Ox (IV mövsüm)

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
DVD üz şəkli
DVD üz şəkli
ÖlkəFlag of the United States.svg ABŞ
Seriya sayı23
Ekranlaşdırma
Orijinal kanalThe CW
Orijinal efir7 oktyabr 2015 (2015-10-07) – 25 may 2016 (2016-05-25)
Mövsüm xronologiyası
← Əvvəlki
III mövsüm
Sonrakı →
V mövsüm
Ox teleserialının seriyaları

Ox teleserialının dördüncü mövsümünün premyerası The CW telekanalında 7 oktyabr 2015-ci ildə baş tutmuş, 23 seriyalı mövsümün son seriyası 25 may 2016-cı ildə efirə verilmişdir. Dördüncü mövsümdə serialın şouranneri Qreq Berlanti, Mark Quqqenheym və Endryu Kreysberq olmuşdur. Dördüncü mövsümdə əsas diqqət Ox komandasının Demien Dark və onun terror təşkilatı ilə mübarizəsi üzərində cəmlənmişdir.

Dördüncü mövsüm hər hədtənin çərşənbə günü saat 20:00-da The CW telekanalında yayımlanmış, hər seriya orta hesabla 3.52 milyon izləyici toplamış və tənqidçilərdən qarışıq rəylər almışdır.

Məzmunu

Oxun üçüncü dəfə şəhəri xilas edib həlak olmuş elan edilməsindən bir neçə ay keçir. Oliver və Felisiti bir yerdə yaşayırlar. Starlinq-sitinin adı həlak olmuş Rey Palmerin şərəfinə dəyişdirilərək Star-siti adlandırılır. Şəhərdə qalan Qara bülbül (Lorel lens), Spidi (Teya Kuin) və Spartalı (Con Diql) yerli cinayətkarlarla mübarizə aparmağa davam edirlər. Düşmənlə tək bacara bilməyəcəklərini başa düşən Lorel və Teya Oliveri köməyə çağırmağa qərar verirlər. Ox komandası “ruhlar”ın liderinin hansısa naməlum gücdən istifadə etdiyini görür. Felisiti onun metainsan olduğunu düşünsə də, Oliver bu dəfə magiya ilə qarşılaşdıqlarını deyir. Tezliklə komanda cinayətkar dəstəyə Demien Dark adlı şəxsin rəhbərlik etdiyini öyrənir.

Rollarda

Əsas heyət

İkinci heyət

  • Nil MakDonoq - Demien Dark
  • Elisia Rotaru - Tayna Venediktov
  • Cimmi Akinqbola - Baron Reyter
  • Exo Kellum - Mister Terrifik/Körtis Holt
  • Parker Yanq - Aleks Devis
  • Şarlotta Ross - Donna Smok
  • Rayan Robbins - Konklin
  • Yujen Bird - Endi Diql
  • Canet Kidder - Ruve Dark/ Ruve Adams
  • Odri Mari Anderson - Lyla Maykls
  • Keyti Lots - Sara Lens
  • Tyuzdey Hoffman - Nora Dark
  • Brendon Rut - Rey Palmer / Atom
  • Çenye Hundal - Pol Holt
  • Aleksandr Kalvert - Lonni Meyçen / Anarxiya
  • Tom Amandes - Noy Kattler / Kalkulyator
  • Katrina Lou - Nisə əl-Qul
  • Din Monro MakKenzi - Dennis
  • Sintiya Adday-Robinson - Amanda Uoller

