri və dostunu xilas edə bilmədiyinə görə mənəvi əziyyət çəkən Oliver yenidən beş il yaşadığı adaya qayıdır. Uzun müddət davam edən axtarışlardan sonra Felisiti və Con Diql onu tapmağa və şəhərə qaytarmağa müvəffəq olurlar. Moyranın həbsdə, Oliverin isə adada olduğu müddətdə İzabel Roşe ailə şirkəti olan "Queen Consolidated"ə nəzarəti ələ keçirir.

Adadan qayıtdıqdan sonra Oliver şəhərdə olmadığı müddətdə çoxlu sayda özünü ona oxşadan küçə qəhrəmanlarının peyda olmasınln şahidi olur. Şəhərdə ədalətsizliklə mübarizə aparanlardan biri isə qara geyimli sarışındır. Bir müddət sonra Oliver Sara Lensin adada ölmədiyini və şəhərə qayıtdığını, qara geyimli döyüşçü qızın isə məhz Sara olduğunu öyrənir. Məlum olur ki, Saranın xilas olmasında Ras al-Qulun rəhbərlik etdiyi Qatillər liqası böyük rol oynayıb. Liqanın döyüşçü kimi dərs verdiyi Sara, həm də Rasın qızı Nisə al-Qulla sevgili olub.

Bir müddət sonra Oliver adada öldürdüyünü düşündüyü Sleyd Uilsonun (Detstrouk) da Starlinq-sitiyə gəldiyini və Oliverdən qisas almağa hazırlaşdığını öyrənir. Sleyd Oliverin anası ilə yaxınlaşaraq, seçkiqabağı kompaniyada ona köməyini təklif edir. Oliver və Felisiti Sleydin külli miqdarda mirakuru (Yaponiyada təcrübələr nəticəsində yaradılmış, insanı qəzəbli və güclü super döyüşçüyə çevirən dərman) istehsalına hazırlaşdığını başa düşürlər. Sleyd mirakuru vasitəsiylə yenilməz əsgərlər ordusu yaratmaq, daha sonra isə Oliverin sevimli şəhərini tutaraq xarabalığa çevirməyi planlaşdırır. Sleydin mirakurunu təcrübədən keçirdiyi şəxslərdən biri də Roy Harper olur. Oliver Royu xilas edir və qəzəbini idarə etməyi öyrətməyə çalışır. Mirakurunun təsiri ilə törədilmiş qətllərin araşdırılması üçün Starlinq-sitiyə Sentral-sitidən gənc məhkəmə ekspertizaçısı Barri Allen gəlir. Barri, anasının da oxşar güclü naməlum şəxs tərəfindən qətlə yetirildiyini və buna görə də belə cinayətlərin araşdırılmasında maraqlı olduğunu deyir. Barri və Felisiti arasında romantik hisslər yaranır və bu, Oliverdə qısqanclıq hisslərinin baş qaldırmasına səbəb olur. Bir müddət sonra öz şəhərinə qayıdan Barrini şimşək vurur və o, komaya düşür.

Sleydin Teyaya əsl atasının Robert Kuin yox, Malkolm Merlin olduğunu deyir və bu, onun anası və qardaşına olan inamının itməsinə səbəb olur. Eyni zamanda, Sleyd Lorel Lensə Kapüşon altında gizlənən adamın Oliver Kuin olmasını da xəbər verir. Bundan sonra Oliver, Moyra və Teyanı qaçıran Sleyd uşaqlarının gözü qarşısında Moyranı öldürür. Sleydin ayaratdığı məğlubedilməz əsgərlər ordusu şəhəri dağıtmağa başlayır. Bu arada Oliver Sentral-sitidə S.T.A.R. Labs tərəfindən yaradılmış mirakuruya qarşı antidotu əldə edir. Onun özünə idarəni itirmiş insanlara yeridilməsində isə Saranın köməyinə gəlmiş Qatillər liqası döyüşçüləri də iştirak edirlər. Felisitinin iştirakı ilə Sleyd Uilson da zərərsizləşdirilir və Yuan Li adasındakı həbsxanaya salınır.

