Portal:Coğrafiya

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search


redaktə  

γεωγραφία

Rotating earth (Very small).gif
Coğrafiya portalına
xoş gəlmisiniz!
MonthlyMeanT.gif



redaktə  

Qitələr


redaktə  

Cscr-featured.svg Seçilən məqalə

Pangea animation 03.gif

Təbiət elmləri (ing. Natural science, alm. Naturwissenschaften) — insana xarici münasibətdən təsir edən təbiət amillərini öyrənən elm sahələri. Təbiət elmləri dünyanı naturalist nöqteyi-nəzərindən öyrənir və cəmiyyətdən təbiətə münasibətdə onun qanunlarına hörmətlə yanaşmağı tələb edir. Naturalizm insanın yaratdığı qanunları təbii proseslərə şamil etmədən, təbiət qanunlarını öyrənərək istifadə etmək üzərində qurulan sistemdir. Təbiət elmlərinin yaranması elmi tədqiqatlara fəlsəfi yanaşmanın nəticəsidir. Təbiət elmləri anlayışı həmçinin, humanitar elmlərlə ictimai elmlər arasında fərqi göstərmək üçün istifadə edilir. Riyaziyyat elmi məntiqlə birlikdə formal elmlərə daxil edilir və təbiət elmlərinə aid edilmir. Çünki, onların metodologiyası təbiət elmlərinin metodologiyasından kəskin fərqlənir.



redaktə  

Seçilən şəkil

Petroglyphs of Qobustan 2.jpg
Qobustan yazıları




redaktə  

Ölkələr

{{#switch: 9

1=
Flag of Germany.svg

Almaniya (alm. Deutschland [ˈdɔʏtʃlant], rəsmi adı: Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland) — Qərbi Avropada yerləşən dövlətdir. Şimalda [[Şimal də Hollandiya ilə həmsərhəddir. Almaniya 16 federal əyalətdən (alm. Bundesländer) ibarət parlamentli federal respublikadır. Paytaxt şəhər və inzibati mərkəz Berlin şəhəridir. Dövlət kimi Almaniya 1871-ci ildə Fransa-Prussiya müharibəsindən sonra birləşdirilmişdir. İkinci dünya müharibəsindən smalışko dəliAlmaniya 81.8 milyon əhalisi ilə AB-də say etibarilə ilk yeri tutur.

2=
Flag of Azerbaijan.svg

Azərbaycan və ya rəsmi Azərbaycan RespublikasıCənubi Qafqazda dövlət, Xəzər dənizi hövzəsində yerləşir. Şimaldan Rusiya (Dağıstan) Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan ərazisinin bir hissəsi Ermənistan Respublikası tərəfindən işğal edişkil edir.

3=
Flag of the United Kingdom.svg

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Krallıq (qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi işlədilir) – şimali-qərbi Avropa dövləti. Dövlətin tərkibinə Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi və çoxsaylı kiçik adalar daxildir. Kontinental Avropaya (Fransa vasitəsilə) La Manş kanalı ilə birləşir. Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, UelsŞimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Dövlətin hazırkı monarxı II Elizabetdir. Kraliça dünyanın daha 17 müstəqil dövlətin başçısı sayılır. Bunlar bir vaxtlar yer səthinin 1/4-ni zəbt etmiş Britaniya İmperiyasından qalma ərazilərdir.

4=
Flag of Brazil.svg

Braziliya və ya Braziliya Federativ Respublikası (portuqalca – República Federativa do Brasil) Cənubi Amerikanın ən böyük ölkəsidir. Coğrafi ərazisi və əhalisinin sayına görə, Braziliya dünyada 5-ci yerdə gedir. Əhalisinin sayına görə, Braziliya dünya demokratiyaları arasında 4-cü yeri tutur. Atlantik okeani ilə əhatə olunmuş ölkənin şərq sahilinin uzunluğu 7,367 kilometrdir. Şimalda Venesuela, Surinam, QayanaFransız Qvianası ilə sərhədi olan Braziliya, cənubda Uruqvay, cənub-qərbdə ArgentinaParaqvay, qərbdə BoliviyaPeru, şimal-qərbdə isə Kolumbiya ilə qonşuluq edir. Braziliyanın ərazi sularında bir çox adalar vardır: Penedos de São Pedro e São Paulo, Fernando de Noronha, Trindade e Martim VazAtol das Rocas.