Qonaq ulduzlar

Seriyalar

Serialda
No.
Mövsümdə
No.
Başlıq Rejissor Ssenari müəllifi Orijinal efir vaxtı İstehsal
kodu
ABŞ izləyiciləri
(milyon)
701 Yaşıl Ox Tor FroydentalHekayə: Qreq Berlanti və Bet Şvartz
Ssenari: Mark Quqqenheym və Vendi Merkil
7 oktyabr 20153J58012,67[1]
Oxun üçüncü dəfə şəhəri xilas edib həlak olmuş elan edilməsindən bir neçə ay keçir. Oliver və Felisiti bir yerdə yaşayırlar. Starlinq-sitinin adı həlak olmuş Rey Palmerin şərəfinə dəyişdirilərək Star-siti adlandırılır. Şəhərdə qalan Qara bülbül (Lorel lens), Spidi (Teya Kuin) və Spartalı (Con Diql) yerli cinayətkarlarla mübarizə aparmağa davam edirlər. Düşmənlə tək bacara bilməyəcəklərini başa düşən Lorel və Teya Oliveri köməyə çağırmağa qərar verirlər. Bu arada, Oliver Felisitiyə evlənmək təklif etməyə hazırlaşsa da, sonradan fikrini dəyişir. Ox komandası özlərini “ruhlar” adlandıran cinayətkarların qərargahını aşkara çıxarırlar. Ox komandası “ruhlar”ın liderinin hansısa naməlum gücdən istifadə etdiyini görür. Felisiti onun metainsan olduğunu düşünsə də, Oliver bu dəfə magiya ilə qarşılaşdıqlarını deyir. Onlar cinayətkar dəstənin qatarı partlatmağı planlaşdırdığını aydınlaşdırırlar. Oliverə yeni kostyum verilir və onlar Diqlla birlikdə cinayətin qarşısını almağa gedirlər. Qatarda Oliver “ruhlar”ın lideri ilə qarşılaşır və onun Ras al-Quldan adını eşitdiyi Demien Dark olduğunu öyrənir. Oliver komandaya Darkın kim olduğunu danışır, Diql isə Dedşota onun qardaşını öldürməyin məhz Dark tərəfindən sifariş edildiyini başa düşür. Dark kapitan Lensi ona kömək etməyə məcbur edir. Fleşbekdə göstərilir ki, Amanda Uoller Oliverə növbəti tapşırıq verərək onu yenidən Lian Yu adasına qaytarır. Altı ay sonrakı səhnədə Barri və Oliver qara geyimdə kiminsə məzarı üstündə dayanır. 
712 Namizəd Con BerinqMrk Quqqenheym və Keto Şimizu14 oktyabr 20153J58022,50[2]
Yaşıl Ox. Spidi, Con və Qara bülbül “ruhlar”ın daha bir planını pozur. Felisiti Rey Palmerin şirkətinə geri dönür və işilərin kütləvi şəkildə ixtisara salınmasını görür. Mer olmaq üçün namizədliyini irəli sürmüş missis Denforda hücum edilir və Oliver hücumun qarşısını alır. Oliver Teyanın qəzəbinə nəzarəti itirdiyini müşahidə edir və buna səbəbin Lazar quyusu olduğunu başa düşür. Bir müddət sonra missis Denford Darkın köməkçisi tərəfindən qaçırılır. Lens Oliverə Demien Dark üçün çalışdığını etiraf edir. Teya və Lorel komandadan gizlin Teyanın qəzəbinə dərman tapmaq və Saranı diriltmək üçün Nanda Parbata yola düşür. Oliver Yaşıl Ox kimi mübarizə aparmağın yetərli olmadığını anlayır və merliyə namizədliyini irəli sürür. Fleşbeklərdə Oliverin adada hərbi dəstəyə qoşulması göstərilir. 
723 Bərpa Vendi StanslerVendi Merikl və Spid Uid21 oktyabr 20153J58032,40[3]
Merlin Saranın dirildilməsinə razılıq verməyərək bunun pis nəticə verəcəyini bildirir. Yaşıl Oxu aradan götürmək üçün Dark İkiqat mərc adlı caniyə tapşırıq verir. Felisiti başa düşür ki, Oliverə qarşı mübarizə aparan şəxs metainsandır. Diql Oliverə deyir ki, Dedşota onun qardaşını öldürməyi sifariş edən şəxsin axtarışlarına başlayıb. Felisiti və Holt müəyyənləşdirirlər ki, Oliveri öldürməyə çalışan metainsan silah kimi istifadə etdiyi kartları hiss edir və həmin kartlardan biri Felisitidədir. Felisiti Holtu Oxun sığınacağına gətirir və canidən xilas olur. Nanda Parbatda Lorel, Merlin və Teya Saranı diriltməyə çalışırlar. Nisə quyunu doldurur və Merlini öldürməyə and içir. Felisiti gizli mesajlar almağa başlayır. 
734 Günahını təmizləməyə ümidi olmadan Leksi AleksandrBet Şvartz və Ben Sokolovski28 oktyabr 20153J58052,64[4]
Polis kimi geyinən şəxslər Star-sitidə qarətlər törədirlər. Teya və Lorel Saranın dirilməsini hələ də Oliverdən gizlədirlər. Felisiti qəribə mesajlar almağa davam edir. O, buna görə Holtdan şübhələnsə də, sonradan bunların rey tərəfindən ötürülən mesajlar olmasını başa düşür. Lorel dirildilmiş Saranı atasına göstərir. Lens Sara ilə neynəməyi öyrənmək üçün Demien Darkla görüşür və o, Saranı öldürməyi məsləhət görür. Oliver təsadüfən bu görüşdən xəbər tutur. Evə qayıdan Lens Saranı öldürməyə çalışsa da, Lorel ona imkan vermir. Oliver Lensdən Darkla görüşüb onlara məlumat ötürməyi xahiş edir. Növbəti dəfə Saranın saxlanıldığı zirzəmiyə gələn Lorel bacısının orda olmadığını görür. 
745 İzlənilən Con BedhemBrayan Ford Sallivan və Oskar Belderrama4 noyabr 20153J58042,60[5]

"Konstantin" teleserialı ilə krossoverdir.

Soyğunçular restoran işçisi xanıma hücum edirlər, hadisə yerinə gələn Sara əvvəlcə qızı xilas edir, daha sonra isə ona hücum edir. Kapitan Lens və Lorel bu haqqda məlumat alırlar. Felisiti Holta Rey tərəfindən göndərilən mesajı deşifrə etməyə icazə verir. Oliver kafedə qalmaqal yaradan sirrli qızı tapmağa çalışır. Yaşıl Ox, Spidi və Qara bülbül Saranı tapsa da, o, qaçmağa müvəffəq olur. Lorel və teya Oliverə Saranı diriltdiklərini etiraf etməli olurlar. Felisiti başa düşür ki, Sara Teyanı tapıb öldürməyə çalışır. Yaşıl Ox kömək üçün Con Konstantinə zəng edir. Konstantin deyir ki, Saranın bədəni qaydasında olsa da, ruhu Lazar quyusunun astralında ilişib qalıb. Astral səyahətə yola düşən Lorel və Oliver Saranın ruhunu xilas edərək canına qaytarırlar. Oliver Demienlə mübarizə aparmaq üçün Konstantindən məsləhət istədikdə o, ən yaxşı variantın şəhəri tərk etmək olduğunu deyir. Reyin mesajını deşifrə edən Holt, onun sağ olmasını öyrənir. Fleşbeklərdə Oliver adada Konstantinlə tanış olur. Konstantin hərbiçilərin əlindən qaçır və Oliveri əsir götürür. Birlikdə onlar Cona lazım olan relikviyanı tapırlar. Oliver magiyanın necə işlədiyinin şahidi olur. 
756 İtirilmiş ruhlar Antonio NeqretBet Şvartz və Emilio Orteqa Oldriç11 noyabr 20153J58062,30[6]
Məlum olur ki, yarım il əvvəl hamının faciəvi partlayışda həlak olduğunu düşündüyü Rey Palmer əslində sadəcə kiçik ölçüyə kimi balacalaşmışdır. Oliver Aleks Devidlə birlikdə siyasi proqramı üzərində çalışır. Felisiti Reylə əlaqə yarada bilir və başa düşür ki, kiçildikdən sonra əsir düşən rey yenidən öz ölçüsünə qayıda bilmir. Felisitinin anası onun yanına gəlir. Ox komandası Reyin Demien Dark tərəfindən əsir saxlandığını öyrənir. Kapitan Lens Darkın başını qatır, Ox kamandası Reyin harda saxlandığını öyrənir və onu azad edirlər. Yamanın ona pis təsir edəcəyindən qorxan sara başqa şəhərə köçməyə qərar verir. Felisiti Oliveri sevdiyini başa düşür. Kapitan Lens Felisitinin anası ilə tanış olur. Demien Dark planının növbəti hissəsini reallaşdırmağa başlayır. 
767 Qardaşlıq Ceyms BemfordSpid Uid və Keto Şimizu18 noyabr 20153J58072,69[7]
“Ruhlar” bankdan pul aparan zirehli maşına hücum edirlər. Ox komandası oğurluğun qarşısını almaq istədikdə cinayətkarlar pulu yandıraraq qaçırlar. Con Diql Oliverə Kapitan Lensin onun qardaşı haqqında əldə etdiyi məlumatları göstərir. Rey və Felisiti nəyə görə DNA-larına əsasən “ruhlar”ın kim olduqlarını aşkarlaya bilmədiklərini öyrənməyə çalışırlar. “Ruhlar”la növbəti toqquşma zamanı Ox komandası dəstə üzvlərindən birinin o vaxta kimi Conun ölmüş hesab edilən qardaşı olduğunu başa düşürlər. Demien Dark Lensin onu satmasından şübhələnməyə başlayır. Teyanın görüşünə gələn Malkolm Merlin, qızının qəzəbini azaltmaq üçün ona cinayətkarları öldürməyi təklif edir. “Ruhlar”ın qərargahlarından birinə basqın edən Diql və Yaşıl Ox Darın insanları necə özünə tabe etməsinin şahidi olurlar. Ox dəstəsi Lensin məlumatına əsasən hücuma keçərək Diqlın qardaşı Endini ələ keçirir. 
778 Sabahın əfsanələri Tor FroydentalHekayə: Qreq Berlanti və Mark Quqqenheym
Ssenari: Brayan Ford Sallivan və Mark Quqqenheym
2 dekabr 20153J58083,66[8]