Rollarda

Əsas heyət

İkinci heyət

Qonaq ulduzlar

Seriyalar

Serialda
No.
Mövsümdə
No.
Başlıq Rejissor Ssenari müəllifi Orijinal efir vaxtı İstehsal
kodu
ABŞ izləyiciləri
(milyon)
241 Qəhrəmanlar şəhəri Con BerinqHekayə: Qreq Berlanti
Ssenari: Endryu Kreysberq & Mark Quqqenheym
9 oktyabr 2013 (2013-10-09)2J74512.74[12]
Tomminin ölümündən sonra dostunu və şəhəri xilas edə bilmədiyinə görə özünü günahlandıran Oliver yenidən adaya qayıdır. Lakin, Diql və Felisiti onu taparaq evə qaytarırlar. Oliver doğma şəhərində vəziyyətin düşündüyündən də pis olduğunun şahidi olur: İzabel Roşen başsız qalan “Queen Consolidated”şirkətinin məcburi birləşdirilməsini həyata keçirməyə çalışır, Teya isə həbsxanada olan anası Moyranı ziyarət etmək istəmir, Roy Oxun yoxluğundan yaranan boşluğu doldurmağa çalışır, Lorel isə Qisasçını tutmaq üçün Dairə Prokurorunun ofisində işləyir. Oliver ilk öncə özünü Kapüşona oxşadanlara qarşı mübarizə aparmalı olur. Roy, qadınları kişilərin təcavüzündən qoruyan sarışın qızla qarşılaşır. Fleşbeklərdə Sleyd Uilson, Şado və Oliverin çıxılmaz vəziyyətə düşməsi göstərilir. 
252 Şəxsiyyət Nik CopusBen Sokolowvki & Bet Şvartz16 oktyabr 2013 (2013-10-16)2J74523.06[13]
Oliver öyrənir ki, Qleyds xəstəxanasına göndərilən dərmanlar mütəmmadi olaraq oğurlanır. Roy oğurların qarşısını almağa çalışsa da onun missiyası uğursuzlula nəticələnir, üstəlik özü də polis nəfəri Lens tərəfindən həbs olunur. Dərmanların yükləndiyi maşını izləyən Oliver Çinli ağ, onun yeni tərəfdaşı, Bürünc pələng adı ilə tanınan Ben Törner və digər dəstə üzvləri ilə qarşılaşmalı olur. Bu arada Lorel Oxu ələ keçirməyə çalışır, Teya isə Roy qarşısında şərt qoyur. 
263 Sındırılmış gəlincklər Qlen UinterMark Quqqenheym & Keto Şimizu23 oktyabr 2013 (2013-10-23)2J74532.89[14]
Lens öyrənir ki, yaraşıqlı qızları tutuaraq öldürən və onlardan oyuncaq düzəldən cinayətkar Barton Matis zəlzələ zamanı həbsxanadan qaçmağa müvəffəq olub və yenidən qızları öldürməklə məşğuldur. Felisiti özünü tələ kimi təqdim edir ki, Diql, Lens və Ox fürsətdən istifadə edərək cinayətkarı tuta bilsinlər. Lakin onların planı istədikləri kimi baş tutmur. Matis Lorel və onun atasını qaçıraraq qızı atasının gözləri önündə öldürməyi planlaşdırır. Teya və Oliver Dairə Prokuroru Adam Donnerin Moyra üçün ölüm hökmü çıxarılmasına çalışdığını öyrənir. Oliver Roydan Bülbülü tapmaqda ona kömək etməyi xahiş edir. 
274 Sərt sınaqlar İql İqilssonEndryu Kraysberq & Vendi Merikl30 oktyabr 2013 (2013-10-30)2J74542.37[15]
Mer ləqəbi ilə tanınan silah tacirinin dəstəsi şəhərdə narahatçılıqlar yaradır. Şəhər məsləhətçisi Sebastyan Blad kömək üçün Oliverə müraciət edir. Onlar birlikdə kompaniya təşkil edərək insanları pul qarşısında silahlarını təhvil verməyə çağırırlar. Tədbir yerinə gələn Mer və dəstəsi insanlara atəş açaraq Sini ağır yaralayır. Bu arada Oxun dəstəsi müəyyən edir ki, maskalı superqəhrəman qız Lenslər ailəsini müdafiə edir. Ox qəhrəmanın şəxsiyyətini müəyyənləşdirir və onun heç vaxt görməyə ümid etmədiyi adam olduğunu başa düşür. Ras al-Qulun rəhbərlik etdiyi Qatillər Liqası naməlum superqəhrəman üçün probblem yaradır. Fleşbeklərdə gəmi heyəti məzarlıq haqqında daha çox məlumat əldə etmək üçün Oliverə əziyyət verir. 
285 Qatillər Liqası Vendi StenzlerCeyk Koburn & Dryu Z. Qrinberq6 noyabr 2013 (2013-11-06)2J74552.80[16]
Qara bülbülün yaralarını sarıyan Oliver ondan bu zamana qədər harda olduğunu öyrənməyə çalışır. Kuinlərin malikanəsində onlara muzdlu qatil tərəfindən hücum edilməsindən sonra isə o, Qatillər Liqası ilə əlaqəli olduğunu etiraf etməli olur. Məhkəmədə Moyra çoxlu sayda insanın qətli və Qleyds rayonunun dağıdılmasında günahlandırılır. Dairə prokurorunnun köməkçisi isə onu çətin seçim qarşısında qoyur: Moyra ya günahını etiraf edərək ölüm cəzasından qaçaraq ömürlük həbsə razılaşmalı, ya da həyatı ilə risk edərək günahsızlığını sübut etməyə çalışmalıdır. 
296 Düşmənini yaxında saxla Qay BiBen Sokolovski & Bet Şvartz13 noyabr 2013 (2013-11-13)2J74563.09[17]
Amanda Uoller A.R.Q.U.S. dəstəsini göndərərk Diqlı qaçırır. Daha sonra ona məlumat verir ki, Dedşotun izi ilə Moskvaya yola düşən Layla yoxa çıxıb. Diql Oliver və Felisitiyə deyir ki, Laylanı xilas etmək üçün Moskvaya gedir. Oliver və Felisiti onu tək buraxmayacaqlarını bildirirlər. Eniş xəttində peyda olan İzabel isə iş səfərinə onsuz gedilməsinə yol verməyəcəyini deyir. Moyranın vəkili Cin Teyaya deyir ki, onun məşhur cinayətkar Royla görüşməsi anasının işinə ciddi əngəl yarada bilər. Diql Dedşotdan qardaşını öldürməyi sifariş edənin adını öyrənir. Fleşbeklərdə İvo Oliverə adada nə axtardığını danışır. 
307 Ştat Kuinə qarşı Betani TuniMark Quqqenheym & Dryu Z. Qrinberq20 noyabr 2013 (2013-11-20)2J74572.66[18]
Şəhərdə yayılan naməlum xəstəlik yüzlərlə insana, o cümlədən Diqla yoluxur. Oliver Diqlın qanında Vertiqo aşkarlayır və başa düşür ki, Qraf həbsdən qaçaraq yenidən narkotik yaymağa başlayıb. Moyranın şəhərə qarşı cinayətdə iştirak etməsinə görə məhkəmə prosesi başlayır. Dairə prokuroru Adam Donner Vertiqo simptomları ilə özünü pis hiss edir, ona görə işin aparılması Lorelə həvalə edilir. Oliver həm məhkəmə zamanı ailəsini dəstəkləməyə həm də Qrafı ələ keçirməyə çalışır. Felisinin Qraf tərəfindən qurulmuş tələyə düşməsi ilə hər şey dəyişir. 
318 Alim Maykl ŞultzHekayə: Qreq Berlanti
Ssenari: Endryu Kreysberq & Ceff Cons
4 dekabr 2013 (2013-12-04)2J74583.24[19]
“Queen Consolidated”də həyata keçirilmiş oğurluq işi Sentral-sitidən olan kriminalist Barri Alleni şəhərə gətirir. Doğma şəhərində də oxşar hadisə ilə üzləşdiyini deyən Barri köməyini təklif edir. Oliver başa düşür ki, Barri göründüyü qədər də sadə deyil, lakin onu şirkət və adada baş verənlərin bir-birinə çox oxşar olması yayındırır. Bu arada Felisitidə Barriyə qarşı simpatiya yaranır ki, bu da Barrinin gözündən qaçmır. Roy Teyanın onun kömək etmək istəyini müsbət qarşılaması və öz köməyini təklif etməsinə şübhələnir. 
329 Üç ruh Con BerinqHekayə: Qreq Berlanti & Endryu Kreysberq
Ssenari: Ben Sokolovski & Ceff Cons
11 dekabr 2013 (2013-12-11)2J74593.02[20]
Sayrus Qoldla döyüşdən sonra Oliver bədəninə çoxlu narkotik yeridilmiş halda tapılır. Onun həyatını xilas etmək üçün Felisiti çox təhlükəli bir qərar verir. Narkotiklərin təsiri altında Oliver hallüsinasiyalar görməyə başlayır və yenidən keçmişi ilə üzləşir. Bu arada Barri və Felisinin münasibətləri daha da yaxınlaşır. Ox Lennsdən Qoldu və kimlərlə münasibətdə olduğunu öyrənməyi xahiş edir. Lakin Lens izə düşən kimi döyüş baş verir və onun tərəfdaşı öldürülür. Blad, Royu ələ keçirərək ona əziyyət verir. 
3310 Partlayış radiusu Rob HardiCeyk Koburn & Keto Şimizu15 yanvar 2014 (2014-01-15)2J74602.52[21]
Starlinq-sitidə bombalar partlamağa başladıqda Oliver şəhəri yeni təhlükədən xilas etməyə çalışır. Felisiti bu cinayətin arxasında duran Şrapnel adlı Mark Şeffnerin gizləndiyi yeri öyrənir. Ox başa düşür ki, Şeffnerin növbəti hədəfi Sebastyan Bladın təşkil etdiyi “Həmrəylik gecəsidir”. O, Bladı gecəni təxirə salmaq üçün yola gətirməyə çalışsa da, buna nail ola bilmir. 
3411 Kor ərazi Qlen UinterVendi Merikl & Bet Şvartz22 yanvar 2014 (2014-01-22)2J74612.49[22]
Sebastyan Blad haqqında daha çox məlumat öyrənmək üçün Lorel Lens Oxu axtarır. O, şəhərin gələcək rəhbərindən şübhələnməyin nəqədər doğru olduğuna əmin olmasa da, riskə gedərək ona qarşı çıxamağa razılaşır. Lakin, qızı siyasi oyundan çıxarmaq üçün Bladın əlinə fürsət düşür. Fikirlərini bir yerdə toparlayan Roy sirrini Sinə açır. Fleşbekdə adada xanım Lensin daha bir sirrinin üstü açılır. 
3512 Yerin titrəməsi Qay BiMark Quqqenheym & Dry Z. Qrinberq29 yanvar 2014 (2014-01-29)2J74622.95[23]
Ben Törner həbsdən qaçır. Onun qaçması üçün şərait yaradan naməlum şəxs isə Malkolm Merlinin zəlzələ yaradan qurğusunun prototipini qaçırmağı sifariş edir. Ox Roya qəzəbini idarə etməyi öyrətməyə çalşır, lakin, Roy özünə nəzarəti itirir və Törner qurğunu qaçırmağa müvəffəq olur. Lorel öyrənir ki, vəkil lisenziyasını itirə bilər. Moyra Starlinq-siti meri postuna namizədliyinin irəli sürülməsinə razılaşır. Teya anası ilə danışaraq Uoletrlə barışmasını xahiş edir. 
