Portal:Teatr

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
redaktə  

"Həyat bir səhnədir, teatrdan fərqli olaraq burada hər kəs özünü oynayır "

Üçüncü zəng çalınır, pərdə qalxır...
BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Austrian-drape.gif
Teatr portalına
xoş gəlmisiniz!
Austrian-drape.gif


redaktə  

Pyeslər

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
(1928) Brecht Dreigroschenoper.jpg

Üç qəpiklik opera — hadisə İngiltərədə, Londonun Soxo rayonunda vaqe olur. “Yoxsullar dilənirlər, oğrular çalıb-çapırlar, avaralar avaralanırlar”. Bazar meydanında küçə müğənnisi yerli quldur Bıçaq Mekkinin törətdiyi əməllərdən söhbət açır. Törətdiyi cinayətlərə görə cəzalandırılmayan Bıçaq Mekki rəsmi olmasa da ərazinin tam sahibidir. Mekxit, atası yerli söz sahibi olan gözəl Polli Piçemə evlənməyə hazırlaşır, lakin Conatan Ceremiya Piçem qızını kiməsə ərə vermək fikirində deyil. Polli Piçemin atası Conatan Ceremiya Piçem, "Yoxsul dostu" firmasının sahibidir. Londonun 14 rayonunda dilənçilik etmək istəyən hər kəs "Yoxsul dostu" firmasından lisensiya almağa və gündəlik gəlirlərinin 50%-ni bölüşməyə borcludur. Polli gizlincə Mekxita ilə evlənməyə qərar verir. Nigaha mane olmaq istəyən Connatan Piçem kürəkənindən canını polis vasitəsilə qurtarmaq istəyir. Mekxit çoxdan asılmağa layiqdir, lakin o, London polisinin şefi Braunun kıhnə dostudur. Onlar nə vaxtsa Hindistanda birlikdə xidmət etmişdirlər. O vaxtdan bir birinin qulluğunda dururlar. “Heç olmamışdır ki, — Mekxit deyirdi, — mən sadə quldur... qənimət əldə etdikdən sonra onun tən yarısını sədaqət əlaməti olaraq ız dostum Braun ilə bılüşməyim. ...Heç olmamışdır ki, o, hər şeyə qadir polis şefi höcumları haqqında qabaqcadan keçmiş dostunu xəbərdar etməsin.” Bu dəfə də Conatan Piçemin təkidi ilə Mekxitin həbs edilməsinə məcbur qalan Braun öz keçmiş dostunu Pollinin köməyi ilə xəbərdar edə bilir. Mekxit bank işinə qoşulmağa qərar verir: bu həm gəlirli həm də təhlükəsisdir. Lakin özünə hörmət qoyan bankın başkəsənə ehtiyacı yoxdur. Bu məqsədlə o, Brauna öz əlbirlərinin siyahısını, Polliyə isə işin idarəsini verərək aradan çıxmış olur.


redaktə  

Rejisorlar

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Mehdi Məmmədov.JPG

Mehdi Əsədulla oğlu Məmmədov — (d.22 may 1918 cu il, Şuşa — ö.28 yanvar 1985 ci il, Bakı) Azərbaycanın görkəmli teatr rejisoru, aktyoru və pedaqoqu. 1974 cü ildən SSRİ xalq artisti.


redaktə  

Aktyorlar

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Mirzəağa Əliyev.jpg

Mirzəağa Əli oğlu Əliyev (1883, Hövsan, Bakı quberniyası, Rusiya imperiyası25 oktyabr 1954, Bakı, Azərbaycan SSR) — Azərbaycan-sovet teatr və kino aktyoru, SSRİ Xalq artisti (1949). Kəndli ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almış, Bakıda rus-müsəlman məktəbini bitirmişdir. 1901-ci ildə Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda ilk dəfə səhnəyə çıxmışdır. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərmişdir. Mirzəağa Əliyev 1906-1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907-1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilmişdir. 1912-1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İranTürkiyənin bir sıra şəhərlərində tamaşalar vermişdi. 1916-cı ildə Bakıda tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasındakı İsgəndər rolu onun yaratdığı klassik obrazlar silsiləsinə daxildir.


redaktə  

Teatrlar

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Azerbaijan State Academic Drama Theatre 1.JPG

Azərbaycan Dövlət Akademik Milli Dram TeatrıBakıda yerləşən akademik dram teatrı. Görkəmli maarifçilər Həsən bəy Zərdabinın rəhbərliyi ilə Bakı realnı məktəbin şagirdləri 1873-cü il martın 10-da "Nəciblər klubu"nda M.F.Axundovun "Lənkəran xanının vəziri" komediyasını tamaşaya qoydular. Bununla professional Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu. Əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. Teatrın adı müxtəlif illərdə Hökumət teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, Dadaş Bünyadzadənin (1923-1933) və Məşədi Əzizbəyovun (1933-1991) adlarını daşımışdır.


redaktə  

Təqvim

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Yanvar


redaktə  

Dramaturqlar

BodoniOrnaments£modified Red 01.pngBodoniOrnaments£modified Red 02.png
Samuel Beckett, Pic, 1.jpg

Semyuel Bekket (ing. Samuel Beckett, 19061989) — İrlandiya yazıçısı, "Absurd teatrı"nın yaradıcılarından biri (Ejen İonesku ilə birgə), 2969-cu il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı ("nəsr və poeziya sahələrində müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə"). Əsərlərini ingilis və fransız dillərində yazıb. Fransız mənşəli İrlandiya yazıçısı, şair və dramaturq Semyuel Barkli Bekket modernizmin son, postmodernizmin isə ilk nümayəndələrindən sayılır. Bekket Dublində doğulmuşdu. Ailəsinin geniş maddi imkanları sayəsində mükəmməl təhsil almışdı. Məşhur Triniti-kolleci əla qiymətlər və bakalavr diplomu ilə bitirmişdi. 1928-ci ildə Parisə gedərək Ekol Normal Superyorda ingilis dilini tədris etmişdi. Yaradıcılıq həyatında böyük rol oynayan həmvətəni, məşhur yazıçı Ceyms Coysla ilk tanışlığı da burada olmuşdu.


redaktə  

Şəkil qalereyası


Teatr Vikixəbərdə     Teatr Vikisitatda     Teatr Vikikitabda     Teatr Vikimənbədə     Teatr Vikilüğətdə     Teatr Vikiversitetdə     Teatr Vikimedia Kommonsda
Xəbərlər Sitatlar Dərsliklər & Mətnlər Mətnlər Sözlər Dərs mənbələri Şəkillər & Mediya
Wikinews-logo.svg
Wikiquote-logo.svg
Wikibooks-logo.svg
Wikisource-logo.svg
Wiktionary-logo.svg
Wikiversity-logo.svg
Commons-logo.svg