"Fleş" teleserialının ikinci mövsümü ilə krossoverdir.

Karter və Kendranı müvəqqəti olaraq Vandal Sevecdən gizlətməyə çalışan Ox və Fleş komandaları Sentral-sitinin şəhər kənarında yerləşən evə gəlir. Qanadlarından istifadə edə bilməsi üçün, Karter Kendranı keçmiş həyatını xatırlamağa məcbur etməyə çalışır. Barri, Oliver və Merlinlə görüşən Sevec qanadlı cütlüyün təslim edilməyəcəyi təqdirdə Qor əsasının köməkliyi ilə Sentral-siti və Star-sitini məhv edəcəyinni bildirir. Oliver keçmişdə görüşdüyü qız Samanta ilə qarşılaşır və onun oğlunun atası olub-olmamasını öyrənməyə çalışır. Barrinin keçirdiyi test nəticəsində Oliverin oğlunun olması məlum olur. Uşağın anası Oliverdən bunu hər kəsdən gizlətməyi tələb edir və əks halda uşaqla görüşməyə imkan verməyəcəyini bildirir. Nəticədə bu hal, Oliver və Felisitinin münasibətlərinin gərginləşməsinə gətirib çıxarır. Karterin cəhdlərinə baxmayaraq, Kendra keçmişini xatırlayıb döyüşçü qıza çevrilə bilmir. Oliver Sevecə qalib gəlmək üçün plan hazırlasa da, həmin plan baş tutmur və Fleş istisna olmaqla bütün qəhrəmanlar ölürlər. Sevec Sentral-sitini məhv edir. Barri qaçaraq bir gün əvvələ qayıda bilir. O, Oliverə hadisələrin gedişini danışır və onlar başqa plan qurmağa çalışırlar. Bundan sonra Barri Siskonu Kendra ilə danışıb onu ürəkləndirməyə sövq edir, Sisko Kendranın keçmişini xatırlamağa kömək edir. Kendra başa düşür ki, o, Qədim Misirdə yaşamış kahinə Çay-Ayradır, onlar şahzadə Xufu ilə (Karter) birbirlərini sevsələr də, qısqanc rahib Hat-Set (Sevec) onları qətlə yetirmişdir. Bundan sonra Hat-Set sevgililərin ruhunun başqa canlarda dirilməsini təmin edərək hər dəfə onları öldürür və beləcə öz ölümsüzlüyünü təmin edir. Kendra başa düşür ki, Sevecə qalib gəlməyin açarı Qor əsasıdır. Kiçik komanda yerinə bu dəfə Oliver bütün qəhrəmanları döyüşə çağırır. Əsanın gücünü idarə edə bilmək üçün Sisko və Felisiti xüsusi əlcək hazırlayırlar. Bu dəfəki qarşılaşmada Kendra uça və döyüşə bilir. Barri və Oliver Seveci külə çevirmək üçün əsanı istifadə edirlər. Karter və Kendra döyüşdən sonra komandalara minnətdarlıq edərək köçürlər. Oliver və Felisiti isə komanda ilə birlikdə Star-sitiyə qayıdır. Sevecin ona borclu olduğunu düşünən Merlin onun külünü bir qaba yığır. 
789 Qara sular Con BerinqVendi Merikl və Ben Sokolovski9 dekabr 20153J58092,82[9]
Star-siti sahillərinin təmizlənməsi üçün Oliverin seçki kompaniyası işə başlayır. Dark sahilə atıcı dronlar göndərərək uşaqları və ordakı insanları atəşə tutur. Buna cavab olaraq Oliver Darkın əslində kim olmasını və cinayətkar dəstəyə rəhbərlik etməsini mətbuata açıqlayır. Dark isə buna cavab olaraq Oliverin təşkil etdiyi ziyafətə gələrək Diql, Felisiti və Teyanı qaçırır. Oliver onunla əlaqə saxlayaraq əsir götüdüyü üç nəfərin yerinə özünü təklif edir. Dark onunla görüşərək gözləri önündə dostlarını öldürməyə çalışsa da, Ox kostyumu geyinmiş Malkolm Merlin və Lorel köməyə gələrək onları xilas edir. Bundan sonra ziyafət zamanı Oliver Felisitiyə evlənmə təklif edir və Felisiti razılaşır. Ziyafətdən çıxan zaman Darın adamları Oliver və Felisitinin olduğu avtomobili atəşə tuturlar və Felisiti ağır yaralanır. 
7910 Qan borcu Cess VarnOskar Belderrama və Sara Tarkoff20 yanvar 20163J58102,83[10]
Felisitinin bir neçə cərrahi əməliyyat keçirdiyi müddətdə Oliver və Ox komandası Darkı axtarmağa davam edir. Oliver Darın yerini öyrənmək üçün Kventin Lensə müraciət edir, Diql isə qardaşını dindirir. Onlar Darkın qərargahını tapsalar da orda yalnız bir neçə cəsəd və anarxiya simvolu ilə üzləşirlər ki, bu da Meyçinin qayıdaraq Darkdan qisas almağa çalışması anlamına gəlir. Oliver Meyçini dindirərək azad edir və izləməyə başlayır. Endi Darkın ailəsinin ünvanını deyir, hadisə yerinə gələn Oliver Meyçinin burda Darkın həyat yoldaşı və qızını əsir götürdüyünü görür və onları azad edir. Məlum olur ki, onurğası zədələnmiş Felisiti daha yeriyə bilməyəcək. Məlum olur ki, Darkın həyat yoldaşı Ruve də cinayətkar əməllərin iştirakçısıdı, onların təşkilatı isə dünyanı dağıdaraq istədikləri kimi yenidən qurmağı planlaşdırır. 