5=
Flag of Spain.svg

Bütün dünya ölkələrindən qonaq qəbul edən gözəl dəniz kurortları ölkəsidir. Lakin İspaniya kurortları yalnız dəniz istirahəti yox, eyni zamanda dağ xizəkləri, balneoloji mərkəzlər, ixtisaslaşdırılmış idman mərkəzləri və bir çox başqa şeylərdən ibarətdir. Bu bölmədə İspaniya və onun kurortları haqqında ətraflı məlumat verilir.İncəsənət dünyasında öz muzeyləri ilə məşhurdur. müxtəlif tendensiyalar və dünya baxışları vəhdət halında yaşadığından burada hər kəs özünə qarşı səmimi və mehriban münasibət tapır, buna görə də Madrid açıq şəhər şöhrəti qazanmışdır. Qarışıq məhəllə labirintləri və gözəl sarayların harmoniya yaratdığı coşqun və enerjili şəhərdir.

6=
Flag of Italy.svg

İtaliya (it. Italia), rəsmi olaraq İtaliya Respublikası (it. Repubblica italiana) – Avropanın cənubunda dövlət. Əhalisi: təxminən 58 milyon. Etnik qruplar; italyanlar – 98%, almanlar, slovenlər, albanlar, yunanlar, fransızlar. Orta uzunömürlülük (1992-ci il üçün); kişilərdə – 74 yaş, qadınlarda – 81 yaş. Doğum səviyyəsi (hər 1000 nəfərə) – 2. Ölüm səviyyəsi (hər 1000 nəfərə) – 10. Dövlət dili: italyan dili. Turizm sahəsində işləyən hər kəs ingilisfransız dillərini başa düşür. Alp dağlarının ətəklərində və Adriatik dənizi sahillərində alman dilini başa düşürlər. Sardiniya əhalisi katalon dialektində danışır.

7=
Flag of France.svg

Fransa Respublikası (fr. République Française) yaxud qısaca Fransa - Belçika, Lüksemburq, Almaniya, İsveçrə, İtaliya, Monako, Andorraİspaniya ilə qonşu olan Qərbi Avropada ölkə. Fransa Avropa İttifaqının qurucu üzvüdür. RusiyaTürkiyədən sonra Avropanın ən böyük 3-cü ölkəsidir. Əhalinin 94%-ni fransızlar, 5%-ni portuqallar, əlcəzairlilər, italyanlar, mərakeşlilər, türklər təşkil edir.

8=
Flag of Russia.svg

Rusiya Federasiyası (rus. Российская Федерация) – Avropanın şərq, Asiyanın şimal hissəsində yerləşmiş dövlət. Ərazisinə görə dünyada ən böyük dövlətdir – 17.075.400 km2 və ya bütün quru səthinin 11,46 % ( 1/9 )-i bu dövlətdədir. Paytaxtı Moskva şəhəridir. Rusiyanın əhalisi 141 903 979 nəfərdir, saya görə dünyada səkkizinci yeri tutur. Əhalisinin böyük əksəriyyəti – 73,1 % şəhərlərdə yaşayır. Əhalinin 79,83 %-ni ruslar təşkil edir. Dövlət dili rus dilidir. Ölkədə 10-20 milyon nəfər arası türk dilli xalqların nümayəndəsi yaşayır. Bunlar başlıca olaraq tatarlar, başqırdlar, çuvaşlar, azərbaycanlılar, saxalar, qumuqlar, qaraçay-balqarlar və digəriləridir.

9=
Flag of Turkey.svg

Türkiyə (türk. Türkiye), rəsmi adı Türkiyə Respublikası türk. Türkiye Cumhuriyeti). Paytaxtı Ankara olan və Köhnə Dünya adlandırılan Avropa, AsiyaAfrika qitələrinin bir birinə ən çox yaxınlaşdığı nöqtədə yerləşən ölkədir. Ölkə torpaqlarının böyük hissəsi Anadolu yarımadasında, bir hissəsi isə Balkan yarımadasının çıxıntısı olan Trakiyada yerləşir. Ölkə üç tərəfdən Aralıq dənizi, Qara dəniz və onlar arasında yerləşən Mərmərə dəniziEgey dənizi ilə əhatə olunur. Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycanİran, cənubdan İraqSuriya, qərbdən YunanıstanBolqarıstan ilə həmsərhəddir. Türkiyə yeddi müstəqil türk dövlətlərindən biridir. Əhalisinin əksəriyyəti İslam dininə inanır. Ölkənin rəsmi dili türk dilidir, lakin əhalinin 15.7 %-ni (ehtimal) təşkil edən kürdlər və [[zadə geniş işlədi