3613 İblisin varisi Vendi StenzlerCeyk Koburn5 fevral 2014 (2014-02-05)2J74632.86[24]
Ras al-Qulun qızı Nisə Starlinq-sitiyə gələrək Sara ilə danışır və onu Nanda Parbata geri dönməyə razıl salmaq istəyir. Sara imtina edir, bundan sonra Nisə onun anasını qaçıraraq, Saranın getməyəcəyi təqdirdə öldürməklə hədələyir. Felisiti Teyanın əsl atasının Malkolm Merlin olmasını öyrənir və bu haqqda Oliverə danışır. Moyra seçkiqabağı kompaniyasına start verir. Sara Lorel və valideynləri ilə görüşür. Lorel özü və ailəsinin başına gələn pis hər şeyin günahkarının Sara olduğunu bildirərək onu evdən qovur. 
3714 Ölüm vaxtı Nik KopusVendi Merikl & Bet Şvartz26 fevral 2014 (2014-02-26)2J74642.45[25]
Şəhərdə saniyələrə hesablanmış qarət baş verir. Cinayti törədən isə Saatların kralı adlı cinayətkardır. Komandasının köməyi ilə Ox cinayətkarı zərərsizləşdirir. Lorel Sara ilə barışmağa və həyatını dəyişməyə qərar verir. Anası və Oliver arasında gərginlik yaşandığını görən Teya, onları barışdırmaq üçün Oliveri evə dəvət edir. Bu zaman Moyra evdə iş görüşməsi keçirir və ona yeni tərəfdaşı olan Sleyd Uilsonu təqdim edir. 
3815 Vədə Qlen UinterCeyk Koburn & Ben Sokolovski5 mart 2014 (2014-03-05)2J74652.21[26]
Sleyd Oliverin bütün ailə üzvləri ilə tanış olur. Felisitiyə zəng edən Oliver komandasına evində Sleydin olduğunu xəbər verir. Sara, Con və Roy onun evinə gəlirlər. Fleşbekdə gəminin Sleyd, Oliver və Sara tərəfindən ələ keçirilməsi göstərilir. 
3916 İntiharçılar dəstəsi Larri TenqKeto Şimizu & Brayan Q. Miller19 mart 2014 (2014-03-19)2J74662.42[27]
Sleydin gizləndiyi yerin tapılmasında kömək göstərmələri üçün Oliver Rus mafiyasına müraciət edir. Bu arada A.R.Q.U.S altı il əvvəl Con Diql tərəfindən həbs edilmiş şəxsin izinə düşür və onu tapmaqda kömək etmək üçün yenidən Cona müraciət edir. Əməliyyatı həyata keçirmək üçün Con keçmiş həyat yoldaşı, o cümlədən Dedşot, Şrapnel və Bürünc pələngdən təşkil edilmiş İntiharçılar dəstəsi ilə birgə fəaliyyət göstərməli olur. Bu arada, Oliver Saraya Sleydlə mübarizədə iştiraka icazə verir. 
4017 Yırtıcı quşlar Con BerinqMark Bemesderfer & A.C. Bredli26 mart 2014 (2014-03-26)2J74672.62[28]
Oxun köməkliyi ilə polis Frenk Bertinellini həbs edir. Oliver ehtimal edir ki, onun həbsi haqqında elan verilən kimi qızı Helena şəhərə qayıdacaq. Adam Lorelə işə qayıdarab Bertinellinin işi ilə məşğul olmağı təklif edir. Roy hələ də qəzəbini idarə edə bilmir, buna görə də Oliver ondan Teyadan mümkün qədər uzaq durmağı xahiş edir. Məhkəmə binasında Helana Frenki öldürməyə cəhd edir, lakin mühasirəyə düşür. Çıxılmaz hala düşən Helena məhkəmə binasında olan insanları əsir götürür. 
4118 Detstrouk Qay BiMar Quqqenheym & Dryu Z. Qrinberq2 aprel 2014 (2014-04-02)2J74682.32[29]
Oliver və anası arasındakı münasibətlər gərin olaraq qalsa da, Sebastyan Blada qarşı debatlarda o, anasını dəstəkləməyə davam edir. Sleyd Teyanı səri götürür və Oliver bacısını azad etmək üçün bütün imkanlarından istifadə etməyə çalışır. Daha sonra Teyanı azad edən Sleyd ona anası və Oliver tərəfindən gizlədilən sirrin üstünü açır. Bundan sonra Lorellə görüşən Sleyd ona Ox maskası altında gizlənənin Oliver Kuin olmasını deyir. 
4219 Kapüşon altındakı adam Cessi VarnHekayə: Qreq Berlanti & Ceff Cons
Ssenari: Endryu Kraysberq & Keto Şimizu
16 aprel 2014 (2014-04-16)2J74692.26[30]
Sleydin planına mane olmağa çalışan Oliver, Con, Sara və Felisiti onun nəzarəti altına keçmiş “Queen Consolidated” laboratoriyalarını partladırlar. Lorel Ox maskası altında gizlənənin kim olduğunu müəyyənləşdirməyə çalışır və Sleydin dediklərinə əmin olmaq üçün Oliveri izləyir. Oliverin qərargahına soxulan Sleyd Açarların kralı tərəfindən hazırlanmış və bütün qapıları aça bilən açarı götürür. Bu arada S.T.A.R. Labs müxtəlif təcrübələrdən qalmış çoxlu sayda texnikadan, o cümlədən Artur Laytın qanköçürmə qurğusundan azad olmağa qərar verir. Sleyd həmin qurğunu ələ keçirir. Teya atasının Merlin olmasından narahatlq keçirsə də, Oliver bu işdən Robert Kuinin xəbərdar olduğunu, buna baxmayaraq Teyanı öz qızı kimi sevdiyini öyrənir. 
4320 Qəzəbli Duq AarniokoskiVendi Merikl & Bet Şvartz23 aprel 2014 (2014-04-23)2J74702.19[31]
Roy özünə gəlir və qərargahı tərk edir, lakin indi, o özünü heç idarə edə bilmir. Oliver, Con, Sara və Felisiti onu axtarsalar da tapa bilmirlər. Bu zaman Roy Sinlə görüşür. Moyra müsahibə verir və bu zaman Teya müdaxilə edir ki, bu da kompaniyanın gələcəyi üçün təhlükə doğurur. Teyaya dəstək olmağın daha mühüm olmasına qərar verən Moyra seçkilərdə iştirakdan imtina edir və qərarı haqqında Sebastyanı məlumatlandırır. Royu xəbərlərdə görən və Sinlə danışıan Teya onu tapmağa qərar verir. Oliver, Moyra və Teyanı mətbuat konfransından evə aparan avtomobilə hücum edilir. Özünə gələn Oliver əsir alındıqların və adada olduğu kimi yenidən seçim qarşısında qaldığını görür. Lakin bu dəfə o, ya anasını, ya da bacısını seçməlidir. Moyra övladlarını qorumaq üçün özünü qurban verməyi qrarlaşdırır və Detstrouk Moyranı öldürür. 
4421 Şəhər qan içində Maykl ŞultzHolli Harold30 aprel 2014 (2014-04-30)2J74712.31[32]
Moyrann ölümündən sonra Starlinq-sitinin meri Sebastyan Blad olur. Oliver yoxa çıxır və hətta anasının dəfnində də iştirak etmir. Con və Felisiti onun axtarışına başlayırlar. İzabel Roşev Oliverin yenidən adaya qayıtdığını düşünür. Blad və Sleydin əlbir olmasından şübhələnən Lorel fikirlərini atasında deyir. Con və Felisiti Oliverin tapılmasında kömək almaq üşün A.R.Q.U.S.-a müraciət edirlər. İzabel Teyanın klubunu da əlindən alır və buna görə də Teya şəhərdən köçməyə qərar verir. Oliver Sleydə təslim olmağa qərar versə də, Co və Felisiti buna qarşı çıxırlar. Lorel Oliverlə danışaraq onun Ox olduğunu bildiyini deyir və Bladla bağlı şübhələrini bölüşür. Sleydin adamları Starlinq-sitini işğal etməyə başlayırlar. 
4522 Küçələr od içində Nik KopusCeyk Koburn & Ben Sokolovski7 may 2014 (2014-05-07)2J74722.33[33]
Sleydin ordusu şəhəri ələ keçirir. Oliver mirakurunun təsirlərini neytrallaşdırlan dərman əldə etsə də, işə A.R.Q.U.S qoşulur. Amanda Uoller ölkə miqyası təhlükənin qarşısını almaq üçün Starlinq-sitini Sleyd Uilson və ordusu, o cümlədən 576000 nəfər sakini ilə birlikdə yer üzündən silməyə qərar verir. Oliverə sübhə kimi vaxt verilir və nəticə olmadığı halda şəhərin dağıdılacağı bildirilir. Fleşbekdə Oliver və Anatoli Saranın qaçırıldığını müəyyənləşdirirlər və onu xilas etmək üçün Oliver yenidən gəmiyə qayıdır. 
4623 Ağılasığmaz John BehringHekayə: Qreq Berlanti
Ssenari: Endryu Kreysberq & Mark Quqqenheym
14 may 2014 (2014-05-14)2J74732.37[34]
Şəhərə qayıdan Malkolm Merlin Teyanı Sleydin adamlarının əlindən xilas edir. S.T.A.R. Labs tərəfindən hazırlanmış dərman təsir edir və Oliver onu Sleydin bütün adamlarına qarşı tətbiq etməyə qərar verir. Nisə əl-Qul və Qatillər Liqasının döyüşçüləri bu işdə Oliverə kömək edirlər, əvəzində isə Sara onlarla qayıtmağa razılaşır. Sleydin döyüşçülərindən biri Loreli əsir götürür. Oliver Felisitinin təhlükəsizliyini təmin etmək üçün onu öz malikanələrinə aparır və sevgi etirafı edir. Roya Teya ilə görüşür, lakin, Teya başa düşür ki, Roy da onu aldadıb. Con və Layla A.R.Q.U.S.-un həbsxanasından Dedşot, Tork və Reyveni azad edərək Amanda Uoller hədələyir və şəhəri bombalamalı olan pilotsuz təyyarəni geri çağırmağı tələb edirlər. Bu arada antidotun köməkliyi ilə Oliverin dəstəsi Sleydin ordusunu zərərsizləşdirir. Sleyd Oliverin planlaşdırdığı kimi Felisitini əsir alır və Felisiti antidotu onun da bədəninə yeridir. Sleyd A.R.Q.U.S.-un kameralarından birində həbsə alınır. Teya atası ilə birlikdə Starlinq-sitidən getməyi qərarlaşdırır. Fleşbekdə Oliverin adadan qaçması göstərilir. 