8011 Dezertir Şarlotta BrendstormBrayan Ford Sillivan və Emilio Orteqa Oldriç27 yanvar 20163J58112,78[11]
Xəstəxanadan buraxılan Felisiti əlil vəziyyəti ilə komandaya necə faydalı olacağı haqqında düşünür. Diql və Layla A.R.Q.U.S. agentinin qaçırılmasının şahidi olur və nə baş verdiyini öyrənmək üçün Amanda Uollerin yanına gedirlər. Amanda nə baş verdiyindən xəbərsiz olduğunu desə də, gizlincə Laylaya fleşkart ötürür. Diql və Layla fleşkarta baxadıqda öyrənirlər ki, cinayətin arxasında “Shadowspire” adlı təşkilat durur və Diql Əfqanıstanda hərbi xidməti zamanı həmin təşkilatla qarşılaşmasını xatırlayır. Shadowspire A.R.Q.U.S. bazasını zəbt edərək “Rubicon” layihəsi haqqında məlumatı ələ keçirməyə çalışır. Amanda Uoller şifrəni deməkdən imtina etdikdə onu öldürürlər. Oliver və Ox komandası A.R.Q.U.S. bazasının zəbt edilməsini öyrənib köməyə tələsir. 
8112 Zəncirdən açılmış Kevin FeyrSpid Uid və Bet Şvartz3 fevral 20163J58122,48[12]
Komanda oğruları izləsə də, Teyanın huşunu itirməsi onların qaçmasına səbəb olur. Malkolm Oliverə deyir ki, başqasının həyatını almadığına görə Lazar quyusunun təsiklif edirri ilə yaranmış qan hərisliyi yavaş-yavaş Teyanı öldürür. Oliver oğurluq edənin Roy Harper olmasını öyrənir. Komanda Royu Kalkulyator ləqəbli caninin təsirindən xilas edir. Felisitinin mübarizəsi nəticəsində Kalkulyatorun terror planının qarşısını almaq mümkün olur. Məlum olur ki, Kalkulyator Felisitinin atası Noy Kattlerdir. Nanda Parbatda saxlanıldığı kameradan qaçmağa müvəffəq olan Nisə, Tatsunun yanına gələrək qan hərisliyindən müalicə edən Lotusu ona verməyi xahiş edir. Daha sonra Oliverlə görüşən Nisə, ondan Lotusun qarşılığında Merlinin öldürülməsini tələb edir. Ruve şəhər merliyinə namizədliyini irəli sürür. 
8213 Atanın günahları Qordon VerhoylBen Sokolovski və Keto Şimizu10 fevral 20163J58132,44[13]
Nisənin təklifinə imtina edən Oliver Malkolmla danışaraq, dərman qarşılığında Qatillər Liqası üzərində hakimiyyətindən əl çəkərək Nisəyə təslim olmağı təklif edir. Malkolm Nisəyə inanmadığını bildirərək bu təklifdən imtina etsə də, dərmanın yoxlanmasının Teyaya faydalı olmasından sonra razılaşır. Görüş zamanı Malkolm sözünə dönük çıxaraq Nisəni öldürməyə çalışır. Oliver, Lorel və Diql Nisəni xilas edərək əsir götürürlər. Oliver Liqa üzərində hakimiyyət məsələsini həll etmək üçün, Merlindən Nisəni duelə çağırmağı tələb edir. Duel qabağı qədim ənənəyə əsasən Oliver həyat yoldaşı Nisənin yerinə duelə girişir. Duel zamanı Oliver qalib gəlsə də, öldürmək yerinə Merlinin bir əlini kəsir. Üzüyü dərmana dəyişən Oliver həm Malkolmu, həm də Teyanı xilas edir. Nisə Liqanı buraxaraq üzüyü məhv edir. Qəzəblənən Malkolm Darkla görüşərək ona Oliverin oğlu haqqında məlumat verir. 
8314 Susqunluq kodeksi Ceyms BemfordVendi Merikl və Osskar Balderrama17 fevral 20163J58142,44[14]
Ruve və Darın da daxil olduğu cinayətkar dəstəyə qoşulan Malkolm, onların planının icrasının beşinci fazasına start verildiyini öyrənir. Dark “Məhvedicilər dəstəsi” adlı muzdlu qatillər dəstəsini Kventinin öldürülməsi üçün göndərsə də, Lorel, atasını xilas edə bilir. Körtisin köməkliyi ilə Felisiti müəyyənləşdirir ki, muzdlular Ruve və Oliver arasında debat zamanı meriya binasını partlatmağı planlaşdırır. Oliver və Ox komandası terrorun qarşısını alır. Felisiti və Oliverin nişan mərasimi baş tutur. Körtis Felisitinin əlilliyini aradan qaldıracaq cihaz kəşf etdiyini bildirir və cihazı ona hədiyyə edir. Dark Uilyamı qaçırır. Teya Oliverin Ulyam haqqında oğlu olduğğunu öyrənir və bunu Felisitidən gizlətməyə kömək edir. 
8415 Əsir Qreqori SmitHekayə: Mark Quqqenheym
Ssenari: Keto Şimizu və Brayan Ford Sallivan
24 fevral 20163J58152,70[15]

Viksen veb serialı ilə krossoverdir.