}}



redaktə  

Şəhərlər

Muenchen Kleines Stadtwappen.svg

Münhjkjkjkjkjkjkjkj 1972-ci il Olimpiya Oyunları keçirilib və şəhər 2018-ci Qış Olimpiya Oyunlarına sahiblik etmək üçün namizəd şəhərlərdən biridir. Münhen sözü qədim alman dilindəki Münichen sözündən yaranıb, mənası "rahiblərin yaşadığı yer" deməkdir. Belə ki, Münhen şəhərinin əsası Benedikt Orderinə aid olan rahiblər tərəfindən qoyulub, bu səbəbdən şəhərin gerbində rahib şəkli təsvir olunub. 2010-cu ildə Monokl dərgisi tərəfindən dərc olunmuş siyahıya əsasən Münhen dünyada yaşayış üçün ən münasib şəhər seçilib.



redaktə  

Adalar

Martinika — yerləşdiyi ərazi Mərkəzi Amerika fiziki
Martinika
Martinique-11-Les Salines Beach.jpg

(fr. Martinique [maʀtiˈnik], Kreol. Matinik və ya Matnik) – Karib dənizi hövzəsində Kiçik Antil arxipelaqına daxil olan ada. Fransaya məxsusdur və onun Dənizaşırı departamentinə daxildir. Martinikanın qədim sakinləri onu "Çiçəklənən ada" – Madinina adlandırmışlar. Bu ada Fransanın ərazisi kimi Avropa Birliyinə inteqrasiya olunmuşdur. Martinika adası Atlantik okeanında, Karib dənizi hövzəsinə aid Kiçik Antil arxipelaqına aid olub Dominikan Respublikasından 25 km cənubda, Sent-Lüsiyadan 37 km şimalda yerləşmişdir. Adanın uzunluğu 73 km, eni isə 39 km-dir. Sahilinin uzunluğu təxminən 350 km-dir. Ada ilə Paris arasındakı məsafə 6850 km-dir. Ada dağ silsiləsinə malikdir. Burada 1397 m hündürlüyə malik Mon Pele (fr. Montagne Pelée — Keçəl dağ) vulkanı yerləşir.



redaktə  

Dağlar/Vulkanlar

Kiçik Qafqaz — yerləşdiyi ərazi Qafqaz
Kiçik Qafqaz
Murov mountain in Azerbaijan-Caucasus3.jpg

Kiçik Qafqaz dağları (Gürcücə: მცირე კავკასიონი, Rusca: Малый Кавказ) — Qafqazda olan 2 dağ sıralarından biridir. Kiçik Qafqaz sırası 600 km uzunluğda, Böyük Qafqaz dağlarının cənubində yerlaşib. Onun ən uca dağı Gamış dağı (3724 m). Bu dağ sırası İran, Azərbaycan, Ermənistan, GürcüstanTürkiyə sərhədlərindən geçir. Kiçik Qafqaz dağ sisteminin Azərbaycan Respublikasındakı hissəsi, əsasən, ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilədən ibarətdir. Bunlar Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə (Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir. Bəzi mənbələdə Zəngəzur və Dərələyəz silsilələri, Qarabağ yaylası Kiçik Qafqaza aid edilmir. Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı Şahdağ zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi Gamış dağınədək (3724 m) uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəstəfur çökəkliyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir. Həmin yüksəklik Şahdağ və Murovdağ silsiləsidir (hündürlüyü 3000 m-dək). Pant silsiləsi və təcrid olunmuş halda yüksələn Kəpəz dağı (3030 m) Başkənd-Dəstəfur çökəkliyini şərqdə Ağcakənd çökəkliyindən ayırır.