İstehsal

İnkişaf

Ox serialının ikinci mövsümünün çəkiləcəyi The CW tərəfindən 11 fevral 2013-cü ildə elan edilmiş, mövsümün 2013-2014-cü efir mövsümündə yayımlanacağı bildirilmişdir.[35]

Səkkiz və doqquzuncu seriyalarda təqdim edilmiş Barri Allenin izləyicilər tərəfindən müsbət qəbul edilməsindən sonra, əvvəl mövsümün iyirminci seriyasının Fleş üçün bekdor-pilot olması ideyasından imtina edilən The CW personaj üçün normal pilot seriyası çəkilməsinə qərar verir. Bunun üçün seriyanın büdcəsi artırılır və personajın daha yaxşı işlənilməsi üçün yaradıcılara daha çox vaxt verilir.[36]

Aktyor seçimi

İkinci mövsümdə Emili Bett Rikards, Kolton Heyns və Manu Bennet serialın əsas aktyor heyətində rol almışlar.[37] Pilot seriyasında Sara Lensi canlandırmış aktrisa Jaklin Makİnnes Vud bu rola qayıtmamış və Keyti Lotzla əvəz edilmişdir.[38]

Kostyum dizaynı

Mövsümün ikinci yarısında Oliverin üsünü çəkən boya maskası personajın komikslərdə istifadə etdiyi maskaya oxşar domino maskası ilə əvəz edilir. Bu dəyişiklik ekranda da əks etdirilir və Kreysberq deyir: “O, sadəcə maska geyinmir. Əslində bu serialda böyük süjet dönümüdür. Personajın maska geyinməsi yalnız buna ehtiyac olduğuna görə baş vermir. Buna həqiqətən hadisələrin axını səbəb olur.”[39] Əlavə olaraq Kreysberq bildirir ki, “Nəzəri olaraq Oliver özü inkişaf edir, o, viqilantdan qəhrəmana, Oxdan Yaşıl Oxa çevrilir. Bu isə onun kostyumunda da əks olunmalı idi. Oliver qəhrəmanlığı qəbul edir, bu isə kölgədən çıxmaq və simvola çevrilmək anlamına gəlir. Buna görə də o, kimliyini daha yaxşı gizlədəcək maskaya ehtiyac duyur.”[39] O, əlavə edir ki, “Yeni maska Oxa onu tanımayan insanlarla daha orqanik işləməyə imkan verir və başını aşağı salmaqdan xilas edir.”[39]

Kostyum dizayneri Maya Mani prodüsserlərə əlliyə yaxın maska variantı təqdim etmişdi. Kraysberq deyir ki, “Mayanın dizayn etdiyi maskanın ən yaxşı xüsusiyyəti onun həqiqətən də çox sadə olması və sanki əvvəlcədən kostyumun bir hissəsi olmuş kimi görünməsidir...Biz maskanı alın Sivenə verən kimi, hətta o belə bunun doğru seçim olduğunu dedi.”[39] “Üç ruh” adlı seriyada maska Oliverə Barri Allen tərəfindən hədiyyə edilir.[40]

Infobox-music.png
Arrow - Original Television Soundtrack: Season 2
Albomun üz qabığı Bleyk Nili "Arrow - Original Television Soundtrack: Season 2" (2014)
Bleyk Nili
Buraxılış tarixi 16 sentyabr 2014
Janr film musiqsi
Müddəti 1:11:31
Ölkə Flag of the United States.svg ABŞ
Leybl WaterTower Music
Albom xronologiyası
Arrow - Original Television Soundtrack: Season 1
(2013)
Arrow - Original Television Soundtrack: Season 2
(2014)
Arrow - Original Television Soundtrack: Season 3
(2015)

Musiqi

16 sentyabr 2014-cü ildə WaterTower Music leyblı Ox serialının ikinci mövsümünün film musiqisi albomunu satışa çıxarmışdır. Alboma daxil olan bütün film musiqilərinin müəllifi Bleyk Nilidir.[41] Bəstəkar qeyd edir ki, “Mən hər mövsümdə xüsusi musiqi mövzularını təkmilləşdirməyə çalışıram. Yoxsa izləyicilərdə xroniki musiqi yorğunluğu baş verə bilər”. Bəstəkar həm də qeyd edir ki, “Bu mövsümdə Sleyd Uilson və Detsroukla bağlı böyük və mühüm bir süjet tağı vardır. Onun özünün mövzusu var idi, buna görə də mən həmin mövzunu inkişaf etdirməyə qərar verdim. Həm də mövzuları birləşdirdim.”[42]