Dark Uilyamın azad edilməsi qarşılığında Oliverdən merlik uğrunda namizədliyini geri çəkməsini tələb edir. Oliver Ulyam adlı oğlu olmasını komanda ilə bölüşür və Yaşıl Ox olduğunu keçmiş sevgilisi Samantaya deyir. Daha sonra kömək üçün Detroytdan olan Viksen ləqəbli qəhrəman Mari MakKeybi Star-sitiyə çağırır. Mari Uilyamın saxlandığı yeri izləyə bilsə də, komanda uşağı tapa bilmir. Oliver namizədliyini geri götürür, komanda isə Darkın güc mənbəyini tapır. Darkın gücü əlindən alınır, o, həbs edilir, Uilyam isə azad olur. Ox komandası uşaq haqqında məlumatı Darka ötürən şəxsin Merlin olmasını da öyrənir. 
8516 Sınmış ürəklər Con F. ŞovalterRebekka Bellotto və Nolan Dünbar23 mart 20163J58162,09[16]
Star-sitiyə qayıdan Kupidon şəhərin məşhur cütlüklərinə hücum etməyə başlayır. Komanda onun yerini tapmağa çalışdığı müddətdə Lorel Darkın cəzalandırılması ilə məşğul olur. Şahid tapa bilmədiklərindən Kventin Lens Darka qarşı ifadə verməli olur. Kupidonun diqqətini cəlb etmək üçün Oliver və Felisitini “gizli evlilik” təşkil edərək mətbuata məlumat sızdırırlar. Plan işləyirə və Kupdon Oliverə hücum edir. Komandanın köməkliyi ilə Kupidon zərərsizləşdirilir. Darka pul qarşılığında azadlığa çıxmaqdan imtina edilir, Kventin araşdırma bitənə kimi işdən uzaqlaşdırılır, Fellisiti isə həmişəlik Ox komandasını tərk edir. Sonda göstərilir ki, Dark ağzına gizlətdiyi üzüyü həbsxanaya keçirməyə müvəffəq olub. 
8617 Ümid mayakı Maykl ŞultzBen Sokolovski və Brayan Ford Sallivan30 mart 20163J58172,34[17]
Həbsdən qaçan Bri Larvan Star-sitiyə gələrək Felisitiyə yeriməyə kömək edən çipi axtarır. Rey Palmerin şirkətinə gələn Bri işçiləri əsir götürərək Felisitinin şirkətə qayıtmasını gözləyir. Brinin robot arılarından biri Oliveri sancır. Körtis öyrənir ki, sancmadan sonra qurbanın daxilində arının çoxlu sayda kopyaları yaranmağa başlayır. Oliveri xilas etmək üçün Lorel Bülbül qışqırığını istifadə edir. Bri deyir ki, xərçəng xəstəliyindən əziyyət çəkir və xilas olmaq üçün həmin çipə ehtiyacı vardır. Darkın yanına gələn Merlin, ona təşkilatın onun iştirakı olmadan Genezis layihəsi üzərində çalışdırığını deyir. 
8718 On bir-əlli-doqquz Rob HardiMark Quqqenhaym və Keto Şimizu6 aprel 20163J58182,24[18]
Endi Diqla deyir ki, ona müraciət edən Merlin Darkın azad olunmasına köməklik etməyi xahiş edib. Merlinin yanına göndərilən Endi komandaya bildirir ki, Merlin Darkı aparan zirehli maşına hücum etməyi planlaşdırır. Oliver və Diql hücumun qarşısını almaq üçün hadisə yerinə gedir, Teya və Lorel isə Ox komandasının sığınacağında qalır, bundan istifadə edən Merlin sığınacağa hücum edərək Darkın idolunu oğurlayır. Merlin İdolu Darka gətirir və cani idolda bir detalın çatmadığını deyir. Ruve Dark Lorelə yeni dairə prokuroru olmağı təklif edir. Dark həbsxanada üsyan yaradır, nəzrətçiləri öldürür və idolunu enerji ilə doldurur. Həbsxanaya gələn Ox komandası məhbuslarla döyüşür. Dark Endini əsir götürür və idolun detalı olan kristalı tələb edir. Endi kristalı Darka verir və bütün bu müddət ərzində əslində Darkın xidmətiində olduğunu göstərir. Dark bütün Ox komandasını özünə tabe edərək əsl adlarını deməyə məcbur edir. Daha sonra kapitan Lensə söz verdiyi kimi Loreli oxla ölümcül yaralayır. Bundan sonra Dark, Merlin və Endi hadisə yerini tərk edir. Komanda ağır vəziyyətdə olan Loreli xəstəxanaya çatdırsa da, o, vəfat edir. 
8819 Bülbülün göz yaşı Laura BelsiVendi Merikl və Bet Şvartz27 aprel 20163J58192,27[19]
Komandanın Lorel üçün yas saxlayıb Darka qarşı növbəti addımı planlaşdırdığı müddətdə Star-sitidə Qara bülbül kostyumu geyinmiş yeni qız peyda olur. Endinin satqınlığından qəzəblənən Con Diql yeni seçilmiş mer Ruve Darka hücum etsə də, Oliver bu hücumun qarşısını alır. Bu hadisədən sonra Ruve qisasçıların həbs edilməsi üçün order verir. Qara bülbül kostyumu geyinmiş Evelin Şarp Ruveyə hücum etsə də, Oliver onun qarşısını alır. Kapitan Lens Lorelin dirildilməsi üçün yollar axtarmağa başlayır. Lorelin dəfn mərasimi zamanı onun ictimai simasını saxlamaq üçün Oliver onun Qara bülbül olduğunu deyir. 
8920 Genezis Qreqori SmitOskar Balderrama və Emilio Orteqa Oldriç4 may 20163J58202,07[20]
Açıq döyüşdə Darka qalib gəlməyin yollarını tapmaq üçün Con Konstantinin məsləhəti ilə Ezrin Fortuna adlı cadugərlə görüşmək üçün Oliver və Felisiti Hab-sitiyə yola düşür. Ezrin Oliverə Darkın gücünün təbiətini izah edir və ona qarşı mübarizə aparmağın yollarını göstərir. Buna baxmayaraq Oliverin daxilindəki qaranlıqla mübarizədə zəiflik nümayiş etdirməsi Ezrinin xoşuna gəlmir. Endini izləyən Con tələyə düşür. Con qaça bilsə də sonradan başa düşür ki, bu, Laylanı tapmağa çalışan Darkın planı imiş. Laylanın yerini tapan Dark Rubrikonu ələ keçirməyə müvəffəq olur. Endini izləyən Con nəhayət ki, onu öldürə bilir və daha sonra qardaşını ööldürdüyünə görə peşman olur. Aleks Teyanı naməlum şəhərkənarına gətirir və məlum olur ki, bu, Darkın təşkilatının planlaşdırdığı gizli sığınacaqdır. 
9021 Monument-Point Kevin TançaroenSpid Uid və Cenni Linn11 may 20163J58212,16[21]
Teya və Merlin sığınacağa girərək Darkı axtaran Lonni Meyçeni zərəsizləşdirməyə çalışırlar. Laylanın Rubrikon haqqında məlumat verməsindən sonra Ox komandası başa düşür ki, Darkın məqsədi insanlığın böyük bir hissəsini məhv etməkdir. Felisitinin atasının köməkliyi ilə komanda Rubrkonun sitemini sındırmağa çalışır. Onlar bir raket xaric bütün raketləri söndürə bilirlər. Monument-Pointə yönləndirilmiş həmin nüvə başlığı daya az sakinli Hayvenrok şəhərciyinə yönləndirilir və şəhər məhv edilir. Hayvenrokda ölən insanların gücü Darkın gücünə əlavə olunur. 
9122 Subasmada itirilmiş Qlen UinterBrayan Ford Sallivan və Oskar Balderrama18 may 20163J58221,94[22]
Darkın dəstəsini izləməyə çalışan Felisiti Teyadan kömək müsajı alır, bundan sonra Oliver və Con köməyə tələsirlər. Teya ilə bacarmayan Lonni qərargaha girərək Ruve və Noranı əsir götürür. Sığınacağa girən Oliver və Con Malkolmun keyləşdici dərman vurduğu Teyanı tapır. Lakin, Oliverin təsiri ilə Teya şüur idarəsinə qarşı mübarizə apara bilir. Sığınacaq dağılmağa başlayır. Partlayışdan əvvəl qəhrəmanlar ordan çıxa bilir, Malkolm isə adi sakinləri xilas edir. Bundan sonra Oliverin evinə soxulan Dark Felisitini məcbur edir ki, Rubrikonu yenidən işə salsın. 
9223 Ayrılıq Con BerinqHekayə: Qreq Berlanti
Ssenari: Vendi Merikl və Mark Quqqenheym
25 may 20163J58232,19[23]
Felisitin hədələyən Dark, Körtis və Donnanı öldürmək istəsə də, Oliver ona mane olur. Qızını və Felisitinin notbukunu götürən Dark Oliverin evindən uzaqlaşır. Qəhrəmanlar istəmədən də olsa növbəti dəfə Merlinin köməyini qəbul etməli olurlar. Felisiti və Körtis Star-sitiyə istiqamətlənəən bombaları zərərsizləşdirmək üçün variant tapırlar. Oliver Darkı təkbətək döyüşə çağırır və bu qarşılaşma şəhər sakinləri ilə “ruhlar” arasında toqquşmaya çevrilir. Felisiti Kuper Seldonla əlaqə yaradaraq raketlərin buraxılmasını təxirə salmağa inandırır. Magiyanın köməyi olmadan Oliverə məğlub olan Dark öldürülür. Kventin və Donna Star-sitidən köçürlər. 

