Veymar Respublikası

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
dağılıb
Picto infobox map.png
Almaniya İmperiyası
Deutsches Reich
Himn: Das Lied der Deutschen
Weimar Republic 1930.svg
1930-ci ildə Veymar Almaniyası
 Flag of the German Empire.svg
Flag of the German Reich (1935–1945).svg 
1919 — 1933

Paytaxt Berlin
Dil(lər) Alman
Din Dünyəvi dövlət
Pul vahidi Papiermark
Sahəsi 468,787 km²
Əhalisi 62,411,000
İdarəetmə formasıRespublika
Dövlət rəhbərləri
Prezident
 · 1919 — 1925Fridrix Ebert
Prezident
 · 1925 — 1933Paul fon Hindenburq
Vikianbarda Commons-logo.svg əlaqəli mediafayllar

Veymar Respublikası (alm. Weimarer Republik) və ya rəsmi olaraq Almaniya İmperiyası (alm. Deutsches Reich) – 1919-1933-cu illərdə Almaniyada mövcud olmuş respublika dövrü.

Veymar Konstitusiyası

1919-cu il 31 iyulda Veymarda Almaniya respublikasının Konstitusiyası qəbul edildi və 11 noyabrda qüvvəyə mindi. 1933-cü ilə qədər Almaniya respublikası eyni zamanda "Veymar Respublikası" kimi də tanınır. Veymar Konstitusiyasına görə Almaniya parlamentli federal quruluşlu prezident respublikası elan edildi. Almaniya parlamenti iki palatadan ibarət idi. Yuxarı palata reyxctrat adlanır və lantaqların, yəni Almaniyada federativ dövlət quruluşu vahidi kimi qəbul edilən torpaqların nümayəndələrindən təşkil edilirdi. Aşağı palata isə reyxstaq, yəni ölkə məclisi adlanırdı. 20 yaşına çatan Almaniya vətəndaşları seçki hüququna malik idi. Reyxstaq, dörd ildən bir ölkə əhalisinin ümumi sayına görə seçilirdi. 1871-ci il konstitusiyasından fərqli olaraq, Veymar Konstitusiyasında demokratik azadlıqlar öz əksini tapmışdı. Prezident ümumi səsvermə yolu ilə yeddi il müddətinə seçilirdi. Reyxstaqın 68 nəfər üzvündən 27 nəfəri prezident tərəfindən təyin edilirdi. Konstitusiya prezidentə xüsusi səlahiyyətlər verirdi. Konstitusiyanın 25-ci maddəsinə əsasən prezident parlamenti buraxa bilərdi. 48-ci maddəyə əsasən prezident ölkədə fövqəladə vəziyyət elan edə bilərdi. Konstitusiyaya görə Almaniyanın muxtar dövlətlərə - torpaqlara bölünməsi saxlanıldı. Landlar, yəni torpaqlar, muxtar dövlət hüququ ilə Almaniyanın tərkibinə daxil olurdular. Landların qanunverici orqanları landtaqlar idi. O zaman Almaniyada landtaqların sayı on yeddi idi. Konstitusiya xüsusi mülkiyyəti qorumağa təminat verirdi. Bu Konstitusiya nəticəsində Almaniya yunker-burjua Almaniyasından burjua-yunker Almaniyasına çevrildi. Veymar Konstitusiyasının qəbul edilməsi 1918-ci il noyabr inqilabının böyük nailiyyəti və Almaniyada burjua-demokratik prinsiplərin inkişafı və möhkəmləndirilməsi yolunda mühüm addım oldu.

Tarixi

1918-ci il Noyabr inqilabı nəticəsində yaranmışdır. 1933-cü ilin yanvarında nasional sosialistlərin hakimiyyətə gəlməsi ilə Veymar Respublikası III Reyxlə əvəzlənir.

Mənbə

  • S.Mustafayeva. Avropa və Amerika ölkələrinin ən yeni tarixi. I hissə. Bakı,2010.

Daxili keçid