redaktə  

Su hövzələri

Řeka Karkar, Náhorní Karabach.jpg

Qarqarçay - Kürün sağ qoludur. Şuşa, Xankəndi, AğdamAğcabədi rayonları ərazizsindən axır. Uzunluğu 115 km, hövzəsinin sahəsi 1490 km²-dir. Qarabağ silsiləsinin şərq hissəsindən axan Kərkicahan, XəlfəliZarıslı çaylarının birləşməsindən əmələ gəlir. Çayın mənsəbi Kür çayının sağ sahilində olan Ağgöl bataqlıqlarındadır. Sağdan Badara (uzunluğu 32 km) və Quşçular (uzunluğu 12 km), soldan isə Ballıca (uzunluğu 24 km) çaylarını qəbul edir. Xankəndi (uzunluğu 33 km) və Kərkicahanı (uzunluğu 28 km) iki yerə ayırır. Çayın illik axımının 45%-i yağış, 27%-i qar, 38%-i isə yeraltı sulardan əmələ gəlir. Axıncaçayın orta illik su sərfi 3,15 kub m/san-dir. Axımın 50%-i yazda, 25%-i yayda, 15%-i payızda, 10%-i isə qışda keçir. Orta illik asılı gətirmələr sərfi 0,29kq/san, lillənməsi isə 92 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300-500 mq/l minerallaşmaya malikdir. Qarqarçaydan geniş istifadə olunduğu üçün yay aylarında suyu mənsəbə gəlib çatmır. Xələfliçayın töküldüyü yerdə HES tikilib, su anbarı yaradılmışdır.HES Kərkicahan ərazisində yerləşir. Ağdamın Novruzlu, Saybalı, Yusifcanlı, və.s kəndləri Qarqar çayının qırağında yerləşir.



redaktə  

Bilirsinizmi



redaktə  

Bizim fauna


redaktə  

Təbiət

Pinus brutia(03).jpg

Eldar şamı (lat. Pinus eldarica) — ağac növü. Eldar şamı Azərbaycanın III dövr relikt bitkisi olub, təbii halda yalnız Eldar düzünün qərb hissəsində Qabırrıçayın sağ sahilində, eləcə də Gəncədə Ellər oyuğunda yayılmış nadir ağac növü. 2004-cü ildə 2000 hektara yaxın eldar şamı sahəsini Göy-göl qoruğundan ayıraraq müstəqil Eldar Şamı Qoruğu yaratmışlar. Eldar şamını digər şamlardan fərqləndirən əsas xüsusiyyəti qozalarının yuxarı və ya yana doğru inkişaf etməsidir. Çiçəkləmə vaxtı eldar şamını daha yaxşı fərqləndirmək olur, belə ki, onun erkəkcikləri digər şamların erkəkciklərindən iki dəfə böyük olur. Hündürlüyü 20 etrə çatır, düz gövdəli və geniş çətirlidir. İynəyarpaqlarında C vitaminikarotin var. Oduncağından skipidar, kanifol və s. alınır. Gövdəsi yaxşı tikinti materialıdır. Bəzi alimlərə görə, bu daha quru iqlimə dözümlü, Gürcüstan və Azərbaycanda bitən Pinus brutia ağacının bir altnövüdür.



redaktə  

Təbiət qoruqları

Coğrafiya — yerləşdiyi ərazi Azərbaycan
Coğrafiya
Göy-Göl Dövlət Təbiət Qoruğu

Göy-Göl dövlət təbiət qoruğuAzərbaycanda yaranan ilk qoruqdur. 1925-ci ildə yaradılan bu qoruq Qafqazın şimal–şərq yamaclarında Göygöl rayonunun ərazisində yerləşmişdir. Qoruğun yaranmasında əsas məqsəd Kiçik Qafqaz silsiləsinin şimal ətəklərinin suvalr qurşaqlarında təbiət komplekslərinin qorunub saxlanılmasıdır. Göy-Göl dövlət təbiət qoruğunun ərazisi dərin vadilər vasitəsilə bir çox tərkib hissələrə ayrılmışdır. Həmin vadilərdə kiçik, iti çaylaraxır. 10-a yaxın göllər mövcuddur. Meşəlikdə qonur dağ – meşə, çəmənlikdə dağ – çəmən torpaqları mövcuddur. İqlim əsas soyuq qışı quru olur. Floranın tərkibini 420 növ bitki, o cümlədən 76 növ ağac və kolluqlardır. 1100 – 2200 m hündürlükdə yarpaqlı ağaclar: şərq fısdığı, şərq palıdı, vələs ağacları mövcuddur. Göygöl gölünün ətrafında şam, vələs, palıd, küknar, quşarmudu, itburnu, yemişan, alça, gərməşov var.



redaktə  

Təbiət möcüzələri

Coğrafiya — yerləşdiyi ərazi Kampaniya (İtaliya)
Coğrafiya
Azərbaycanın palçıq vulkanları
Grotta azzurra.jpg