Yayımlanması və qəbulu

Reytinqlər

Başlıq Yayım tarixi Reytinq
(18–49)
İzləyicilər
(milyon)
DVR
(18–49)
DVR izləyiciləri
(milyon)
Cəmi
(18–49)
Ümumi izləyici
(milyon)
1 "Yaşıl Ox" 7 oktyabr 2015 1.1/4 2.67[1] M/D 1.43 M/D 4.10[24]
2 "Namizəd" 14 oktyabr 2015 1.0/3 2.50[2] M/D 1.34 M/D 3.84[25]
3 "Bərpa" 21 oktyabr 2015 0.9/3 2.40[3] 0.6 1.36 1.5 3.77[26]
4 "Günahını təmizləməyə ümidi olmadan" 28 oktyabr 2015 0.9/3 2.64[4] M/D M/D M/D M/D
5 "İzlənilən" 4 noyabr 2015 1.1/4 2.60[5] M/D M/D M/D M/D
6 "İtirilmiş ruhlar" 11 noyabr 2015 0.9/3 2.30[6] M/D 1.22 M/D 3.52[27]
7 "Qardaşlıq" 18 noyabr 2015 1.1/4 2.69[7] M/D M/D M/D M/D
8 "Sabahın əfsanələri" 2 dekabr 2015 1.4/4 3.66[8] 0.7 1.61 2.1 5.27[28]
9 "Qaranlıq sular" 9 dekabr 2015 1.0/3 2.82[9] 0.6 1.22 1.6 4.04[29]
10 "Qan borcu" 20 yanvar 2016 1.1/3 2.83[10] 0.7 1.47 1.8 4.30[30]
11 "Dezertir" 27 yanvar 2016 1.1/4 2.78[11] 0.6 1.24 1.7 4.01[31]
12 "Zəncirdən açılmış" 3 fevral 2016 0.9/3 2.48[12] 0.6 1.26 1.5 3.74[32]
13 "Atanın günahları" 10 fevral 2016 0.9/3 2.44[13] 0.6 1.32 1.5 3.77[33]
14 "Susqunluq kodeksi" 17 fevral 2016 0.9/3 2.44[14] 0.7 1.40 1.6 3.85[34]
15 "Əsir" 24 fevral 2016 1.0/3 2.70[15] M/D M/D M/D M/D
16 "Sınmış ürəklər" 23 mart 2016 0.7/3 2.09[16] 0.6 1.33 1.3 3.41[35]
17 "Ümid mayakı" 30 mart 2016 0.9/3 2.34[17] M/D M/D M/D M/D
18 "On bir-əlli-doqquz" 6 aprel 2016 0.8/3 2.24[18] 0.6 1.16 1.4 3.39[36]
19 "Bülbülün göz yaşı" 27 aprel 2016 0.9/3 2.27[19] M/D 1.18 M/D 3.45[37]
20 "Genezis" 4 may 2016 0.7/3 2.07[20] 0.6 1.19 1.3 3.26[38]
21 "Monument-Point" 11 may 2016 0.8/3 2.16[21] 0.5 1.13 1.3 3.29[39]
22 "Subasmada itirilmiş" 18 may 2016 0.7/2 1.94[22] 0.6 1.23 1.3 3.20[40]
23 "Ayrılıq" 25 may 2016 0.8/3 2.19[23] 0.6 1.12 1.4 3.31[41]