Qəbulu

Tənqidçilərin mövqeyi

İkinci mövsüm əsasən müsbət rəylər almışdır.[43] Entertainment Weeklydən Ceff Censen ikinci mövsümün birinci yarısını B+ balı ilə qiymətləndirərək deyir ki, “Oxun intellekti televiziya büdcəsi sərhədlərini aşmayan imkanlar daxilində yaxşı nümayiş etdirilir. Yaşılışı – yetkin və ağıllıdır, hadisələr diqqətçəkəndir, Amell isə asanlıqla diqqəti özünə cəmləşdirə bilir.”[44] “The A.V. Club”dan Kerri Raysler ikinci mövsümün birinci yarısını A- bal ilə qiymətləndirir. O, deyir ki, “Ox özünü cəlbedici televiziya şousu kimi təqdim etmişdir. Ən maraqlısı isə odur ki, Ox, istifadə etdiyi personajların komiks kökünə hörmətlə onları sabun-opera qaydaları əsasında şəbəkə şəklində birləşdirir.”[45]

Reytinqlər

İkinci mövsümdə 23 seriya boyunca hər seriya ortalama 3.28 milyon nəfər tərəfindən izlənilmişdir. Bu nəticə ilə serial teleseriallar arasında 128-ci yerdə qərarlaşmışdır. [46]

Başlıq Yayım tarixi Reytinq
(18–49)
İzləyicilər
(milyon)
DVR
(18–49)
Cəmi
(18–49)
1 "Qəhrəmanlar şəhəri" 9 oktyabr 2013 0.9/3 2.74[12] 0.5 1.4[47]
2 "Şəxsiyyət" 16 oktyabr 2013 1.1/3 3.06[13] M/D M/D
3 "Sındırılmış gəlinciklər" 23 oktyabr 2013 0.9/3 2.89[14] 0.5 1.4[48]
4 "Sərt sınaqlar" 30 oktyabr 2013 0.8/2 2.37[15] 0.5 1.3[49]
5 "Qatillər liqası" 6 noyabr 2013 1.0/3 2.80[16] M/D M/D
6 "Düşmənini yaxında saxla" 13 noyabr 2013 1.2/3 3.09[17] M/D M/D
7 "Ştat Kuinə qarşı" 20 noyabr 2013 1.0/3 2.66[18] M/D M/D
8 "Alim" 4 dekabr 2013 1.2/3 3.24[19] M/D M/D
9 "Üç ruh" 11 dekabr 2013 1.1/3 3.02[20] M/D M/D
10 "Partlayış radiusu" 15 yanvar 2014 0.9/3 2.52[21] 0.6 1.5[50]
11 " Kor ərazi" 22 yanvar 2014 0.9/2 2.49[22] 0.6 1.5[51]
12 "Yerin titrəməsi" 29 yanvar 2014 1.1/3 2.95[23] 0.5 1.6
13 "İblisin varisi" 5 fevral 2014 1.0/3 2.86[24] 0.5 1.5[52]
14 "Ölüm vaxtı" 26 fevral 2014 0.9/3 2.45[25] M/D M/D
15 "Vədə" 5 mart 2014 0.7/2 2.21[26] 0.5 1.2[53]
16 "İntiharçılar dəstəsi" 19 mart 2014 0.8/3 2.42[27] 0.5 1.3[54]
17 "Yırtıcı quşlar" 26 mart 2014 0.9/3 2.62[28] M/D M/D
18 "Detstrouk" 2 aprel 2014 0.8/3 2.32[29] 0.5 1.3[55]
19 "Kapüşon altındakı adam" 16 aprel 2014 0.7/2 2.26[30] 0.4 1.1[56]
20 "Qəzəbli" 23 aprel 2014 0.7/2 2.19[31] 0.5 1.2[57]
21 "Şəhər qan içində" 30 aprel 2014 0.8/3 2.31[32] M/D M/D
22 "Keçələr od içində" 7 may 2014 0.8/2 2.33[33] M/D M/D
23 "Ağılagəlməz" 14 may 2014 0.9/3 2.37[34] M/D M/D

Mükafatlar

İl Mükafat Kateqoriya Nominant Nəticə
2014 IGN Awards[58] Ən yaxşı televiziya qəhrəmanı Stiven Amell/Ox II yer
Xalqın seçimi mükafatı[59] Sevilən elmi-fantastika/fentezi televiziya aktyoru Stiven Amell Nominasiya
Peyk mükafatı[60] Ən yaxşı teleserial Ox Nominasiya
Saturn mükafatı[61] Ən yaxşı gənclər üçün çəkilmiş teleserial Ox Nominasiya
Leo mükafatı[62] Proqram Qreq Berlanti, Cozef P. Finn, Mark Quqqenheym, Endryu Kreysberq, Vendi Merikl[63] Nominasiya
Operator işi Qordon Verhul ("Qurban") Nominasiya
Qrim Danielle Fouler ("Düşmənini yaxınında saxla") Nominasiya
Tryuk kordinasiyası J. J. Makaro ("Alim") Nominasiya
Əsas rol aktyoru - kişi Stiven Amell ("Sərt sınaqlar") Nominasiya
Əsas rol aktyoru - qadın Emili Bett Rikards ("Üç ruh") Nominasiya
Constellation Awards[64] Elmi-fantastika serialında Ən yaxşı baş rol ifaçısı Stiven Amell ("Odissey") Nominasiya
2013-cü ilin Ən yaxşı selmi-fantastika teleserialı Ox Nominasiya
Yeniyetmə Seçimi Mükafatı[65] Seçim televiziya şousu: elmi-fantastika Ox Nominasiya
Seçim Ən yaxşı yeni aktrisa[66] Emili Bett Rikards Nominasiya
Gənc Hollivud mükafatı[67] Super Superqəhrəman Stiven Amell Nominasiya

Ev üçün buraxılış

“Arrow: Season 2” 5 diskli DVD dəsti və 9 diskli Blu-ray/DVD qarışıq dəsti şəklində 16 sentyabr 2014-cü ildə ABŞ-da, 15 sentyabr 2014-cü ildə isə Birləşmiş Krallıqda satışa çıxarılmışdır. DVD/Blu-ray qutu dəstinə pərdə arxası səhnələr, ixtisar edilmiş səhnələr, gülməli dubllar və Paley Festdən süjet əlavə edilmişdir.[68]

Qeydlər

  1. Həmçinin "Ştat Kuinə qarşı" seriyasında qonaq ulduz kimi qeyd edilib.
  2. 2,0 2,1 Həmçnin "Düşmənini yaxınında saxla" seriyasında titrlərdə göstərilməmiş rol canlandırıb.
  3. Həmçinin yeddinci seriyanın qonaq ulduzu olub.