Mavi mağara (it. Grotta Azzurra — "azzurlu mağara" ) — İtaliyanın Kampaniya (İtaliya) regionunun, Neapol əyalətinə aid Kapri adasının şimal sahilində yerləşmiş uzunluğu 56 m, eni 30 m , girəcəyinin hündürlüyü 1,3 m olan mağara. Mavi mağaranın tək girişi vardır ki, ora ancaq qayıqla düşmək mümkündür. Giriş qapısı kiçik olduğundan fırtınalı havada mağaraya yan almaq və ya içinə daxil olmaq təhlükəli sayılır. Mağara dibini dəniz suyu basdığından , girişindən içəri düşən günəş şüaları altında mavi rəngə qərq olduğundan məhz "mavi mağara" adlandırılmışdır. Mağara Kapri adasının əsas simvolu sayılır. Bu günədək ona baş çəkən turistlərin ardı arası kəsilmir.



redaktə  

Təbii yataqlar

Coğrafiya — yerləşdiyi ərazi Azərbaycan
Coğrafiya
Çovdar qızıl

Gədəbəy və Çovdar qızıl yatağı — Azərbaycanın Gədəbəy rayonu ərazisində dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşir. Yataq 2003-2005-ci illərdə kəşf edilmişdir. Yatağın qızıl ehtiyatı təxmini hesablamalara görə 22 000 t. dur. Yatağın işlənilməsi üçün ilk dəfə 1997-ci ildə Azərbaycanın “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Şirkət layihə üçün zəruri olan bütün kapitalı təmin edir.



redaktə  

Coğrafiyaşünaslar

İbn-Bəttutə Əbu Abdullah Məhəmməd ibn Abdullah al-Lavati at-Tancı (24 fevral 1304-1377) — Ərəb səyahətçi və satıcı. Digər ərəb səyyahlarından fərqli оlaraq, оlduğu ölkələrin əhalisi haqqında daha çох maraqlanmışdır. 22 yaşında Mərakеşdən İskəndəriyyə şəhərinə gəlməklə Misirin əsas hissələrində оlmuş, daha sоnra Fələstin Məkkəyə gеtmişdir. Məkkədə gеri Fələstinə qayıdan İbn-Bətutə Kiçik Asiyanı kеçərək Rusiyaya daхil оlmuş və Sibirə yоllanmışdır. Rusiyadan Istanbula qayıdaraq Оrta Asiyaya, buradan isə Əfqanıstandan kеçməklə Hindistana yоla düşmüşdür. Hindistanda dövlət хidmətinə götürülən səyyah 1342-ci ildə Çində оlur. Daha sоnra Maldiv adalarında, Mərakеşdə, təkrar Ispaniya, Saхarada оlmaqla 1377-ci ildə vəfat еdir. Ibn-Bətutə оrta əsrlərin bütün müsəlman ölkələrində, həmçinin müsəlmanların hakimiyyəti altında оlan ərazilərdə оlan yеganə səyyah оlmuşdur. Оnun qarşıya qоyduğu əsas məqsəd ХIV əsrin II yarısında mövcud müsəlman cəmiyyətini əsərlərində işıqlandırmaqdan ibarət idi.



redaktə  

Kateqoriyalar



redaktə  

Coğrafiyadan maraqlı faktlar

SableIsland1.jpg

Seybl adası yeganə adadır ki, hərəkət edir. Onun hərəkət sürrəti 200 m/ildir.



redaktə  

Bu ayda...

Map of the War of the Pacific.en.svg

(Arxiv...)



redaktə  

Əlaqəli portallar



Europe (orthographic projection).svg
Members of Asian Tennis Federetaion.png
Africa (orthographic projection).svg
BK North America (orthographic projection).png
Location South America.png
Oceania (orthographic projection).svg
Antarctica (orthographic projection).svg
Avropa Asiya Afrika Şimali Amerika Cənubi Amerika Avstraliya və Okeaniya Antarktida



Coğrafiya Vikixəbərdə     Coğrafiya Vikisitatda     Coğrafiya Vikikitabda     Coğrafiya Vikimənbədə     Coğrafiya Vikilüğətdə     Coğrafiya Vikiversitetdə     Coğrafiya Vikimedia Kommonsda
Xəbərlər Sitatlar Dərsliklər & Mətnlər Mətnlər Sözlər Dərs mənbələri Şəkillər & Mediya
Wikinews-logo.svg
Wikiquote-logo.svg
Wikibooks-logo.svg
Wikisource-logo.svg
Wiktionary-logo.svg
Wikiversity-logo.svg
Commons-logo.svg