İstinadlar

  1. 1,0 1,1 Porter, Rick (October 8, 2015). "Wednesday final ratings: 'Empire,' 'SVU' and others adjusted up, 'Arrow' holds, 'Nashville' adjusted down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2015/10/08/wednesday-final-ratings-oct-7-2015/477200/. İstifadə tarixi: 10 noyabr 2018.
  2. 2,0 2,1 Porter, Rick (October 15, 2015). "Wednesday final ratings: 'Empire', 'Modern Family' and 'Arrow' adjusted up, 'Nashville' adjusted down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2015/10/15/wednesday-final-ratings-oct-14-2015/478824/. İstifadə tarixi: 10 noyabr 2018.
  3. 3,0 3,1 Porter, Rick (October 22, 2015). "Wednesday final ratings: 'Rosewood' adjusted up, 'Empire' and everything else hold". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2015/10/22/wednesday-final-ratings-oct-21-2015/479869/. İstifadə tarixi: 10 noyabr 2018.
  4. 4,0 4,1 Porter, Rick (November 4, 2015). "Wednesday final ratings: ‘Supernatural’ adjusts down, ‘The Middle’ and ‘The Goldbergs’ adjust up". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2015/11/04/wednesday-final-ratings-supernatural-adjusts-down-the-middle-and-the-goldbergs-adjust-up/. İstifadə tarixi: 10 noyabr 2018.
  5. 5,0 5,1 Porter, Rick (November 5, 2015). "Wednesday final ratings: 'Arrow' adjusts up, 'Criminal Minds' rises but still at series low". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2015/11/05/wednesday-final-ratings-nov-4-2015/. İstifadə tarixi: 10 noyabr 2018.
  6. 6,0 6,1 Porter, Rick (November 12, 2015). "Wednesday final ratings: ‘Black-ish’ and ‘Code Black’ adjust down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2015/11/12/wednesday-final-ratings-nov-11-2015/. İstifadə tarixi: 10 noyabr 2018.
  7. 7,0 7,1 Porter, Rick (November 19, 2015). "Wednesday final ratings: Arrow, Rosewood, Survivor and The Middle adjust up". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2015/11/19/wednesday-final-ratings-nov-18-2015/. İstifadə tarixi: 10 noyabr 2018.
  8. 8,0 8,1 Porter, Rick (December 3, 2015). "Wednesday final ratings: 'Arrow', 'Empire' and 'Criminal Minds' adjust up". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2015/12/03/wednesday-final-ratings-dec-2-2015/. İstifadə tarixi: 10 noyabr 2018.
  9. 9,0 9,1 Porter, Rick (December 9, 2015). "Wednesday final ratings: 'Criminal Minds,' 'Modern Family' and all other originals hold". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2015/12/10/wednesday-final-ratings-dec-9-2015/. İstifadə tarixi: 10 noyabr 2018.
  10. 10,0 10,1 Porter, Rick (January 21, 2016). "Wednesday final ratings: ‘Mike & Molly’ adjusts up". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/01/21/wednesday-final-ratings-jan-20-2016/. İstifadə tarixi: 10 oktyabr 2018.
  11. 11,0 11,1 Porter, Rick (January 28, 2016). "Wednesday final ratings: 'Idol', 'Arrow' and everything else hold". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/01/28/wednesday-final-ratings-jan-27-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  12. 12,0 12,1 Porter, Rick (February 4, 2016). "Wednesday final ratings: '2 Broke Girls' adjusts up". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/02/04/wednesday-final-ratings-feb-3-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  13. 13,0 13,1 Porter, Rick (February 11, 2016). "Wednesday final ratings: ‘American Idol’ adjusts up, ‘Black-ish’ adjusts down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/02/11/wednesday-final-ratings-feb-10-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  14. 14,0 14,1 Porter, Rick (February 18, 2016). "Wednesday final ratings: 'Goldbergs' and 'SVU' adjust up, 'Survivor', 'Code Black' and 'Hell's Kitchen' adjust down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/02/18/wednesday-final-ratings-feb-17-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  15. 15,0 15,1 Porter, Rick (February 25, 2016). "Wednesday final ratings: ‘Survivor’ adjusts down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/02/25/wednesday-final-ratings-feb-24-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  16. 16,0 16,1 Porter, Rick (March 24, 2016). "Wednesday final ratings: 'Survivor', 'Goldbergs', 'Criminal Minds' and 'Chicago P.D.' all adjust up". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/03/24/wednesday-final-ratings-march-23-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  17. 17,0 17,1 Porter, Rick (March 31, 2016). "Wednesday final ratings: 'Empire' adjusts up, 'Survivor' and 'Beyond Borders' adjust down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/03/31/wednesday-final-ratings-march-30-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  18. 18,0 18,1 Porter, Rick (April 7, 2016). "Wednesday final ratings: 'Empire' and 'Modern Family' adjust up, 'Nashville' adjusts down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/04/07/wednesday-final-ratings-april-6-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  19. 19,0 19,1 Porter, Rick (April 28, 2016). "Wednesday final ratings: 'The Middle' and 'Empire' adjust up, 'Nashville' adjusts down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/04/28/wednesday-final-ratings-april-27-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  20. 20,0 20,1 Porter, Rick (May 5, 2016). "Wednesday final ratings: 'Chicago PD' and 'Heartbeat' adjust up, 'Nashville' adjusts down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/05/05/wednesday-final-ratings-may-4-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  21. 21,0 21,1 Porter, Rick (May 12, 2016). "Wednesday final ratings: 'Empire' and 'The Goldbergs' adjust up, 'Black-ish' and 'Nashville' adjust down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/05/12/wednesday-final-ratings-may-11-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  22. 