İstinadlar

  1. Davis, Lauren (September 22, 2013). "Summer Glau is ready for boardroom battle in latest Arrow images". io9. http://io9.com/summer-glau-is-ready-for-boardroom-battle-in-latest-arr-1364982916. İstifadə tarixi: 9 sentyabr 2018.
  2. Lang, Derrick (July 20, 2013). "Bronze Tiger, Brother Blood coming to 'Arrow'". Yahoo TV. https://tv.yahoo.com/news/bronze-tiger-brother-blood-coming-arrow-024651053.html. İstifadə tarixi: 9 sentyabr 2018.
  3. Jeffery, Morgan (August 13, 2013). "'Arrow': Teryl Rothery to play The Atom's love interest in season two". Digital Spy. http://www.digitalspy.com/tv/s206/arrow/news/a506258/arrow-teryl-rothery-to-play-the-atoms-love-interest-in-season-two.html. İstifadə tarixi: 9 sentyabr 2018.
  4. Mitovich, Matt (August 2, 2013). "Exclusive: Arrow Targets Orphan Black Star". TV Line. http://tvline.com/2013/08/02/arrow-season-2-cast-dylan-bruce-adam-donner/. İstifadə tarixi: 9 sentyabr 2018.
  5. Ausiello, Michael (August 15, 2013). "Arrow Scoop: Breakout Killing Co-Star Commits to 'Sin'-ful Season 2 Arc". tvline. http://tvline.com/2013/08/15/arrow-bex-taylor-klaus-season-2-sin/. İstifadə tarixi: 9 sentyabr 2018.
  6. Fitzpatrick, Kevin (September 26, 2013). "‘Arrow’ Season 2 Exclusive: ‘Percy Jackson’ Star Dylan Neal Joins as DC’s Dr. Anthony Ivo!". ScreenCrush. http://screencrush.com/arrow-season-2-dr-anthony-ivo-dylan-neal-exclusive/. İstifadə tarixi: 9 sentyabr 2018.
  7. Phegley, Kiel (October 3, 2013). "EXCLUSIVE: "ARROW" CASTS JIMMY JEAN-LOUIS AS AMAZO-LINKED "CAPTAIN"". Comic Book Resources. http://www.comicbookresources.com/?page=article&id=48253. İstifadə tarixi: 9 sentyabr 2018.
  8. Gelman, Vlada (November 15, 2013). "Arrow Exclusive: X-Files Vet Nicholas Lea to Send [Spoiler on a Surprising Journey"]. TVLine. http://tvline.com/2013/11/15/arrow-season-2-cast-nicholas-lea-walter-steele-associate/. İstifadə tarixi: 9 sentyabr 2018.
  9. Burlingame, Russ (November 20, 2013). "Tonight’s Arrow to Feature Kate Spencer". comicbook.com. http://comicbook.com/blog/2013/11/20/tonights-arrow-to-feature-kate-spencer/.
  10. Ching, Albert (February 21, 2014). "EXCLUSIVE: AMANDA WALLER UNLEASHES THE SUICIDE SQUAD ON "ARROW"". Comic Book Resources. http://www.comicbookresources.com/?page=article&id=51024. İstifadə tarixi: 9 sentyabr 2018.
  11. West, Brian (March 4, 2014). "WPR Previews the Upcoming Suicide Squad Episode of Arrow". WatchPlayRead. http://watchplayread.com/wpr-preview-suicide-squad-episode-arrow/. İstifadə tarixi: 9 sentyabr 2018.
  12. 12,0 12,1 Kondolojy, Amanda (October 10, 2013). "Wednesday Final Ratings: Survivor, Back in the Game, Modern Family and The Tomorrow People Adjusted Up; Nashville Adjusted Down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2013/10/10/wednesday-final-ratings-survivor-back-in-the-game-modern-family-and-the-tomorrow-people-adjusted-up-nashville-adjusted-down/208074. İstifadə tarixi: 9 sentyabr 2018.
  13. 13,0 13,1 Bibel, Sara (October 17, 2013). "Wednesday Final Ratings: Modern Family, Law & Order: SVU, Survivor, Toy Story of TERROR! & Back in the Game Adjusted Up; Nashville & Ironside Adjusted Down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2013/10/17/wednesday-final-ratings-modern-family-law-nashville-ironside-adjusted-down/209795. İstifadə tarixi: 9 sentyabr 2018.
  14. 14,0 14,1 Kondolojy, Amanda (October 24, 2013). "Wednesday Final Ratings: Survivor, The Middle, Modern Family & The Tomorrow People Adjusted Up; Super Fun Night Adjusted Down + Final World Series Numbers". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2013/10/24/wednesday-final-ratings-survivor-the-middle-modern-family-super-fun-night-adjusted-down-final-world-series-numbers/211151. İstifadə tarixi: 9 sentyabr 2018.
  15. 15,0 15,1 Bibel, Sara (October 31, 2013). "Wednesday Final Ratings: Arrow & The Middle Adjusted Up; Super Fun Night & CSI Adjusted Down & Final World Series Numbers". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2013/10/31/wednesday-final-ratings-arrow-super-fun-night-csi-adjusted-down-final-world-series-numbers/212682. İstifadə tarixi: 9 sentyabr 2018.
  16. 16,0 16,1 Kondolojy, Amanda (November 7, 2013). "Wednesday Final Ratings: CSI Adjusted Up; Criminal Minds Adjusted Down + No Adjustment for The CMA Awards". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2013/11/07/wednesday-final-ratings-csi-adjusted-up-criminal-minds-adjusted-down-no-adjustment-for-the-cma-awards/214095. İstifadə tarixi: 9 sentyabr 2018.
  17. 17,0 17,1 Bibel, Sara (November 14, 2013). "Wednesday Final Ratings: Revolution, Arrow, The Middle & Survivor Adjusted Up; Super Fun Night Adjusted Down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2013/11/14/wednesday-final-ratings-revolution-arrow-the-middle-super-fun-night-adjusted-down/215660. İstifadə tarixi: 9 sentyabr 2018.
  18. 18,0 18,1 Kondolojy, Amanda (November 21, 2013). "Wednesday Final Ratings: The X Factor, Modern Family, Arrow, Survivor & The Middle Adjusted Up; Super Fun Night Adjusted Down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2013/11/21/wednesday-final-ratings-the-x-factor-modern-family-arrow-survivor-the-middle-adjusted-up-super-fun-night-adjusted-down/217237. İstifadə tarixi: 9 sentyabr 2018.
  19. 19,0 19,1 Kondolojy, Amanda (December 5, 2013). "Wednesday Final Ratings: Arrow & Modern Family Adjusted Up; The Tomorrow People & Super Fun Night Adjusted Down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2013/12/05/wednesday-final-ratings-arrow-the-tomorrow-people-super-fun-night-adjusted-down/220295. İstifadə tarixi: 9 sentyabr 2018.
  20. 20,0 20,1 Bibel, Sara (December 12, 2013). "Wednesday Final Ratings: The Middle Adjusted Up". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2013/12/12/wednesday-final-ratings-the-middle-adjusted-up/222125. İstifadə tarixi: 9 sentyabr 2018.
  21. 21,0 21,1 Kondolojy, Amanda (January 16, 2014). "Wednesday Final Ratings: American Idol Adjusted Up; Law and Order: SVU, The Tomorrow People & Super Fun Night Adjusted Down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/01/16/wednesday-final-ratings-american-idol-adjusted-up-law-and-order-svu-the-tomorrow-people-super-fun-night-adjusted-down/229786. İstifadə tarixi: 9 sentyabr 2018.
  22. 22,0 22,1 Bibel, Sara (January 23, 2014). "Wednesday Final Ratings: Arrow & The Middle Adjusted Up; Modern Family Adjusted Down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/01/23/wednesday-final-ratings-arrow-modern-family-adjusted-down/231482. İstifadə tarixi: 9 sentyabr 2018.
  23. 23,0 23,1 Kondolojy, Amanda (January 30, 2014). "Wednesday Final Ratings: Arrow, Law and Order: SVU & The Tomorrow People Adjusted Up". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/01/30/wednesday-final-ratings-arrow-law-and-order-svu-the-tomorrow-people-adjusted-up/233167. İstifadə tarixi: 9 sentyabr 2018.