22,0 22,1 Porter, Rick (May 19, 2016). "Wednesday final ratings: 'Empire', 'Goldbergs', 'SVU' adjust up; 'Arrow', 'Supernatural' adjust down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/05/19/wednesday-final-ratings-may-18-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  23. 23,0 23,1 Porter, Rick (May 26, 2016). "Wednesday final ratings: 'SVU' finale adjusts up, 'Supernatural' finale adjusts down". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/05/26/wednesday-final-ratings-may-25-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  24. Porter, Rick (October 31, 2015). "Broadcast Live +7 ratings, week 3: 'Quantico' more than doubles, 'Empire' and 'Blindspot' score biggest gains". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2015/10/31/broadcast-live-7-ratings-week-3-quantico-more-than-doubles-empire-and-blindspot-score-biggest-gains/. İstifadə tarixi: 12 noyabr 2018.
  25. Porter, Rick (November 4, 2015). "Broadcast Live +7 ratings, week 4: 'Jane the Virgin' premiere doubles, 'Empire' and 'Blindspot' top charts for Oct. 12–18". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2015/11/04/broadcast-live-7-ratings-week-4-jane-the-virgin-premiere-doubles-empire-and-blindspot-top-charts-for-oct-12-18/. İstifadə tarixi: 12 noyabr 2018.
  26. Porter, Rick (November 9, 2015). "Broadcast Live +7 ratings, week 5: 'Empire' and 'Blindspot' have biggest toal gains, 5 shows double". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2015/11/09/broadcast-live-7-ratings-week-5-oct-19-25-2015/. İstifadə tarixi: 12 noyabr 2018.
  27. Porter, Rick (December 1, 2015). "Broadcast Live +7 ratings, week 8: 'Empire', 'Big Bang Theory' and 'Quantico' top charts for Nov. 9–15". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2015/12/01/broadcast-live-7-ratings-week-8-empire-big-bang-theory-and-quantico-top-charts-for-nov-9-15/. İstifadə tarixi: 12 noyabr 2018.
  28. Porter, Rick (December 21, 2015). "Broadcast Live +7 ratings, week 11: 'Empire' fall finale on top, 'Vampire Diaries' leads percentage gains". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2015/12/21/broadcast-live-7-ratings-week-11-nov-30-dec-6-2015/. İstifadə tarixi: 12 noyabr 2018.
  29. Porter, Rick (December 29, 2015). "Broadcast Live +7 ratings: 'Big Bang Theory' gets biggest bump of the season in week 12, 5 shows double in 18–49". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2015/12/29/broadcast-live-7-ratings-week-12-dec-7-13-2015/. İstifadə tarixi: 12 noyabr 2018.
  30. Porter, Rick (February 8, 2016). "Broadcast Live +7 ratings: 'X-Files' premiere dominates week 18, 'Limitless' doubles". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/02/08/broadcast-live-7-ratings-week-18-jan-18-24-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  31. Porter, Rick (February 16, 2016). "Broadcast Live +7 ratings: 'Lucifer' premiere shows solid growth in week 19". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/02/16/broadcast-live-7-ratings-week-19-jan-25-31-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  32. Porter, Rick (February 22, 2016). "Broadcast Live +7 ratings: 'Big Bang Theory' gains the most, 'Vampire Diaries' and 'Shades of Blue' double". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/02/22/broadcast-live-7-ratings-feb-1-7-2016/. İstifadə tarixi: 12 noyabr 2016.
  33. Porter, Rick (February 29, 2016). "Broadcast Live +7 ratings: 'How to Get Away with Murder', 5 other shows double in a DVR-heavy week 21". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/02/29/broadcast-live-7-ratings-week-21-feb-8-14-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  34. Porter, Rick (March 7, 2016). "Broadcast Live +7 ratings: 'The Blacklist' and 'The Big Bang Theory' lead week 22". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/03/07/broadcast-live-7-ratings-feb-15-21-2016-week-22/. İstifadə tarixi: 12 noyabr 2018.
  35. Porter, Rick (April 11, 2016). "Broadcast Live +7 ratings: 'Modern Family' tops the week of March 21–27, 4 shows double". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/04/11/broadcast-live-7-ratings-march-21-27-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  36. Porter, Rick (April 25, 2016). "Broadcast Live +7 ratings: 'Empire' and 'Big Bang Theory' stay on top for April 4–10". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/04/25/broadcast-live-7-ratings-april-4-10-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  37. Porter, Rick (May 17, 2016). "Broadcast Live +7 ratings: 'Big Bang Theory,' 'Empire' and 'Blacklist' lead for April 25 – May 1". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/05/17/broadcast-live-7-ratings-april-25-may-1-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  38. Porter, Rick (May 23, 2016). "Broadcast Live +7 ratings: 'Big Bang Theory' tops total gains, 'Vampire Diaries' and 9 others double in 18–49". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/05/23/broadcast-live-7-ratings-may-2-8-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  39. Porter, Rick (May 31, 2016). "Broadcast Live +7 ratings: 'Big Bang Theory' finale and 'Empire' share lead for May 9–15". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/05/31/broadcast-live-7-ratings-may-9-15-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  40. Porter, Rick (June 6, 2016). "Broadcast Live +7 ratings: 'Empire' and 'Blacklist' finales lead the week May 16–22". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/06/06/broadcast-live-7-ratings-may-16-22-2016/. İstifadə tarixi: 12 noyabr 2018.
  41. Porter, Rick (June 13, 2016). "Broadcast Live +7 ratings: 'Blindspot' leads for May 23–29 as summer slowdown begins". TV by the Numbers. http://tvbythenumbers.zap2it.com/2016/06/13/broadcast-live-7-ratings-may-23-29-2016/. İstifadə tarixi: 12 noyabr 2018.