  24. 24,0 24,1 Bibel, Sara (February 6, 2014). "Wednesday Final Ratings: Super Fun Night Adjusted Down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/02/06/wednesday-final-ratings-super-fun-night-adjusted-down/235004. İstifadə tarixi: 9 sentyabr 2018.
  25. 25,0 25,1 Kondolojy, Amanda (February 27, 2014). "Wednesday Final Ratings: American Idol & Nashville Adjusted Up; Survivor, The Middle, Mixology, Suburgatory & Criminal Minds Adjusted Down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/02/27/wednesday-final-ratings-american-idol-survivor-the-middle-mixology-suburgatory-criminal-minds-adjusted-down/240552. İstifadə tarixi: 9 sentyabr 2018.
  26. 26,0 26,1 Bibel, Sara (March 6, 2014). "Wednesday Final Ratings: Modern Family, Mixology & Nashville Adjusted Up". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/03/06/wednesday-final-ratings-modern-family-mixology-nashville-adjusted-up/242583/. İstifadə tarixi: 9 sentyabr 2018.
  27. 27,0 27,1 Bibel, Sara (March 20, 2014). "Wednesday Final Ratings: Survivor Adjusted Up; No Adjustment for The 100". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/03/20/wednesday-final-ratings-survivor-adjusted-up-no-adjustment-for-the-100/246391/. İstifadə tarixi: 9 sentyabr 2018.
  28. 28,0 28,1 Kondolojy, Amanda (March 27, 2014). "Wednesday Final Ratings: American Idol, Modern Family & Suburgatory Adjusted Up; Mixology Adjusted Down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/03/27/wednesday-final-ratings-american-idol-modern-family-mixology-adjusted-down/248491/. İstifadə tarixi: 9 sentyabr 2018.
  29. 29,0 29,1 Bibel, Sara (April 3, 2014). "Wednesday Final Ratings: Survivor, The Middle, Suburgatory, Modern Family & Criminal Minds Adjusted Up; CSI Adjusted Down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/04/03/wednesday-final-ratings-survivor-the-middle-suburgatory-modern-family-csi-adjusted-down/250714/. İstifadə tarixi: 9 sentyabr 2018.
  30. 30,0 30,1 Bibel, Sara (April 17, 2014). "Wednesday Final Ratings: Survivor Adjusted Up; The 100 Adjusted Down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/04/17/wednesday-final-ratings-survivor-adjusted-up-the-100-adjusted-down/254883/. İstifadə tarixi: 9 sentyabr 2018.
  31. 31,0 31,1 Kondolojy, Amanda (April 24, 2014). "Wednesday Final Ratings: Survivor, The Middle, Suburgatory & Modern Family Adjusted Up". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/04/24/wednesday-final-ratings-survivor-the-middle-suburgatory-modern-family-adjusted-up/257085/. İstifadə tarixi: 9 sentyabr 2018.
  32. 32,0 32,1 Bibel, Sara (May 1, 2014). "Wednesday Final Ratings: Survivor, American Idol & Suburgatory Adjusted Up; Revolution & CSI Adjusted Down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/05/01/wednesday-final-ratings-survivor-american-idol-revolution-csi-adjusted-down/259395/. İstifadə tarixi: 9 sentyabr 2018.
  33. 33,0 33,1 Kondolojy, Amanda (May 8, 2014). "Wednesday Final Ratings: The Middle, Arrow, American Idol, Modern Family, Law & Order: SVU & Suburgatory Adjusted Up". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/05/08/wednesday-final-ratings-the-middle-arrow-american-idol-modern-family-law-order-svu-suburgatory-adjusted-up/261605/. İstifadə tarixi: 9 sentyabr 2018.
  34. 34,0 34,1 Bibel, Sara (May 15, 2014). "Wednesday Final Ratings: Revolution, Arrow, Survivor, Suburgatory, Modern Family & Law & Order: SVU Adjusted Up; Chicago P.D. Adjusted Down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/05/15/wednesday-final-ratings-revolution-arrow-survivor-suburgatory-modern-family-law-chicago-p-d-adjusted-down/264573/. İstifadə tarixi: 9 sentyabr 2018.
  35. Villarreal, Yvonne (February 11, 2013). "CW's 'Arrow,' 'Vampire Diaries,' 'Supernatural' get early renewal". Los Angeles Times. http://www.latimes.com/entertainment/tv/showtracker/la-et-st-cw-early-renewals-arrow-vampire-diaries-supernatural-20130211,0,237179.story. İstifadə tarixi: 10 sentyabr 2018.
  36. Andreeva, Nellie (November 18, 2013). "CW’s ‘The Flash’ To Do Stand-Alone Pilot Instead Of ‘Arrow’ Backdoor Pilot Episode". http://www.deadline.com/2013/11/cws-the-flash-to-do-standalone-pilot-instead-of-arrow-backdoor-pilot-episode/. İstifadə tarixi: 10 sentyabr 2018.
  37. Asiello, Michael (March 13, 2013). "Arrow Promotes Colton Haynes to Series Regular". TV Line. http://tvline.com/2013/03/13/arrow-season-2-spoilers-colton-haynes-roy-harper/. İstifadə tarixi: 10 sentyabr 2018.
  38. Yeoman, Kevin (2014). "'Arrow': Black Canary Revealed – What Did You Think?". http://screenrant.com/arrow-season-2-episode-4-reviews-black-canary-identity-revealed. İstifadə tarixi: 10 sentyabr 2018.
  39. 39,0 39,1 39,2 39,3 Gonzalez, Sandra (November 19, 2013). "'Arrow' gives Oliver Queen's alter-ego a mask -- EXCLUSIVE PHOTOS". Entertainment Weekly. http://insidetv.ew.com/2013/11/19/arrow-oliver-mask-photos/. İstifadə tarixi: 10 sentyabr 2018.
  40. «Three Ghosts». John Behring (director), Andrew Kreisberg & Geoff Johns (writers). Arrow. The CW. December 11, 2013. 42 dəqiqə.
  41. "Arrow: Season 2 (Original Television Soundtrack)". WaterTower Music. http://www.watertower-music.com/tv/release.php?title=arrow-season2. İstifadə tarixi: 20 sentyabr 2018.
  42. FREDERICK, BRITTANY S. (JANUARY 21, 2015). "'Arrow': Blake Neely Tells Us How He Makes Everything Sound Super". StarPulse. http://www.starpulse.com/arrow-blake-neely-tells-us-how-he-makes-everything-sound-super-1848467204.html. İstifadə tarixi: 20 sentyabr 2018.
  43. "Arrow: Season 2 (2013-2014)". Rotten Tomatoes. http://www.rottentomatoes.com/tv/arrow/. İstifadə tarixi: 10 sentyabr 2018.
  44. Jensen, Jeff (December 16, 2013). "Arrow TV Review". Entertainment Weekly. http://www.ew.com/ew/article/0,,20760355,00.html. İstifadə tarixi: 10 sentyabr 2018.
  45. Raisler, Carrie (December 10, 2013). "Arrow became great by emphasizing characters above all else". The A.V. Club. http://www.avclub.com/review/arrow-became-great-by-emphasizing-characters-above-200605. İstifadə tarixi: 10 sentyabr 2018.
  46. "Full 2013-2014 TV Season Series Rankings". Deadline.com. May 22, 2014. Arxivləşdirilib: May 25, 2014 tarixində. http://www.deadline.com/2014/05/tv-season-series-rankings-2013-full-list-2. İstifadə tarixi: 10 sentyabr 2018.
  47. Kondolojy, Amanda (October 28, 2013). "Updated Live+7 DVR Ratings: 'The Big Bang Theory' Tops Adults 18-49 Ratings Increase, 'Elementary' Earns Biggest Percentage Gain,'The Blacklist' Grows Most in Total Viewers in Week 3". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2013/10/27/updated-live7-dvr-ratings-the-big-bang-theory-tops-adults-18-49-ratings-increase-elementary-earns-biggest-percentage-increase-in-week-3/211637/. İstifadə tarixi: 9 sentyabr 2018.
  48. Bibel, Sara (November 11, 2013). "Live+7 DVR Ratings: 'Big Bang Theory' Tops Adults 18-49 Ratings Increase, 'Beauty and the Beast' Earns Biggest Percentage Gain, 'The Blacklist' Tops Viewer Increases in Week 5". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2013/11/11/live7-dvr-ratings-big-bang-theory-tops-adults-18-49-ratings-increase-beauty-and-the-beast-earns-biggest-percentage-gain-the-blacklist-tops-viewer-increases-in-week-5/214563/. İstifadə tarixi: 9 sentyabr 2018.
  49. Kondolojy, Amanda (November 18, 2013). "Live+7 DVR Ratings: 'The Blacklist' & 'Grey's Anatomy' Top Adults 18-49 Ratings Increase, 'Beauty and the Beast', 'Parenthood' & 'Nashville' Lead Percentage Gains, 'The Blacklist' Tops Viewer Increases in Week 6". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2013/11/18/live7-dvr-ratings-the-blacklist-greys-anatomy-top-adults-18-49-ratings-increase-beauty-and-the-beast-parenthood-nashville-lead-percentage-gains-the-blacklist-tops-vi/216246/. İstifadə tarixi: 9 sentyabr 2018.
  50. Bibel, Sara (February 3, 2014). "Live+7 DVR Ratings: 'Modern Family' Has Biggest 18-49 Ratings Gain, 'Beauty & the Beast' Tops Percentage Gains & 'The Blacklist' Leads in Total Viewer Increase in Week 17". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/02/03/live7-dvr-ratings-modern-family-has-biggest-18-49-ratings-beauty-the-beast-tops-percentage-gains-the-blacklist-leads-in-total-viewer-increase-in-week-17/233895/. İstifadə tarixi: 9 sentyabr.
  51. Kondolojy, Amanda (February 10, 2014). "Live+7 DVR Ratings: 'Modern Family' Has Biggest 18-49 Ratings Gain, 'The Blacklist' Tops Percentage & Total Viewer Increase in Week 18". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/02/10/live7-dvr-ratings-modern-family-has-biggest-18-49-ratings-gain-the-blacklist-tops-percentage-total-viewer-increase-in-week-18/235893/. İstifadə tarixi: 9 sentyabr 2018.
  52. Kondolojy, Amanda (February 24, 2014). "Live+7 DVR Ratings: 'The Big Bang Theory' Has Biggest 18-49 Ratings Gain & Total Viewer Increase + 'Nashville' Tops Percentage Gain in Week 20". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/02/24/live7-dvr-ratings-the-big-bang-theory-has-biggest-18-49-ratings-gain-total-viewer-increase-nashville-tops-percentage-gain-in-week-20/239637/. İstifadə tarixi: 9 sentyabr.
  53. Kondolojy, Amanda (March 24, 2014). "Live+7 DVR Ratings: 'The Big Bang Theory' Has Biggest 18-49 Ratings Gain, 'The Following' Tops Percentage Gain & 'The Blacklist' Adds Most Total Viewers in Week 24". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/03/24/live7-dvr-ratings-the-big-bang-theory-has-biggest-18-49-ratings-gain-the-following-tops-percentage-gain-the-blacklist-adds-most-total-viewers-in-week-24/247383/. İstifadə tarixi: 9 sentyabr 2018.
  54. Kondolojy, Amanda (April 7, 2014). "Live+7 DVR Ratings: 'Grey's Anatomy' & 'The Blacklist' Have Biggest 18-49 Ratings Gains, 'Raising Hope' & 'Hart of Dixie' Top Percentage Gains in Week 26". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/04/07/live7-dvr-ratings-greys-anatomy-the-blacklist-have-biggest-18-49-ratings-viewership-gains-raising-hope-hart-of-dixie-top-percentage-gains-in-week-26/251829/. İstifadə tarixi: 9 sentyabr 2018.
  55. Kondolojy, Amanda (April 21, 2014). "Live+7 DVR Ratings: 'The Big Bang Theory' Has Biggest 18-49 Ratings Gain, 'Hart of Dixie' Tops Percentage Gains & 'The Blacklist' Gains Most Viewers in Week 28". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/04/21/live7-dvr-ratings-the-big-bang-theory-has-biggest-18-49-ratings-gain-hart-of-dixie-tops-percentage-gains-the-blacklist-gains-most-viewers-in-week-28/256065/. İstifadə tarixi: 9 sentyabr 2018.
  56. Kondolojy, Amanda (May 5, 2014). "Live+7 DVR Ratings: 'Grey's Anatomy' Has Biggest 18-49 Ratings Gain, 'Person of Interest' Tops Viewership Gain, 'The Following', 'The Vampire Diaries' & 'Reign' Top Percentage Gains in Week 30". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/05/05/live7-dvr-ratings-greys-anatomy-has-biggest-18-49-ratings-gain-person-of-interest-tops-viewership-gain-the-following-the-vampire-diaries-reign-top-percentage-gains-in-week/260482/. İstifadə tarixi: 9 sentyabr 2018.
  57. Bibel, Sara (May 12, 2014). "Live+7 DVR Ratings: 'Big Bang Theory' & 'The Blacklist' Have Biggest 18-49 Ratings Gain, 'The Blacklist' Tops Viewership Gain, 'Hart of Dixie' Top Percentage Gainer in Week 31". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2014/05/12/live7-dvr-ratings-big-bang-theory-the-blacklist-have-biggest-18-49-ratings-gain-the-blacklist-tops-viewership-gain-hart-of-dixie-top-percentage-gainer-in-week-31/262961/. İstifadə tarixi: 9 sentyabr 2018.
  58. "Oliver Queen - Arrow - Best of 2014: Television". IGN. http://au.ign.com/lists/best-of-television/hero/oliver-queen-arrow. İstifadə tarixi: 10 sentyabr 2018.
  59. "The 40th People's Choice Awards". http://www.peopleschoice.com/pca/awards/nominees/. İstifadə tarixi: 10 sentyabr 2018.
  60. "2014 Winners". http://www.pressacademy.com/award_cat/current-nominees/. İstifadə tarixi: 10 sentyabr 2018.
  61. "The 40th Saturn Award Nominations". Variety. https://variety.com/2014/film/news/gravity-the-hobbit-the-desolation-of-smaug-lead-saturn-awards-noms-1201120744/. İstifadə tarixi: 10 sentyabr 2018.
  62. "2014 Winners". Leo Awards. http://www.leoawards.com/2014/winners_all/. İstifadə tarixi: 10 sentyabr 2018.
  63. "2014 Nominations". Leo Awards. http://www.leoawards.com/2014/nominees/by_name.php#Dramatic_Series-Lead_Performance-Male. İstifadə tarixi: 10 sentyabr 2018.
  64. "Nominations". Constellation Awards. http://constellations.tcon.ca/v.shtml. İstifadə tarixi: 10 sentyabr 2018.
  65. "FIRST WAVE OF 'TEEN CHOICE 2014' NOMINEES ANNOUNCED". Teen Choice Awards. June 18, 2014. Arxivləşdirilib: [1] saytından July 1, 2014 tarixində. https://web.archive.org/web/20140701143335/http://www.teenchoiceawards.com/tcnews.aspx. İstifadə tarixi: 10 sentyabr 2018.
  66. "Second Wave of Nominations for 'Teen Choice 2014' Announced". TVbythenumbers. July 18, 2014. Arxivləşdirilib: [2] saytından September 28, 2015 tarixində. https://web.archive.org/web/20150928084947/http://tvbythenumbers.zap2it.com/2014/07/17/second-wave-of-nominations-for-teen-choice-2014-announced/283935/. İstifadə tarixi: 10 sentyabr 2018.
  67. "YHA Nominees list". Young Hollywood Awards. June 28, 2014. http://yhawards.com/nominees/. İstifadə tarixi: 10 sentyabr 2018.
  68. "Arrow – Warner Shot Over an Announcement for 'The Complete 2nd Season' Blu-ray Disc and DVD versions will leap into stores this September". TVShowsOnDVD.com. Arxivləşdirilib: [3] saytından June 13, 2014 tarixində. https://web.archive.org/web/20140613094357/http://www.tvshowsondvd.com/news/Arrow-Season-2/19911. İstifadə tarixi: 10 sentyabr 2018.